DataLife Engine > Islam > İslam tarixi 1.2
İslam tarixi 1.222 äåêàáðÿ 2006. Ðàçìåñòèë: Ismail |
ĞƏSSANİLƏRBu qəbiləni bə’zi vaxtlar Ali Cəfnə də (Babalarının adıdır) adlandırırlar. Onlar Yəməndən şimala tərəf hicrət edərək Rum imperiyasının sərhədlərində məskunlaşanlardırlar. Deyilənə görə bu əhali ilk dəfə Məkkəyə yollanmış, sonra onlardan bir qol ayrılaraq badiyətuş-şama (Şam çölünə) getmişdir. Ğəssan adlı çayın sahilində yerləşdiklərinə görə onları Ğəssani çağırırmışlar. Ğəssanilər Ərəbistanın şimalında məskunlaşdıqları ilk vaxtda Səlih qəbiləsinə tabe olmuşlar. Ancaq onlara qalib gəldikdən sonra Rum imperiyasında baş verən müharibələrdə Rumluları himayə edirdilər. Sasani şahlarının tərəfdarları olan Ləxmilər ilə də müharibə edirdilər. Justiyanın imperator olduğu dövrdə Ğəssani dövləti daha da gücləndi. O, bu qəbilənin əmiri olan Haris ibni Cəbləni padşahlıq rütbəsinə qaldırdı. O, bu işdən Ğəssanilərin Ləxmilər müqabilində daha da qüdrətlənməsi məqsədini güdürdü. Ğəssani dövləti islamın şimaldakı ilk qələbələrinə və Suriyanın müsəlmanlar tərəfindən fəth olunmasına qədər mövcud olmuşdur. Yərmuk müharibəsində Rum imperiyasının qoşunu məğlub edildikdən sonra, bu əhalinin bir hissəsi öz yerlərində qalaraq müsəlmanlarla həmkarlıq etmiş və başqa bir hissəsi isə Ruma və ya Kiçik Asiyaya getmişdir. LƏXMİLƏRLəxmilər və ya Ləxm (bə’zən onlara sonuncu padşahlarının adı ilə bağlı olaraq ali Münzir də deyirlər) üçüncü əsrin sonundan Hiyrə və onunla qonşu olan torpaqlara hakim olmuşlar. Hiyrə şahları Sasani dövlətinə tabe olmuş, Rum imperiyası ilə müharibədə onlara kömək etmişlər. Görünür Hiyrə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Ğəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti 7-ci əsrin əvvəlinə qədər davam etmişdir. Bu qəbilənin ən məşhur şahlarından biri Nə’man ibni Qeyeydir ki, 5-ci əsrin əvvələrində hakimiyyət etmişdir. O, Sədir və Xuvərnəç saraylarını tikdirmişdir. Nə’man Sasani şahı Yəzdəgerdin atası Bəhramla dost olmuşdur. Deyilənə görə o, bu sarayları Bəhramın istirahət etməsi üçün tikdirmişdir. Mə’lumata görə tikinti qurtardıqdan sonra, sarayın me’marlıq sirrləri öyrənilməsin deyə, Sinimmar adlı me’mar öldürülmüşdür. Nə’man ibni Münzir bu ailənin sonuncu adlı-sanlı şahlarından olmuşdur. Deyilənə görə Xosrov Pərviz (Sasani şahı) qəzəblənərək onu yanına çağırıb öldürmüşdür. Hər halda islam dini zahir olan zaman bu ailənin heç bir qüdrəti qalmamışdı. Bu qəbilənin sonuncu başçısı Münzər ibni Nə’mandır ki, onun hakimiyyət dövrü Xalid ibn Vəlidin Hiyrəyə gələn vaxtına təsadüf edir. SƏHRA SAKİNLƏRİQeyd etdiyimiz kimi, Ərəbistan yarmadasının cənubunda yağışların yağması və torpağın məhsuldar olması ilə əlaqədar olaraq hələ qədim zamanlardan bəri, abadlaşmış və şəhərlər salınmışdır. Ancaq şimal ərazilərində və səhralarda cəmiyyət yox idi. Lakin belə deyil ki, orada abadlıqdan əsər-əlamət olmasın. Qırmızı dənizin sahilləri və Nəcddə – oradakı yer altı su mənbəsindən su quyuları meydana gəlmişdi – əhali yaşayırdı. Məsələn, Hicaz əyalətinin 200 