İslam tarixi 2.2 » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное

 

Menyu
Mahnılar
Samanyolu TV (birbaşa izlə)
Radio
Axtarış / Поиск:
Kalendar
Reklam

 

 

 

                       
Islam / İslam tarixi 2.2


MANEƏLƏRİN UĞURSUZLUĞU

Qüreyş başçıları yeni dinin qarşısını almaq üçün hiyləyə əl atırdılar. O cümlədən Peyğəmbəri incitmək, arxasınca yaramaz sözlər demək, ona tabe olanlara zərər yetirmək, “şairdir, dəlidir, sehrbazdır” sözləri ilə təhqir etmək. Lakin bu atılan addımların heç birinin faydası olmadı. Bəni Əbud-Mənaf tayfasından olan Nəzr ibni Hərs bir müddət Hiyrə də yaşayaraq orada İran şahlarının və pəhləvanlarının qəhrəmanlıq dastanlarını öyrənmişdi. O yeni bir üslubdan istifadə edirdi, belə ki, Peyğəmbər (s) bir məclisdə əyləşib xalqa keçmiş ümmətlərin talelərini xatırladaraq onları nəsihət edir, Fir’on, Saleh və Səmud qövmünün hekayələrini onlara danışar sonra isə durub gedərdi. Bunun ardınca Nəzr onun yerinə əyləşib deyərdi ki, ey Qüreyşlilər and olsun Allaha mən sizə Məhəmməd (s)-ın söylədiyi dastanlardan yaxşı dastanlar danışacam, gəlin mənim söylədiklərimə qulaq asın. Bə’zi təfsirçilər yazırlar ki, Nəzr o kəsdir ki, Qur’an onun barəsində belə deyib:

Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalim kim ola bilər?

Ancaq Qüreyş kafirlərinin və Nəzrin təsəvvürünün əksinə olaraq xalqın ürəyini cəlb edən və müsəlmanlığa rəğbət yaradan keçmiş ümmətlərin hekayələri deyildi; sadəcə olaraq bu dastanlar müqəddimə xarakteri daşıyırdı, onun ardınca isə nəsihətlər, ürəkyananlıq və ən başlıcası isə gözəl və insani həyat və’dəsi verilirdi. Dastanlar qullar və zəif təbəqənin nümayəndələrinə müjdə verirdi ki, bu günün zülmkarları da keçmiş dövrün zalimləri tək məhv olacaqlar və hakimiyyət onların əlinə keçəcək.

İbni İshaq yazır ki, Qüreyş başçılarından olan Əbu Süfyan, Əbu Cəhl və başqaları gecələr gizlincə Məhəmməd (s)-ın xalqı nəsihət etdiyi evə gedərək onun sözlərinə və Qur’an ayələrinə qulaq asardılar. Sübh çağı oradan qayıtdıqdan sonra bir-birlərinə deyərdilər ki, daha belə iş görməyək. Bizim rəftarımız səbəb olar ki, qəbilənin nadanları da Məhəmməd (s)-ın sözlərinə uysunlar. Bununla belə onlar bir neçə axşam ardıcıl olaraq o evə gedirdilər. Nəhayət nə edəcəkləri barədə əyləşib məşvərət etdilər. Bəni Məxzum tayfasından olan Əbu Cəhl dedi: Biz Əbd Mənaf övladları ilə hakimiyyət uğrunda daim mübarizə aparırdıq və bu mübarizədən bir addım belə geri çəkilmədik, sonda dedilər ki, göydən bizə vəhy gəlir. And olsun Allaha mən heç vaxt ona iman gətirməyəcəm.

