DataLife Engine > Islam > İslam tarixi 5.2
İslam tarixi 5.21 ÿíâàðÿ 2007. Ðàçìåñòèë: Ismail |
ŞƏRQ MƏNTƏQƏSİDigər nahiyələrdən, xüsusilə də şərq nahiyəsi barədə əlimizdə çox az mə’lumat vardır. Bu ərazinin tarixi uzun illər boyu araşdırılmamış qalmışdır. Buna görə də bu ərazidə bir-birinin ardınca baş vermiş hadisələrə dəqiq münasibət bildirmək olmur. Lakin bu dəyişikliklərin orada nəzərə çarpacaq dərəcədə tə’sir buraxmasını güman etmək olmaz. Əsrlər boyu təşkilata malik olan geniş bir ərazinin dağıldıqdan sonra az bir zamanda yenidən formalaşması üçün uzun illərin ötməsi lazım idi. Ancaq bir şey aydındır ki, o zaman şərq nahiyəsi bütövlükdə Kufənin ardınca gedirdi. Əgər Şamın və Müaviyənin müxalifətini nəzərə almasaq, bu illər boyu geniş islam dairəsinin müqəddəratını tə’yin edən Kufə şəhəri olmuşdur. Yenidən Kufəyə dönək. ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRAKI KUFƏƏvvəldə yazmışdıq ki, Əli (ə)-ı dəfn etdikdən sonra Kufədə şiələr onun oğlu imam Həsən (ə)-la bey’ət etdilər. Lakin o həzrətin xilafətinin ilk günündən problemlərlə üzləşəcəyi aydın idi. O, ilk növbədə Kufədə təhlükəsizlik yaratmalı, Misirə, Hicaza və şərq nahiyəsinə (Xorasan, Azərbaycan və sair) hakimlər seçməli idi. Ən başlıcası isə Müaviyəni işdən kənar edib Şam problemini həll etməli və ya onun İraqa uzanan əlini kəsməli idi. Hələ Əli (ə)-ın dövründə Şam problemi çox ağır bir məsələ idi. Müaviyə özünü müsəlmanların xəlifəsi e’lan etdikdən sonra bu məsələ daha da çətinləşmişdi. Dəməşqin işi asanlıqla həll olunası bir problem deyildi. İmam Həsən (ə) hansı qüvvə ilə Müaviyəyə qarşı vuruşacaqdı? O, atasının ömrünün son günlərində İraq əhalisini Müaviyə ilə mübarizəyə çağıran zaman onun çağrışına cavab verənlərin az olduğunu görmüşdü. Şamı hesaba almasaq belə, əlçatmaz və geniş əyalətlərdəki böyük və məs’uliyyətli dövlət işlərini kimə həvalə edəcəkdi? Bu vəzifənin öhdəsindən gələ biləcək imanlı, işbilən, şücaətli və bunların üçündən də mühüm hesab edilən tamahsız müsəlmanlara ehtiyac duyulurdu. Onun ətrafına toplaşanların əksəriyyəti düzgün iman sahibi deyildilər. Müaviyənin ətrafındakılara verdiyi saysız-hesabsız peşkəşlər onların gözünü heyrətə salmışdı. Bunlar atası Əli (ə)-ın ürəyini qana döndərən əhali idi. Artıq az bir müddət ərzində qruplaşmalar müəyyən olmuşdu. Bəsrədən və Osmanın tərəfdarlarından da bir şey gözləmək olmazdı, çünki onlar Müaviyədən əl çəkən deyildilər. Xəvaric də ona müvafiq üz göstərməyəcəkdi, onlar ötən il sadə bir şeyi özlərinin təsəvvürünə görə xoşagəlməz bilib onun əleyhinə idilərsə, bu il daha böyük məsələləri iddia edib hakimiyyət və xilafət istəyində idilər. Onun arxası yalnız şiəlik iddiasında olanlar idisə də, onların da bir çoxu özünü yalnız zahirdə şiəyə oxşatmışdı. O kəslər imamın atasını Hicazdan İraqa çağırıb sonda onu tək qoyanlar, ya onunla üzləşib ikiüzlü rəftar edənlər