dərəcə şimal zolağında Yəsrib şəhəri salınmışdır ki, sonralar Mədinətün-nəbi adı ilə əvəz olunmuş, daha sonra isə sadəcə olaraq Mədinə adlanmışdır. Bu şəhərdə su quyuları və kəhrizlər olduğundan, həmçinin torpağın əkinə yararlı olması əhalinin burada məskunlaşmasına səbəb olmuşudur. Şimal ərazisinin ucqar nöqtəsində Təbuk və Dumətul-cəndər kimi şəhərlər də mövcuddur. Burada Qırmızı dənizə yaxın olan bir sahədə Məkkə şəhərini qeyd etmək olar ki, onun barəsində ətraflı danışacağıq. Bu kiçik şəhərləri, suyu və yaşıllığı olan ərazini keçdikdən sonra həmin ərazinin əksəriyyətini geniş səhralar təşkil edir. Bə’zən qış və yaz mövsümündə Aralıq dənizindən gələn buludlar bu geniş səhranın üzünü örtür və yağışlar yağır. Gur yağan yağışların ardınca sel gələrək vadilərə axıb gedir. Ondan sonra otlar göyərir və torpaq bir müddət yaşıl çəmənə bürünür. Bə’zən də illər keçir, ancaq orada yağışdan heç bir əsər-əlamət görünmür. Bu nahiyənin yay günlərində havası isti, hətta çökək ərazilərdə istiliyin hərarəti 50-dərəcəyə çatır – gecələri isə mülayim olur. Hərdən qışda Şəmmər sıra dağlarının başına qar da yağır. Belə bir şəraitdə səhrada yaşayan əhali çətinliklə həyat sürürdü. Çöl ərəbi - dildə ona bədəvi deyilir – bu səhranın ətrafında yaşayırdı. Xariclə əlaqəsi olmadığından buranın yaşayışı uzun müddət dəyişilməmişdir. Səhra sakini yazın ikinci ayından payızın ikinci ayına qədər özünə və qəbiləsinə məxsus olan su nohurunun ətrafında yaşayırdı. İlk yağış yağdıqdan sonra isə səhraya tikanlı otlar toplamağa gedərdi. Beləliklə cənub ərazisində əhalinin çox və sıx olmasının əksinə olaraq, şimal və mərkəzdəki geniş səhralarda əhali çox az idi. Bu günün özündə də orada ərazi azlıq təşkil edir. Belə bir yaşayış tərzi olan yerdə ev tikib daimi məskunlaşmağın heç bir mə’nası yox idi. Ona görə də səhra sakinin evi gərək yüngül olaydı ki, onu istədiyi vaxt söküb özü ilə apara və başqa bir yerdə qura biləydi. Belə bir ev keçi yunundan əyirilmiş iplə toxunmuş çadırlar, dirəyi isə xurma ağacının budaqları idi. Köçəri halda yaşayan səhra sakinləri çalışırdı bu yer dəyişmələrdə hər zaman zəruri olan şeyləri özü ilə aparsınlar. Çadır (alaçıq), yatmaq üçün ev ləvazimatları, su tuluğu, su qızdırmaq üçün qab, ərzaq, ara-sıra kobud bir döşək, yük daşımaq üçün dəvə və bə’zi hallarda da qoyun onların əmlakı hesab olunurdu. Əlbəttə işlərin ağırlığı qadının üzərinə düşürdü, ancaq övladların barəsində təbiidir ki, çöldə yaşayan ərəb qız övladından daha çox oğlan uşağına meyl göstərirdilər. Çünki, oğlan uşağı uşaqlıqda dəvəyə göz qoyar, atanın işlərinə kömək edərdi. Böyüdükdə isə ailəni əsgər kimi düşmənin zərərindən qoruyardı. Belə şəraitdə qız uşağı əl-ayağa dolaşırdı və gərək daim onu qoruyan olaydı. Elə buna görə də çöl ərəbləri qız uşaqlarını sevmirdilər. Eşidəndə ki, onların qızları olub çox narahat olurdular. Qur’ani-kərimdə oxuyuruq: Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəbdən üzü qap-qara qaralardı. Verilən xəbərin pisliyi üzündən öz tayfasından qaçıb gizlənərdi. Gərəsən o körpəni