HƏBƏŞƏYƏ HİCRƏT

Müsəlmanların sayının artıması ilə bərabər Qüreyşin Məhəmməd (s)-a qarşı düşmənçiliyi də çoxalırdı. Lakin Qeyd etdiyimiz kimi, Peyğəmbər (s)-ı Əbu Talib himayət etdiyinə görə və qəbilələr arasında bağlanmış əhd-peymana əsasən şəxsən Peyğəmbər (s)-a zərər yetirə bilmirdilər. Ancaq onun ardıcıllarına, xüsusilə də köməksiz olanlara əllərindən gələni əsirgəmirdilər. Yeni müsəlmanlara işgəncə verilməsi Peyğəmbər (s)-ı daha çox narahat edirdi. Nəhayət onlara əmr edir ki, Həbəşəyə getsinlər. Onlara belə dedi: O ölkənin padşahından heç kəs zülmə mə’ruz qalmayıb, oraya gedin ki, Allah sizləri bu müsibətdən qurtarsın. Qüreyş başçıları müsəlmanların Həbəşəyə getməsindən xəbərdar olduqdan sonra Əmr ibni A’s və Abdullahh ibni əbi Rəbiə’ni Həbəş padşahı Nəcaşinin yanına göndərdilər ki, onları geri qaytarsın. Nəcaşinin hüzurunda Qüreyşin nümayəndələri dedilər: Bizim bir neçə düşüncəsiz nökərlərimiz öz atalarının dinindən üz döndərib sizin və bizim tanımadığımız bir əqidəni qəbul ediblər. Bizim əhalinin başçıları sizdən onların geri qaytarılmasını istəyirlər. Nəcaşi dedi: Gərək onları da dinləyəm. Müsəlmanlardan sual edən zaman Cə’fər ibni əbu Talib onların nümayəndəsi kimi dedi: Biz bütpərəst idik, ölü heyvan yeyər, çirkin işlər görərdik. Allah tanıdığımız sadiq olan bir şəxsi bizim içərimizdən peyğəmbər göndərdi. O bizi tək Allahlığa, düzgün danışmağa, əmanətdar olmağa, qohumların hüququnu qorumağa, yaramaz işlərdən çəkinib namaz qılmağa, zəkat verməyə də’vət etdi. Biz də ona iman gətirdik. Ancaq bizim bu yaxın adamlarımız bizi incidir və yenidən bütpərəstliyə də’vət edirlər. Biz qəbul etmədik və işgəncələrə dözməyərək sizin yanınıza gəldik. Qüreyş nümayəndələri onlardan İsa (ə) barəsində nə deyəcəklərini soruşmasını istədilər. Cə’fər “Məryəm” surəsinin ayələrini oxudu. Nəcaşi əsasını əlinə götürərək dedi: Bunların dedikləri ilə İsa (ə)-ın dedikləri arasında əlimdəki əsa qədər fasilə vardır. Gedin! Mən bunları sizə verən deyiləm. Müsəlmanlar elə oradaca qaldılar. Bir müddətdən sonra onların bir neçəsi Məkkəyə döndü, lakin onların böyük əksəriyyəti Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra oraya getdilər.

ÖMƏRİN İSLAMI QƏBUL ETMƏSİ

Ömər ibni Xəttab hicrətdən beş il əvvəl müsəlman olmuş şəxslərdəndir. Səid ibni Zeydin arvadı olan Fatimə Ömərin bacısı idi. Onların hər ikisi müsəlman olmuşdular, ancaq bu işi gizlində saxlayırdılar. Yazırlar ki, bir gün Ömər qılıncını götürüb Məhəmməd (s)-ı öldürmək üçün yola düşür. Yolda Nuəym ibni Abdullah adlı birisi ilə rastlaşır və onun əməlindən xəbəri olduğu üçün deyir: Əgər Məhəmməd (s)-ı öldürsən Əbd Mənaf övladları səndən əl çəkməyəcəklər, yaxşısı budur evə dön və gör sənin yaxın adamların nə işlə məşğuldurlar. Ömər soruşdu: Nə demək istəyirsən. Nuəym cavab verdi ki, bacın və onun əri Məhəmmədin (s) dinini qəbul ediblər. Ömər qəzəbli halda bacısının evinə yollandı. Bu zaman Xəttab ibni Ərətt Səidin evində ona və arvadına “Taha” surəsini öyrədirdi. Ömər evə daxil olduqda Xəttab gizləndi, Fatimə isə ayələri paltarının altında gizlətdi. Ömər soruşdu: Bu nə səs idi? Fatimə cavab verdi ki, heç nə eşidə bilməzsən. Ömər dedi niyə eşitdim, siz Məhəmməd (s)-ın dinini qəbul etmisiniz. Sonra isə öz kürəkənini söydü. Fatimə öz ərini müdafiə etməyə qalxdıqda, Ömər zərbə endirərək bacısının başını yaraladı. Fatimə dedi: İndi ki belə oldu bil və agah ol ki, biz müsəlman olmuşuq, nə istəyirsən onu da et! Ömər gördüyü işdən peşiman olub bacısına dedi: Oxuduğunuz şeyi mənə verin! Fatimə dedi: Qorxuram onu cırasan. Ömər onu cırmayacağına and içdi. Fatimə Ömərin müsəlman olmasına heyran olaraq belə dedi: Qardaş sən pak deyilsən və pak olmayan bir şəxsin bu yazıya (Qur’ana) əl vurması mümkün deyil. Ömər qalxaraq yuyundu və Fatimə Qur’anı ona verdi. Bir az oxuduqdan sonra dedi: Nə gözəl və mə’nalı sözlərdir. Xəttab bu sözləri eşitdikdən sonra gizləndiyi yerdən çıxaraq dedi: Ömər! Görürəm Allah Peyğəmbərin sənin barəndə etdiyi duasını qəbul etmişdir, çünki Peyğəmbər (s) demişdi: İlahi islamı qəbul etməkdə Ömərə yardımçı ol. Ömər dedi: Elə isə məni Məhəmməd (s)-ın yanına apar. Oradan Xəttabla birlikdə Məhəmməd (s)-ın yanına gedərək müsəlman oldu və özünün müsəlman olmasını Qüreyşlilərə e’lan etdi.