olmuşlar. Özlərini şiə cildinə salanlar həmin siyasi dəstələr idi ki, onların dini cəbhədə durumaqla nə məqsəd güddüklərini yuxarıda qeyd etmişdik. Təbiidir ki, belə insanlar ataya göstərdikləri münasibətdən oğula da göstərəcəkdilər. Lakin saf ürəkli, əqidəsində möhkəm olan, atasının və özünün sadiq sirdaşları sayılan şiələr bə’zi hallarda bu saxtakarların yalanına uyub onların tələsinə düşürdülər. Çünki onlar təsəvvür edə bilmirdilər ki, bir belə hay-küylü qalmaqal Allah razılığı üçün deyil, dünyəvi məqsədlər üçün də ola bilər. Digər tərəfdən Müaviyə də sakit oturmamışdı. Onun muzdurları Hicazda, Misirdə, hətta İraqın daxilində belə, əks təbliğatla məşğul idilər. Qəbilə başçılarını ələ almaqla, rüşvət vermək və ya onları öldürməklə, İraq ərazisində şayə və yalan yaymaqla, sərhəd şəhərlərini qarət edib sakinlərini qorxutmaqla, Müaviyənin əli açıqlığı, zirəkliyi və hökuməti idarə etməkdə xüsusi bacarığa malik olması haqda əfsanələr uydurmaqla məşğul idilər. Bütün bunların hamısı İraqı ələ keçirmək üçün Müaviyəyə kömək idi. Müaviyə öz qoşunu ilə İraqa yaxınlaşaraq Məskində mövqe tutdu. Əli (ə) ömrünün son günlərində Şama hücum etmək üçün qoşun toplamışdı, bu qoşun öz vəzifəsini yerinə yetirməli idi. Lakin sərkərdə kim olmalı idi? Sə’d ibni Ubadə, ya Əş’əs ibni Qeysm və ya Abbasın oğlu Ubeydulla? Qeys Şama tərəf getməyə hazırlaşdı, imam Həsən (ə) isə Mədainə yollandı. Lakin qoşunun içərisində hər gün yeni xəbərlər eşidilirdi. Bir gün Qeysin öldürülrmək xəbəri yayıldı. Bu xəbərin yayılması ilə qoşunun içində çaxnaşma baş verdi. Əhali İmamın çadırına hücum edib oradakı əşyaların hamısını qarət etdilər, hətta ayaq altına salınan palazı belə çəkib apardılar. İmam bir yerə sığınmaq üçün yola düşdükdə yolda ona hücum edib qılıncla ayağını yaraladılar. Təbəri yazır: Həsən (ə)-ın çadırı qarət edilən gün o, Sə’d ibni Məs’ud Səqəfinin (Muxtarın əmisi) evinə getdi. Sə’d İmam tərəfindən Mədainə hakim tə’yin edilmişdi. Bu vaxtlar cavan oğlan olan Muxtar Sə’də dedi: Sərvət və şərəf sahibi olmaq istəyirsənmi? Necə? Həsəni tutub Müaviyəyə təslim et və bunun müqabilində nə qədər pul istəsən ondan al! Allah sənə lə’nət etsin! Nə pis adamsan! Peyğəmbər nəvəsini onun düşməninə necə təslim edim. Muxtar 25 il sonra Kufədə Əməvilər əleyhinə baş vermiş hərəkata rəhbərlik etmişdir (onun barəsində geniş söhbət açacağıq). Bəlkə də sonrakı dastan qoşanlar (Zübeyrin oğlunun havadarları) Muxtara bu töhməti vurmuşlar, lakin bu mə’lumatın doğru olması da mümkündür. Ancaq hər halda bu mə’lumatlardan bir şey aydın olur ki, hər bir hərəkatda dəyişkən və sabit qalan ünsürlər mövcud olur. O günlər Kufədə müsəlmanların ümumi asayişindən daha çox öz mənfəətlərini güdən bir dəstə də var idi. İmam Həsən (ə) dostluq iddiası edənlərin itaətsizliyini və özbaşnalıqlarını gördükdə, müqavimət göstərməyin faydasız olduğunu hesab etdi. Əgər Müaviyəyə qarşı