zillət içində saxlayacaq, yoxsa torpağa basdıracaq? Bir görün onlar necə pis mühakimə yürüdürlər! (oğlanları özlərinə götürüb qızları Allaha isnad edirlər) (Ən-Nəhl 58-59) Bu narahatçılığın başqa bir səbəbi də var idi. İslamdan qabaq çadırda yaşayanlar, müharibə və münaqişə dolu bir həyat sürürdülər. Bu müharibələrdə qalib olan dəstə qadınları və qızları əsir götürüb aparırdılar. Qadın və qızın əsir düşməsi məğlub olan dəstə üçün ən böyük təhqir sayılırdı, çünki bununla nəslin namusu (təmizliyi) aradan gedirdi. Buna görə də biz ərəblərin nəsəblər kitabında görürük ki, onlar çalışıb öz nəsəbnamələrini qorumuşlar. Bununla onlar yad bir adamın onların öz nəsil və soylarına daxil olmamağını və soylarının təmiz qaldığını göstərmək istəyirlər. Əvvəldə Qeyd etdiyimiz kimi, bədəvi ərəblər daim su tapmaq üçün hərəkətdə olmuşdur. Bu gediş-gəlişdə arvadı və övladı onunla birgə olmuş, çünki səhra çalışma səhrasıdır. Onu da qeyd edək ki, qarşıya çıxa biləcək bə’zi çətinliklərin öhdəsindən bir ailə belə təklikdə gələ bilmir. Çarəsizlikdən bu səfərlərdə bir neçə ailə birlikdə getməyə məcburdur. Ancaq bu ailələri bir-birinə yaxınlaşdıran səbəb (nəsəb-nəsil) olmalıdır. Belə ki, ya qardaş, ya əmi oğlu və ya qız alıb-verməklə bir-birləri arasında qohumluq əlaqəsi olmalıdır. Belə yaxınlıq əlaqəsi olan birliyə “qövm” deyilir. Bir neçə qövmün birliyindən isə qəbilə meydana gəlir. Qəbilələr çox vaxt “bəni Hərb, bəni Təyyim, bəni Ədiy” və s. bu kimi adlarla adlanırdılar. Alaçıqda yaşayanlar (yə’ni səhra sakinləri) heç vaxt kənar qəbilənin hökmranlığını qəbul etmirdilər. Səhranı gəzmək, mənzil başında dayanmaq, ixtilaf düşdükdə hakimlik etmək, “şeyx” adlı rəhbərin üzərinə düşür ki, yaşca hamıdan böyük olurdu. Şeyx qəbiləni keçmiş ata-babalarından miras qalmış adət-ən’ənələrlə (sünnətlərlə) idarə edir. Bu vəzifəyə seçilən şeyx gərək lazım olan şərtləri və xüsusiyyətləri özündə toplaya bilən şücaətli, səxavətli, güzəştə getməyi bacaran, əlinin altındakılara təsəlli verən və qəbilənin marağını qorumağı bacaran şəxs olmalı idi. Düşmənçilik zamanı hakimlik etmək, müharibə əmrini vermək hansısa bir qəbiləyə birləşmək və ya ondan ayrılmaq kimi məsələlər də şeyxin öhdəsinə düşür. Hətta hansısa əqidəni və ya dinin qəbul edilib edilməməsində şeyxin rə’yi əsas rol oynayırdı. Əgər qəbilənin şeyxi hansı dini və ya ən’əni qəbul etsəydi, təbii olaraq qəbilənin üzvləri də o dini və adət-ən’ənəni qəbul edirdilər. Əlavə edək ki, islam dininin gəlişi ilə başqa sünnətlər kimi, qəbilənin bu adət-ən’ənənəsi də pozuldu. Belə ki, üzvlər islam dinini qəbul etdiyi halda, qəbilənin şeyxi ona meyl göstərmirdi. Belə bir mühitdə həyat sürmək üçün daim gərək təbiət və insanla mübarizə aparasan. Elə ona görə də ardıcıl münaqişələr baş verirdi. Dəvə və qoyun onun mal-dövləti, su və ot isə onun dirilik mənbəyi idi. Qeyd etdiyimiz kimi, bu səhrada su və ot az tapılan bir şey, onu axtaranlar isə çox idi. Bunları əldə etmək üçün onlar bir-biri ilə üzləşməli və ya vuruşmalı idilər. Bundan əlavə başqa dəstələrə hücum