Ömərin müsəlman olmasını başqa şəkildə də yazırlar. Belə ki, deyilənə görə o, təvaf edən zaman sevimli Peyğəmbəri namaz qılan halda görür. Sonra gözəl səslə Qur’an oxumasını eşidərək ona məftun olur və elə bu zaman Peyğəmbər (s)-ın arxasınca gedərək müsəlman olur.

BƏNİ HAŞİMİN MÜHASİRƏYƏ ALINMA PLANI

(İQTİSADİ MÜHASİRƏ)

Qüreyş başçıları Məkkədə müsəlmanların günbəgün artmasını, həmçinin Nəcaşinin Həbəşə mühacirlərini təslim etməməsini gördükdən sonra qərara gəlirlər ki, Məhəmməd (s)-ı, bütövlükdə bəni Haşimi iqtisadi çətinliyə salsınlar. Buna görə də əhd-peyman bağlayırlar ki, bundan sonra heç kəs Haşim və Müttəlib övladlarına nə qız versin, nə də onlardan qız alsın. Nə onlara bir şey satsın, nə də onlardan bir şey alsınlar. Sonra bu əhdnaməni Kə’bə evinin qapısına asdılar. Bu hadisədən sonra bəni Haşim və bəni Əbdül-Müttəlib çarəsizlikdən Əbu Yusif dərəsində (sonralar Əbu Talib dərəsi kimi məhşurlaşdı) iqtisadi mühasirəyə düşdülər.

Bəni Haşimin mühasirəsi üç il iki ay çəkdi. Çox ağır keçən bu müddət ərzində onların bir neçə yaxın adamları gecə buğda və ya digər yeməli şeylər onlar üçün aparardılar. Bəni Haşimlə kəskin düşmən olan Əbu Cəhl bu hadisədən xəbər tutaraq bir gecə Xədicəyə buğda aparan Həkim ibni Hizama mane oldu. Başqa adamlar bu işə qarışaraq Əbu Cəhli danladılar. Yavaş-yavaş bir dəstə adam gördükləri işdən peşiman olaraq bəni Haşimi müdafiə etməyə qalxdılar. Necə ola bilər ki, bəni Məxzum rifahlı həyat sürdüyü halda bəni Haşim və bəni Əbdül-Müttəlib çətinlikdə qalsınlar. Nəhayət dedilər ki, gərək bu müqavilə ləğv olunsun. Bu müqavilədə iştirak edənlərin bir dəstəsi qərara gəldilər ki, onu cırsınlar. İbni İshaqdan rəvayət edən ibni Hişamın söylədiyinə görə onlar gedib əhdnaməni cırmaq istədikdə gördülər ki, bu müqavilənin “Ey mənim Allahım Sənin adınla başlayıram” kəlməsindən başqa qalan yerlərini qurd yeyib.