müqavimət göstərib qoşuna (əgər onun ətrafında qoşun qalmış olsaydı) irəli getmək əmri versəydi belə, onlar Mədaindən çıxmamış qaçardılar. Muxtarın öz əmisinə təklif edərək onun qəbul etmədiyi fikri yerinə yetirərdilər, yə’ni imamı tutub düşməninə təslim edərdilər. Nəhayət imam Həsən (ə) Müaviyə ilə sülh sazişi imzaladı. SÜLH SAZİŞİSülh sazişinin mətni və orada qeyd olunmuş şərtlər nədən ibarət olmuşdur? Allah bilir. Bu sazişi əldə olunan vaxtdan kitablarda yazılan günə qədər 200 il vaxt keçmişdi. Bu ötən 200 il ərzində Əməvilər, sonra isə Abbasilər sülaləsi, həmçinin siyasi və siyasi-məzhəbi dəstələr bacardıqca bu sənədi və buna oxşar digər sənədləri özlərinə sərf edən və müxaliflərinin zərərinə olacaq surətdə dəyişdirmişdilər. Mühəddislərin hədisi qəbul etmək üçün söylədikləri şərtlər də həqiqəti işıqlandırmır. Hədis düzəldib dillərə salan şəxs mümkün qədər çalışıb onun mətnini və sənədini araşdırmağın yolunu da bağlayırlar. Belə hadisələri araşdırmaq üçün xarici amilləri də nəzərdən qaçırmaq olmaz. Təbəri yazır: Müaviyə əvvəldə, sonunda möhür vurulmuş ağ kağızı imam Həsən (ə)-a göndərdi, İmam da öz şərtlərini ona yazıb Müaviyəyə qaytardı. Müaviyənin göndərdiyi möhürlü ağ kağız ona yetişdikdə, birinci məktubda yazdığı şərtlərdən daha üstün şrtlər tələb etdiyindən Müaviyə onu qəbul etmədi. İbni Əsir də bu hadisəni elə bu məzmunda qeyd etmişdir. Şübhə yoxdur ki, bu əhvalatı bu formada Əməvi dövrünün tarixçiləri özlərindən yazmış, həqiqəti dəyişdirərək əvəzində yerinə yalan əlavələr etmişlər. Mən bu kitabda, həmçinin digər yazılarımda qeyd etmişəm ki, birinci və ikinci əsrin hadisələrini təhlil edərkən yalnız üçüncü və dördüncü əsrlərdə toplanmış sənədlərə istinad etmək olmaz. Tam qətiyyət əldə etmək üçün xarici amillərin də köməyinə ehtiyac duyulur. İmam Həsən ibni Əli (ə)-ın həyatını qərəzsiz araşdıranlar çox gözəl bilirlər ki, o, şiələrin əqidəsinə görə də imam olmasına baxmayaraq insani keyfiyyətlərə malik yüksək əxlaqlı bir şəxs olmuşdur. O, baş verəcək döyüşdə çoxlu qan axacağını, Müaviyə ilə müharibənin heç bir nəticə verməyəcəyini biləndən sonra onunla sülh sazişi bağlamışdır. O, sövdəgər deyildi ki, mal üstündə alıcı ilə söhbət edə və ya malının yaxşı satıldığını görüb qiymətini qaldıra. O, elə bir əxlaqi keyfiyyətə malik bir insan idi ki, düşmən də onu e’tiraf etməyə məcbur idi. Əgər Müaviyənin möhür vurulmuş o ağ kağızı imam Həsən (ə)-a göndərməsi hekayəsi düzgün olsa, onda demək lazımdır ki, imam Həsən (ə) şərtləri yazaraq Müaviyəyə qaytarmış, o, da son arzusuna - müharibənin olmayacağı arzusuna çatdığına və sazişdə qeyd olunmuş şərtlərin heç birinə əməl etməyəcəyinə görə belə yalanlar qoşub xalq arasında yaymışdır. Təəccüblü burasıdır ki, Təbərinin yazdığı sülh sazişinin surəti tarixi faktdan çox əfsanəyə oxşayır. Bu belə olduqda indi görün xarici rəvayətçilər nə yazarlar. Təəssüflər