edərək var-yoxlarını qarət etmək, bununla da öz rahatlıqlarını tə’min etmək səhra sakinlərinin adi işlərdən biri sayılırdı. Elə bu səbəbdən də onların tarixində islamdan qabaq kiçik məsələlər üstündə çoxlu qanlar tökülmüş və adamlar öldürülmüşdür. Belə münaqişələr illər boyu davam etmişdir. Bu barədə daha ətraflı mə’lumat almaq üçün “Əyyamül-ərəb” kitablarına müraciət etmək lazımdır. Biz burada yalnız nümunə olaraq Təğləb ilə Bəni-bəkr qəbiləsi arasında baş vermiş Bəsus müharibəsinə işarə edəcəyik. Bu qəbilənin hər ikisi Rəbiə tayfasındandır. Bunlar arasında baş verən müharibə 40 il davam edib. Səbəbi da bir qəbilənin otluq sahəsinə o biri qəbilənin dəvəsinin girməsi olmuşdur. İslamdan qabaq ərəblər baş vermiş müharibələrə və münaqişələrə dair şe’rlər və qəhrəmanlıq dastanları qoşaraq iftixar hissi ilə oxuyurdular. Belə şe’r və dastanlar sinələri dolaşaraq nəsildən nəsilə ötürülürdü. (Elə bu səbəbdən idi ki, şe’r ərəblər arasında rövnəq tapmış, qəhrəmanlıq ədəbiyyatı isə güclənmişdi.) Səhra övladı sağlam mühitdə böyüdüyü üçün gümrah və sağlam bədənə malik idi. Digər tərəfdən də heç bir qayda-qanuna tabe olmayaraq azad və lovğa yaşamaq istəyirdi. Şəhər yaşayışına, adət-ən’ənə və qoyulmuş qayda-qanunlarına e’tinasız və rişxəndlə yanaşırdı. Əgər zərurətdən bir neçə günlüyə şəhərə getmiş olsaydı belə, ürəyi səhra və alaçığının yanında qalırdı. Onun ömür sürdüyü ocaq ilk növbədə ailəsi, sonra qan qohumları idi ki, bir yerdə yaşayır, bir yerdən başqa yerə də birlikdə gedərdilər. Özünə və ona bağlı olan hər bir şeyə hörmət edər, onların müdafiəsi üçün canından keçməyi belə hazır olardılar. Onu bu müdafiyəyə təhrik edən yeganə amil nəsil cəhətdən bir-birlərinə bağlılıq idi. O, öz qohumuna arxa çıxan zaman kimin günahkar olmasını soruşmazdı. Qəhtani və Ədnani qəbilələrinin öz daxilində çoxlu sayda münaqişə və müharibələr baş verməsinə baxmayaraq, kənardan əgər onlara hücum etsəydilər bütün ixtilafları kənara qoyub birləşərək düşmənə qarşı birgə vuruşardılar. Məsələn, Həmdan və Qəzaə qəbilələri uzun müddət bir-birləri ilə müharibə etdiyi zaman, qəfildən Rəbiə qəbiləsi onlardan birinin üzərinə hücuma keçərdi. Bu vaxt onlar öz aralarındakı münaqişəni kənara qoyub bir yerdə Rəbiə qəbiləsi ilə vuruşardılar. Bu yaxın qohumların qeyrətini çəkmək hissidir ki, Qur’an bunu cahiliyyət dövrünün qeyrəti və şərəf hissi kimi qələmə vermişdir. İsti və quru səhrada həyat sürmək, sərtliyi və rəhimsizliyi onlara təlqin edirdi. Əgər əlverişli şərait olsaydı, bəlkə də sərtlikdən istifadə etmək özünün son həddinə çatmazdı. Bu döyüşkənlik, dözümlülük səhra sakininin hərəkət-tərzi idi. Ancaq onların təbii həyatlarında başqa şeylər də nəzərə çarpırdı. Onunla bağlılığı olan bir nəfərin və ya bir neçə nəfərin yolunda fədakarlıq göstərməyə, malından, hətta canından da keçməyə hazır idi. Bə’zən belə fədakarlıq divanəlik həddinə gəlib çatardı. Ərəblərin zərbül-məsəllərində rast gəlirik: Məsələn deyirlər ki, bir kişi səhər tezdən öz alaçığından bayıra çıxıb görür ki, bir dəstə adam onun xeyməsinin