DataLife Engine > Xeberler - Новости > Erməni hərbçiləri Ağdamda irə
Erməni hərbçiləri Ağdamda irə24 декабря 2006. Разместил: Gilavar |
![]() Erməni hərbçiləri Ağdamda irəliləməyə cəhd ediblər Dekabrın 22-də axşam saatlarında erməni hərbçiləri Ağdamın işğal altında olan Baş Qərvənd ərazi nümayəndəliyinin Bayramlar kəndi istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru irəliləyiblər. Cəbhə xəttində yerləşən kənd sakinlərinin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, erməni hərbçilərinin sayı 9 olub. Milli Ordumuzun hərbçiləri işğalçıları atəşə tutduqdan sonra onlar geri çəkilmək məcburiyyətində qalıblar. Erməni hərbçilərinin azdığı, yoxsa kəşfiyyat məqsədilə mövqelərimizə yaxınlaşdığı məlum deyil. /APA/ |