olsun ki, bu təhrif edilmiş qondarma sülh sazişi ölkəmizdəki dərsliklərdə də çap edilmiş, tarixçilər və müəlliflər hüsnü rəğbət göstərərək bütövlükdə onun hamısını yazmışlar. İmam Həsən (ə) bu şərtlə Müaviyəyə bey’ət etdi ki, Əlini mənbərlərdə söyməsinlər, bir də Kufənin xəzinəsini (beytül-malını), həmçinin Farsın Darabgerd əyalətinin vergisini İmamın ixtiyarına versin. Müaviyə Əli (ə)-a töhmət vurmaq şərtini qəbul etməsə də qərara alındı ki, Həsən (ə)-ın yanında Əliyə (ə) nalayiq sözlər deyilməsin. Lakin Darabgerdin vergisini Bəsrə əhalisi zəbt edərək dedilər ki, bu gəlir bizimdir. Daha təəccüblü burasıdır ki, müasir təhlilçilər də imam Həsən (ə)-ın bu mal-dövlətlə şiələrə dəymiş ziyanı bərpa etmək istəyini yazırlar. Bu sadəlövh tarixçilər bir şeyə diqqət yetirmirlər ki, əgər imam Həsən (ə) mal-dövlətə görə Müaviyə ilə belə asan sülh sazişi bağlasaydı onun tərəfdarları onu sağ buraxmaz, ya da onunla elə tərzdə rəftar edərdilər ki, hətta müsəlman şəhərlərində asudə yaşaya bilməzdi. Kufə hara Darabgerdin vergisi hara?! Məgər İmam bu məbləği Şamın xəzinəsindən ala bilməzdimi? Müaviyə bu məbləği əsirgəyərdimi? Sülh sazişinin özəyini təşkil edən o əsas şərtlər bəs haradadır? Nə üçün Təbəri onların adını çəkmir? Bu saxta sənədlər müqabilində həqiqəti açıqlayan bir neçə sənəd də varımızdır. Bu sənədlər göstərir ki, Əməvi və Abbasi dövrünün tarixçiləri hər hansı bir əhvalatın Peyğəmbər (s) ailəsinin mənfəətinə olduğunu gördükdə onu dəyişdirmişlər. Bəlazurinin yazdığı Təbəriyə nisbətən üstün və düzgün nəzərə çarpır. O, yazır: Müaviyə möhür vurduğu ağ kağızı imam Həsən (ə)-a göndərdi. O, bununla demək istəyirdi ki, kağızda ürəyin istəyən şeyi yaz. Bu Həsən ibni Əli (ə)-la Müaviyə ibni Əbu Süfyan arasında bağlanan sülh sazişidir. Onunla barışıq edib müsəlmanların hakimiyyətini aşağıdakı şərtlərlə ona tapşırır: Allah kitabına, peyğəmbər sünnəsinə və dinin əmrlərinə uyğun hərəkət edən xəlifələrin əxlaqına əsasən rəftar etsin. Heç kəsi özünə vəliəhd (varis) tə’yin etməsin və ondan sonra iş müsəlmanların şurasına tapşırılsın. Xalqın harada olmasından asılı olmayaraq canı, malı və övladları qorunmalıdır. Müaviyə istər aşkarda, istərsə də gizlində Həsən (ə)-ın əleyhinə təxribat aparmamalı, onun yaxınlarından heç bir kəsi qorxutmamalıdır. Abdullah ibni Haris və Əmr ibni Sələmə bu sülh sazişinə şahiddirlər. İbni Həcər sülh sazişinin mətnini belə yazır: Bu sülh sazişi Həsən ibni Əli (ə)-la Müaviyə arasında bağlanmışdır. Onunla sülh bağlayıb aşağıdakı şərtlər əsasında müsəlmanların hakimiyyətini ona tapşırır: Allah kitabı, Peyğəmbər sünnəsi və Raşidi xəlifələrinin əxlaqı əsasında rəftar etsin. Müaviyə ibni Əbi Süfyanın özündən sonra hər hansı bir şəxsi vəliəhd tə’yin etməyə haqqı yoxdur, ondan sonra iş müsəlmanların şurasına tapşırılsın. Şamda, İraqda, Hicazda və ya Yəməndə və hər bir ərazidə yaşayan xalqın təhlükəsizliyi