ətrafında toplanıb. Səbəbini onlardan soruşduqda deyirlər ki, dünən axşamdan bir dəstə çəyirtkə sənin alaçığının ətrafına toplaşıblar ki, biz də istəyirik onları ovlayaq. O kişi çadıra dönərək, nizəsini çiyninə alıb gəlir və onların qarşısında dayanaraq belə deyir: Çəyirtkələr mənim alaçığımın kölgəsinə sığınıblar, siz də istəyirsiniz onları ovlayasınız? Belə bir işə əsla icazə vermərəm. Əgər bir nəfər çəyirtkələrə yaxınlaşsa mənim nizəmin qurbanı olacaq. O, günəşin doğub çəyirtkələrin uçub getməsinə qədər müqavimət göstərdi. Sonra dedi: İndi çəyirtkələr mənim himayəmdə deyil, siz gedib onları ovlaya bilərsiniz. Qeyd etdiyimiz kimi, beşinci yüzillikdən Ərəbistan yarmadasının ictimai həyatında dəyişikliklər baş verdi. Xalqın yaşayış tərzində də müəyyən yeniliklər hiss olunurdu. Karvan yolunun dəyişməsi yeni şəhərlər və şəhər tipli qəsəbələrin salınmasına səbəb oldu. Bu kiçik şəhərlər səhra sakinlərini özünə cəlb edirdi. Onlardan bir dəstəsi şəhərdə muzdurluq edər, başqa bir dəstə isə karvan yolunu qorumaq və ticarət mallarının limanlara çatdırılması vəzifəsini yerinə yetirirdilər. Karvanlara bələdçilik edən bədəvilərə kömək edən amil onların məharətli at minib-sürmələri idi. Dediyimiz cənubda Mə’rəb səddinin dağılması ilə əkinçiliyin ağır vəziyyətə düşməsi, bütövlükdə Ərəbistan yarmadasının ümumi vəziyyətinə tə’sir etmişdi. Ancaq həmin vaxtlar sahil boyu – İran körfəzindən tutmuş Qəzzə limanına qədər və Əqəbə körfəzi – ticarət əhəmiyyəti kəsb etdiklərini qoruya bildilər. Bu uzun yol boyunca cəzb olunan yerlərdə əhali cəmləşirdi. Belə ki, xaçpərəstlərin bir dəstəsi Hərrana, yəhudilər isə Yəsribə gedərək əkinçiliklə məşğul oldular. DİN VƏ E’TİQADLARƏrəbistanın cənubunda səma cismlərindən günəşə, aya, ulduza pərəstiş (ibadət) etmək çox qədim zamanlardan bəri rəvac tapmışdı. Səba qövmünün günəşə pərəstişinə Qur’ani-kərimdə işarə olunmuşdur. Ərəbistanın şimalında da bu e’tiqadın ardıcıllarına rast gəlmək olurdu. Səhra bədəviləri demək olar ki, hamısı bütpərəst idilər. Onlar şəhərlərdə məskunlaşmalarına baxmayaraq bütpərəstlikdən əl çəkməmişdilər. Qəbilənin bütün bütləri üçün məxsus ibadətgah yeri yox idi. Bə’zi qəbilələr öz bütlərini elə bir yerə qoyurdular ki, hamı onun ziyarətinə getsin. Ancaq bir çox qəbilələr bütləri özləri ilə birlikdə gəzdirirdilər. Bu bütlər taxta və ya daşdan, bə’zən isə xurma ağacından düzəlir və lazım olan vaxtda ondan istifadə edilirdi. Qur’ani-kərimdə bu bütlərin bir neçəsinin adı çəkilib. 1.Lat. 2.Uzza – Kəlbinin dediyinə görə Latdan sonra bu bütə ibadət olunub. 3.Mənat – Ous və Xəzrəc qəbilələrinin hörmət bəslədiyi bir büt olub. 4.Vədd – Kəlb qəbiləsinin bütü idi. 5.Suvay – Hüzeyl qəbiləsinin bütüdür, Yənbu’da yerləşmişdir. 6.Yəqus – Məzcih qəbiləsinin bütü idi. 7.Yəuq – Xəyvan qəbiləsinin bütüdür, Səna’da yerləşmişdir. 