DataLife Engine > Xeberler - Новости > Erməni əsirliyində olan Vüsal Qaracayev
Erməni əsirliyində olan Vüsal Qaracayev24 декабря 2006. Разместил: Gilavar |
![]() Erməni əsirliyində olan Vüsal Qaracayev Azərbaycan tərəfə qaytarılıb APA-nın Qarabağ bürosunun məlumatına görə, saat 12.00 radələrində V.Qaracayev Ağdam-Yevlax yolunun Baş Qərvənd kəndi ərazisində Azərbaycan tərəfə təhvil verilib. Əsirin qaytarılması prosesində erməni hərbçiləri, Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri iştirak ediblər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev APA-ya açıqlamasında əsirin qaytarılması barədə məlumatı təsdiqləyib. Qeyd edək ki, Balakən rayon Hərbi Komissarlığından bu il hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Qaracayev Vüsal Məhəmməd oğlu dekabrın 7-də Ağdam ərazisində əsir götürülüb. Rəsmi mənbələr isə əsgərin azaraq əsir düşdüyünü bildirib. |