Erməni hərbçiləri Ağdamda irəliləməyə cəhd ediblər
Dekabrın 22-də axşam saatlarında erməni hərbçiləri Ağdamın işğal altında olan Baş Qərvənd ərazi nümayəndəliyinin Bayramlar kəndi istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə doğru irəliləyiblər.
Cəbhə xəttində yerləşən kənd sakinlərinin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, erməni hərbçilərinin sayı 9 olub. Milli Ordumuzun hərbçiləri işğalçıları atəşə tutduqdan sonra onlar geri çəkilmək məcburiyyətində qalıblar. Erməni hərbçilərinin azdığı, yoxsa kəşfiyyat məqsədilə mövqelərimizə yaxınlaşdığı məlum deyil. /APA/