8.Nəsr – Himyər qəbiləsinin bütü idi. Qüreyş qəbiləsinin də Kə’bə daxilində və ətrafında bütləri var idi ki, onların ən böyüyü Hubəl idi. Kəlbi ərəblərin bütlərə sitayiş etməsi barəsində belə deyir: Məkkədən keçən hər bir karvan Kə’bənin həyətindən bir daş götürüb özləri ilə aparır, Kə’bəni xatırlayaraq o daşın ətrafına dolanırdılar. Bu daşa tə’zim etdikdən sonra başqa ibadətləri yerinə yetirirdilər. Yazılanlara görə Əmir ibni Luhəy bütpərəstliyi Şam əhalisindən öyrənmiş və oradan özü ilə bir büt gətirərək Kə’bə evinin yaxınlığında yerləşdirmişdi. Əgər Kəlbinin bu tə’biri doğru olsa da belə, bütövlükdə ərəblərin bütpərəstliyini deyil, bəlkə məxsus qəbilələrin bütpərəst olmağını xatırladır. Çünki ərəblərin hamısı Məkkəyə gəlmirdilər, gəlsəydilər də onu özləri ilə aparmırdılar. O zaman ağaca pərəstiş, Qeyd etdiyimiz kimi, aya, günəş və ulduzlara pərəstiş səhra sakinləri arasında rövnəq tapmışdı. Onu da qeyd etmək lazımdır ki, onlar xeyir və bərəkət mənbəyi bildikləri bə’zi şeylərə pərəstiş edir, təsəvvür etdikləri tərzdə ona oxşar bütlər düzəldirdilər. Necə ki, onlar bə’zi şeyləri şər mənbəyi kimi qəbul edirdilər. Onların təsəvvürünə görə cin zərər və ziyan mənbəyi, bə’ziləri üçün isə faydalı bir şey sayılırdı. Belə ki, bə’zi şairlərin təblərinə uyğun cinləri var idi ki, şe’rləri onun zehninə salırdı. Qeyd olunduğu kimi, islam dinindən əvvəl səmavi dinlərdən olan yəhudi dininə, xristianlığa və zərdüştliyə itaət edənlər Ərəbistan yarmadasında var idi. Hətta Hicazda bir neçə nəfər Mani dini ilə də tanış idi və ona e’tiqad bəsləyirdilər. Xristianlıq cənubdan Həbəşistan vasitəsi ilə oraya daxil olmuşdu. Deyilənə görə, şimalda ilk dəfə Təğləb, Quza’ə və Ğəssan qəbilələri Rum imperiyası vasitəsi ilə qüvvətlənərək bu dini qəbul etmişdilər. Hiyrə İrana yaxın olduğuna görə orada zərdüştlik yayılmışdı, ancaq bununla yanaşı bir dəstə xristianın olması da tarixdə qeyd olunmuşdur. Kəlbinin yazdığına görə islamdan əvvəl bir dəstə ərəb Məkkəyə həcc ziyarətinə gedər, həcc, ümrə, Ərəfatda qalmaq və qurban kəsmək kimi işləri yerinə yetirərdilər. İlin dörd ayını, o cümlədən ziqə’də, zihəccə, rəcəb və məhərrəm ayları haram sayılır və bu aylarda bir-birləri ilə müharibə etməzdilər. İslamın zühuruna yaxın vaxtlarda Məkkə və Mədinə ətrafında bir qurup adamlar da var idi ki, onlar bütpərəstliyə e’tinasız yanaşır, qan tökməkdən və zülmdən uzaqlaşaraq, o dövrdəki səmavi dinlərə e’tiqad bəsləmirdilər. Onların dini ayinləri yox idi. İslam ilahiyyət alimləri onları Hünəfa adlandırmışlar. Onun tək forması hənifdir ki, mə’nası batil olan dindən dönmək deməkdir. Ancaq Qur’ani-kərimdə Hənif və ya Hünəfa kəlməsi İbrahim peyğəmbərin (ə) dinində olanlara şamil edilmişdir. İbni Hişam Zeyd ibni Əmr ibni Nufeyldən bir neçə beyt şe’r nəql edilmişdir ki, o bu beytlərdə “Lat”, “Uzza” və digər bütləri tənqid etmiş, onlardan əl üzərək yeganə Allaha üz çevirdiyini ifadə etmişdir. Əgər doğrudan da bu beytlər Zeyddən olsa, onda onu Hünəfa qrupunun üzvündən saymaq olar. Deyilənlərə görə Peyğəmbər (s) onun bağışlanması üçün dua etmişdir. Ancaq ibni Hişamın nəql etdiyi şe’rin üslubu, islamdan qabaqkı ərəblərin yazdıqları şe’rlərlə fərqlənir. MƏKKƏDƏ QANUN VƏ DİNMəkkə şəhərinin qanunu qəbilələr arasında bağlanan əhd-peymandan