TÜRKİYƏ MƏSCİDLƏRİ

SULTANƏHMƏD CAMİ
Sultanəhməd Cami, 1609-1616-cı illər arasında sultan I. Əhməd tərəfindən
İstanbuldakı tarixi yarımadada, Memar Sədəfkâr Mehmet Ağaya tikdirilən məsciddir.
Mavi, yaşıl və bəyaz rəngli İznik çiniləriylə bəzəndiyi üçün Avropalılar "Mavi
Cami (Blue Mosque)" olaraq adlandırırlar..
Sultanəhməd, Türkiyənin altı minarəli ilk camisidir. Bir əfsanəyə görə dövrün
padşahı I. Əhməd, başda minarələri qızıldan düzəltdirmək istəmişdir. Amma lazım
olan qızılın dəyəri padşahın büdcəsini aşdığı üçün, caminin memarı Sədəfkâr
Mehmet Ağa bu əmri guya yanlış eşidərək, "altın" (“qızıl”) sözcüyünü "altı"
edərək, camini 6 minarəli inşa etdirmişdir.
Caminin
ibadətxana bölümü 64 x 72 kv. metr ölçüsündədir. 43 metr yüksəkliyindəki mərkəzi
qübbəsinin çapı 23,5 metrdir. Caminin içi 260 pəncərəylə işıqlandırılmışdır.
Yazıları Diyarbəkirli Seyyid Qasım Gubarî tərəfindən yazılmışdır.

YENİ
CAMİ
Yeni
Cami, 1597-ci ildə
Sultan III. Muradın arvadı Safiye Sultanın əmriylə İstanbulda özülü qoyulan və
1663-cü ildə ibadətə açılan camidir.
Memar
Davud Ağa tərəfindən tikilməyə başlanmış, Memar Dalgıç Əhməd Ağa davam
etdirilmiş, ancaq inşaatın başlanğıcından 66 il sonra dövrün memarbaşısı Mustafa
Ağa tərəfindən IV. Mehmed zamanında bitirilə bilmişdir.
Memar
Sinanın Şahzadə Camisində və Sədəfkar Memar Mehmed Ağanın Sultanəhməd Camisində
istifadə etdiyi qübbə planını tekrarlar. Ancaq qübbənin piramidə oxşar şəkildə
yüksəlməsi özünəməxsus bir özəllikdir.

FATİH
CAMİ
Fatih
bölgəsi İstanbulda yerləşir. Buradakı Fatih Cami Fatih Sultan Mehmet tərəfindən
inşa etdirilmişdir. Fatih Caminin Osmanlı tarixindəki əsas yeri, ilk
mədrəsələrin bu məscidin strukturnda olmasıdır. Hal-hazirda da bu
mədrəsələr universitet tələbələri tərəfindən istifadə edilir.

SƏLİMİYƏ CAMİ
Səlimiyə
Cami (Ədirnə) II. Səlimin əmri ilə Memar Sinan tərəfindən Kiprin fəthiylə əldə
edilən gənimətlərlə inşa edilən məscidir. 1568 – 1575-ci illərdə tamamlanan
Səlimiyə Cami Osmanlı-Türk memarlığının ən böyük əsəridir. Dört minarəsi var.
Hər minarənin yüksəkliyi 79,89 metrdir.
Osmanlı
hökmdarı II. Səlim tərəfindən Memar Sinana inşa etdirilən Səlimiyə Cami, zamanın
paytaxtı olan Ədirnəde, şəhərin ən yüksək nöqtəsində İldırım Bəyazıdin inşa
etdirdiyi Baltacılar Koğuşunun qalıntıları üzərində inşa edilmişdir. İnşasına
1569-cu ildə başlanmış və 1575-ci ildə tamamlanmışdır. Osmanlı-Türk sənətinin ən
möhtəşəm əsəridir. Mimar Sinan, Səlimiyə üçün "ustalığımın əsəri" demişdir. Açıq
havalarda Rodop Dağlarından və Uzunkörpünün Süleymaniyə Kəndindən görünür.

SÜLEYMANİYƏ CAMİ
Süleymaniyə Cami, Qanuni Sultan Süleyman adına 1550-1557-ci illər arasında
İstanbulda Memar Sinan tərəfindən inşa edilən camidir.
Süleymaniyə Cami klassik Osmanlı memarlığının ən önəmli örnəklərindəndir. Dörd
fil ayağı üzərinə
oturan caminin qübbəsi
53 m. yüksəkliyində və 26,5 m çapındadır. Bu ana qübbə,
iki yarım qübbə
ile dəstəklənir. Caminin xəttatı Həsən Çələbidir.
Türkiyə
məscidləri haqqında məlumat wikipedia.org
saytından götürülüb.