qorunmalıdır. Əli dostları və şiələri harada olsalar da onların canı, malı, həyat yoldaşları və övladları qorunmalıdır. Müaviyə ibni Əbi Süfyan Allah əhdini və sazişini öz üzərinə götürərək gizlində və aşkarda Həsənin və qardaşının və ya Peyğəmbər ailəsindən olan hər hansı bir kəsin əleyhinə təxribat aparmamalı, onlardan hər hansı birinin harada olmasından asılı olmayaraq qorxutmamalıdır. Filankəs və filankəs bu sülh sazişinə şahiddirlər. Bu mətn yazılan sülh sazişinin əsl mətni olmasa da, demək lazımdır, o sülh sazişi təqribən bu məzmunda olmuşdur. Dövrün mövcud şəraiti bu nəzəri təsdiq edir. Belə ki, Müaviyə işləri elə qurmağa çalışırdı ki, müharibə baş tutmasın. O, deyərdi: Müharibənin ziyanları ona-buna bağışlanan sərvətdən daha artıqdır. Yeri gəlmişkən bunu da qeyd etmək lazımdır ki, ilk gündən o, sülh sazişində yazılanların hamısını olduğu kimi yerinə yetirilməyəcəyi qərarına gəlinmişdi. Belə ki, Müaviyə Kufəyə yollanaraq Nuxəylədə belə dedi: Bilin və agah olun ki, Həsən ibni Əli (ə)-a verdiyim imtiyazın hamısını tapdalayacağam. Hər məzmunda və ya hər bir şərtlərlə imzalanmış sülh sazişi Kufədə, bütövlükdə İraq əhalisində narazılıq yaratdı. Din pərdəsi arxasında gizlənən siyasi dəstə Şamın İraqa qalib gəlməsini, paytaxtın Dəməşqdən Kufəyə qayıtmadığını gördükdə həddən artıq narahat oldular. Həqiqi dindarlar da Əbu Süfyan oğlunun müsəlmanlara hakim olmasını qəbul edə bilmirdilər. Onlar Əbu Süfyanın islam dininə qarşı son qüvvəsinə qədər vuruşmasını, onun qohumlarının müsəlmanlara verdikləri əzab-əziyyətlərin şahidi olmuş, onların yalnız qılınc təhlükəsini hiss etdikdə müsəlman olduqlarını görmüşlər. İndi heç rəva idimi ki, islama və islam peyğəmbərinə çətin günlərdə yardımçı olmuş ənsar və mühacirə belə bir ailənin üzvləri hakimlik etsin. E’tiraz səsləri eşidilməyə başlandı. İbni Əsirin yazdığına görə barışıq sazişi bağlanandan sonra bir nəfər imam Həsən (ə)-ın yolunu kəsib belə dedi: Sən bu işinlə müsəlmanların üzünü qara etdin. Və o həzrət cavabında belə buyurdu: Biz elə bir sülalədənik ki, olacaqla üzləşdikdə ondan əl çəkmirik. Mən babamdan belə bir günün gələcəyini eşitmişdim. Babam Peyğəmbər (s) buyurmuşdu: Yuxuda bəni Uməyyənin mənim mənbərimin üstünə çıxdığını görmüşəm. Zəmanə imamına olan belə bir münasibət və bu sözlər onların həmin hadisədən, sülh sazişindən nə dərəcədə narahat olduqlarını və ya onların öz rəhbərlərinə olan imanlarını göstərir. Lakin görəsən döyüş baş tutsaydı şəxsən o kişi və onunla həmfikir olanlar dedikləri sözün üstündə həqiqətən duracaqdılarmı? Bəli, imtahan meydanında dindarların sayının az olacağı qəti bir məsələ idi. Sülh sazişi bağlandıqdan sonra imam Həsən (ə) yaxın adamları ilə birgə Mədinəyə dönüb ömrünün sonunadək dost və düşmənin tə’nəsinə dözməli oldu. Hicri tarixi ilə 49-cu ildə Müaviyənin tərtib etdiyi plan üzrə o həzrətə zəhər verib şəhid etdilər. |