ibarət idi. Bu qanun əsasında hər qəbilənin və ona qohum olanların hüququna ayrı qəbilələr tərəfindən hörmət qoyulurdu. Əgər bir nəfərin hər hansı bir qəbilə ilə qohumluğu və ya bağlılıq əlaqəsi olmasaydı, heç bir qanun onu zülmkar qarşısında müdafiə və ya himayə etməzdi. MƏKKƏNİN MƏRKƏZƏ ÇEVRİLMƏSİƏrəbistanın cənubunda baş vermiş dəyişiklik, əhalinin müxtəlif nöqtələrə səpələnməsi və səhra vasitəsi ilə ticarət yolunun rövnəq tapmasından sonra, əhalinin böyük əksəriyyətinin məskunlaşdığı yerlərdən biri də Məkkə şəhəri idi. Məkkə Qırmızı dənizə yaxın olmaqla yanaşı, bir tərəfdən Şam və Fələstin ticarət yolunun üzərində yerləşmiş, digər tərəfdən isə Yəmənin ticarət yolunun üzərində əlaqə vasitəsinə çevrilmişdi. Bu şəhər ticarət üçün əlverişli mövqeyindən əlavə, başqa bir əhəmiyyətə də malik idi. Yarımadanın müxtəlif nöqtələrindən əhali ilin müəyyən mövsümündə bu şəhərə axışırdılar. Bildiyiniz kimi, Kə’bə evi Məkkə şəhərində yerləşmiş, islamdan min illər əvvəl də ona ehtiram qoymuşlar. Qur’ani-kərim deyir: İbrahim (ə) öz ailəsini Hicazın susuz və bitkisiz ərazisində yerləşdirərək öz Allahına dua edir: İbrahim zamanından Kə’bə evi yeganə Allaha ibadət olunduğu məkana çevrildiyi üçün, bu yer böyük əhəmiyyətə malik olmuşdur. Ancaq o dövrün əhalisinin hansı tərzdə yaşaması və ibadətlərinin növü də mə’lum deyildir. Məkkənin tarixi demək olar ki, iki mənbədən aydınlaşır - Qur’ani-kərim xəbər verdiyi ibtidai tarix və bir də Peyğəmbərin (s) dünyaya gəlişindən yüz il qabaqkı dövr. Şübhə yoxdur ki, beşinci və altıncı əsrlərdə Məkkə abad şəhər olmuşdur. Onun Qırmızı dənizə yaxın olması Afrikanın şimal tərəfdən Suriya ilə ticarət yolunu birləşdirməsinə səbəb olmuşdur. Kə’bə evinin ziyarətgah olması və müəyyən mövsümdə həcc karvanlarının gəlişi də Məkkənin abadlaşmasına köməklik etmişdir. Qeyd etdiyimiz kimi, yarmadanın cənubundakı durumun dəyişilməsi ilə əhali oradan başqa məntəqələrə köçd&;;;;;#252;lər. Bunların arasından Curhum və Xuzaə’ qəbiləsi Məkkədə məskunlaşdı. Curhum qəbiləsinin Yəməndə yaşamaları dövrü tarixi mə’lum deyildir. Bə’zi tarixçilər onların İsmayıl (ə) peyğəmbərin dövründə yaşadıqlarını qeyd edirlər. Curhum qəbilsi əvvəldə Məkkənin hakimiyyətini ələ keçirdilər. Ancaq Xuzaə’qəbiləsi gəldikdən sonra onların arasında müharibə baş verdi ki, ondan sonra şəhərin hakimiyyəti Xuzaə’ qəbiləsinin əlinə keçdi. Xuzaə’ qəbiləsinin Məkkə şəhərində hakimiyyəti islam Peyğəmbərinin (s) ulu babası Qusəy ibni Kilabın dövrünə qədər davam etdi. Qusəyin adı Zeyd və anası isə Səid ibni Səyəlin qızı idi. Zeydin anası Kilabın vəfatından sonra Xuzaə qəbiləsindən olan Rəbiət ibni Huzamla ailə həyatı qurmuş, sonra isə oğlu Zeydlə birlikdə ərinin qohumlarının yaşadığı Şam şəhərinə getmişdir. Deyilənə görə Zeydə vətənindən ayrı düşdüyünə görə Qussəy (yə’ni uzaq düşmüş) ləqəbi verilmiş, sonra isə ləqəbi onun adını əvəz etmişdir. Qusəy həddi-büluğa çatdıqdan sonra Məkkəyə dönmüş, Xuzaə qəbiləsinin böyüklərindən olan Huləylin qızı ilə ailə həyatı qurmuşdur. Və bu qadından onun