Dekabrın
26-da axşamdan başlayaraq dekabrın 28-i gündüz saatlarına qədər ölkə ərazisində
hava şəraiti yenidən kəskin pisləşəcək.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli
Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun rəhbəri
Umayra Tağıyeva məlumat verib. U. Tağıyeva bildirib ki, bu müddət ərzində ölkə
ərazisində güclü şimal küləyi əsəcək. Bəzi ərazilərdə küləyin sürəti saniyədə
25-33 mm-ə çatacaq. Bununla bağlı müvafiq qurumlara xəbərdarlıq edildiyini deyən
U. Tağıyeva 26-28 dekabr tarixlərində havanın temperaturunun düşəcəyini, sulu
qar və qar yağacağını açıqlayıb. Dekabrın 27-də gündüz saatlarında Bakıda və
Abşeron yarımadasında 0-2 dərəcə şaxta olacaq. /APA/