Əbdud-dar, Əbd-Mənaf, Əbdül-Üzza və Əbd-Qusəyy adlı dörd oğlu dünyaya gəlmişdir. Qusəyy Məkkə hakimiyyətini Xuzaə qəbiləsinin əlindən alaraq, şəhərdən kənarda məskunlaşmış Qüreyş qəbiləsindən olan qohumları şəhərin daxilinə gətirmişdir. İslamın zühurundan əvvəl Məkkə şəhərində yazıb-oxumaq üçün xüsusi bir məkan olmamışdır. Ancaq bə’zi ailələrdə zəruri olaraq yazı-pozu və oxumaqla məşğul olan adamlar var idi. Lakin səhra sakinlərinin yazmaq və oxumaq bacarmaları haqda heç bir dəlil və sənəd yoxdur. Çox nadir hallarda təsadüfən bir şair və ya kahin öz vətənini tərk edərək qonşu ölkələrə səfər edər və orada yazıb-oxumaq öyrənərdi. Şairlərin yazdığı şe’rlər və kahinlərin öyüd-nəsihətləri (xütbələri) xalq tərəfindən öyrənilərək sinələri dolaşırdı. İldə bir dəfə Taif ilə Nəxlə arasında yerləşən Uxkaz bazarında, zi-qə’də ayında Mərrul-Zəhran bazarında və ondan sonra isə zil-Məcazda (Ərəfə yaxınlığında yerləşən yer adıdır) şairlər yazdıqları şe’rləri xalqa oxuyardılar. Qüreyş qəbiləsi Məkkə hakimiyyətini bəni Xuzaənin əlindən aldıqdan sonra get-gedə ticarətlə məşğul olmağa başladılar. Onlar Ərəbistanın cənub və şərqindəki məhsulları Aralıq dənizinin limanlarına daşıyar, Dəməşq bazarlarından isə Hicaza buğda, zeytun, ipək parça və başqa məhsullar gətirərdilər. Qureyş karvanı ildə iki dəfə ticarət səfərinə çıxırdı – qışda Yəmənə, yayda isə Şama (Suriya) tərəf. İbni Hişamın yazdığına görə, bu iki səfər Peyğəmbərin (s) ulu babası Haşimin təşəbbüsü ilə yaradılmışdır. Qur’ani-kərimdə bu iki ticarət səfərinə işarə olunmuşdur. Səhrada yaşayan maldarlıqla məşğul olanlar da Məkkə şəhərində məskunlaşdılar. Topladıqları pullarla ya ticarət edər, ya da sələminə borc verərdilər. Onlar şəhərdəki belə yaşayışın səhra həyatından mənfəətli və zərərsiz olduğunu artıq dərk etmişdilər. Bundan əlavə başqa qəbilələrlə müharibə etmək və ya qonaq evi düzəldib imkansızlara əl tutmağa ehtiyac duyulmurdu. Məkkə şəhərinin tədrici inkişafı alaçıqda yaşayanları özünə cəlb edirdi. Onlar heyvandarlıq və səhra gəzintisindən əl çəkərək şəhərə üz tutdular və dövlətli təbəqəyə qulluq göstərməyə başladılar. Çox keçmədi ki, Məkkədə iki ictimai sinif meydana gəldi. Azlıq təşkil edən varlı təbəqə -onlar mal-dövlət toplamaqdan başqa heç bir şey haqda düşünmürdülər. Çoxluq təşkil edən yoxsul təbəqə - onlar öz enerjilərini varlı təbəqəyə qulluq göstərməkdə sərf edib müqabilində çox az bir gəlir əldə edirdilər. İslamın zühuruna yaxın bir vaxtda Məkkə şəhərində ictimai durum həddindən artıq gərgin idi. Qüreyş başçıları Məkkə şəhərinin hakimiyyətini əldə etmiş və Kə’bə evinin nəzarətini özləri üçün üstünlük hesab edirdilər. Ancaq bu üstünlük dini xarakter daşısa da, əsl həqiqətdə zorakılıq və qəddarlıq sayılırdı. Fitri cəhətdən tək Allahlığa mayil olan insan, şeytani meyillər tərəfindən məğlub edilmiş, zülm isə insani ədalətin yerini tutmuşdu. Nə zalımı düz yola də’vət edən bir din, nə də zülm çəkənlərin harayına yetişən bir qüvvə var idi. Qeybdən kiminsə gəlib bu işləri görməsinin vaxtı artıq çoxdan yetişmişdi. |