İbni Hişam yazır ki, bə’zi alimlərin dediyinə görə Əbu Talib Qüreyşlilərin toplantısına gedərək dedi: Qardaşım oğlu deyir ki, siz yazdığınız əhdnaməni Allah adından başqa qalan yerlərini qurd yeyib: Baxın görün, əgər o, dediyi düz çıxsa bizi bu mühasirədən azad edin, yox əgər düz çıxmasa mən onu sizə təslim edəcəm. Gedib baxıb görürlər ki, qurd, Allahın adından başqa bütövlükdə müqaviləni yeyib. Beləliklə bəni Haşimin mühasirəyə alınma müqaviləsi ləğv oldu və onlar Əbu Talib dərəsindən çıxdılar.

HƏZRƏT ƏBU TALİB VƏ XƏDİCƏNİN VƏFATI

Xədicə ilə Əbu Talibin vəfatı (hicrətdən üç il əvvəl) bir ildə baş verdi. Peyğəmbər (s) hər ikisinin ölümündən çox mütəəssir oldu. Əbu Talib onun arxası idi və onun sayəsində Qüreyş başçıları Həzrətə zərər yetirə bilmirdilər. Onun vəfatından sonra Peyğəmbər (s)-a qarşı təzyiqlər şiddətləndi və hətta iş o yerə çatdı ki, Həzrət yolla gedəndə başına toz-torpaq belə tökürdülər. Lakin Xədicə onu sakitləşdirər, rəqibləri təhqir edib söydüyü zaman ona ürək-dirək verərdi.

Əbu Talibin vəfatı ilə hakimiyyət bəni Haşimdən Əbu Ləhəbin əlinə düşdü. Əbu Ləhəb Peyğəmbər (s)-ın kəskin düşmənlərindən idi, artıq onu Qüreyşin işgəncəsindən qoruya biləcək bir adamı yox idi. Çarəsizlikdən bu günlərdə Taifə səfər etdi ki, o şəhərdə yaşayan Səqifə qəbiləsini islama də’vət etsin. Orada şəhərin böyüklərindən olan üç nəfəri (Əmr ibni Uməyrin oğulları) dinə də’vət etdi. Ancaq onlar onu soyuqqanlıqla qarşıladılar. Biri dedi: Mən Kə’bə evinin örtüyünü cıraram ki, sən peyğəmbər deyilsən! O birisi dedi: Allah səndən başqa bir adam tapmadımı peyğəmbər göndərsin? Üçüncüsü isə dedi: Mən sənə cavab verməyəcəyəm, çünki əgər həqiqətən peyğəmbər olsan, sənin dediklərinin əleyhinə çıxa bilmərəm, yox əgər yalan demiş olsan səninlə söhbət etməyə dəyməz. Sonra əxlaqsız və nadan əhalini ona qarşı qaldıraraq oradan çıxardılar.

Həzrət Məhəmməd (s) bir üzüm bağına sığındı. Orada Allaha dua edərək özünün zəif və çarəsiz olduğundan şikayətləndi: “İlahi öz acizliyimdən sənə şikayət edirəm. Xalq məni xar etmişdir, çarə tapa bilmirəm. Ey hər kəsə mərhəmətli olan! Məni kimə tapşırırsan? Mənə əhəmiyyət verməyən yadlaramı? Məni düşmənlərəmi tapşırırsan? Belə halda mənə qəzəblənməsən qorxum olmaz! Sənin mənə təqdim etdiyin azadlıq necə də əhatəlidir! Səni qaranlıqları işıqlandıran, bu dünyanı və o biri dünyanı nizamlayan zatının nuruna and verirəm ki, mənə qəzəblənib məndən narazı qalma! Səndən üzr istəyirəm ki, məndən razı qalasan.” Rəbiənin oğlanları Utbə və Şeybə bu sözləri eşitdikdə ona ürəkləri yandı və bir qab üzümü xristian qula verərək onun yanına göndərdilər. Peyğəmbər (s) üzümü yeyərkən “Bismillah” dedi. Qul təəccüblə ona nəzər salaraq dedi: And olsun Allaha, bu şəhərin əhalisi belə sözlər danışmaz. Peyğəmbər (s) ondan soruşdu: Sən hansı dindənsən? Dedi: Məsihiyəm, özü də Neynəva əhalisindənəm. Məhəmməd (s) dedi: Təqvalı bir şəxs olan Yunis ibni Mətanın şəhərindənmi? Dedi: Sən Yunisi haradan tanıyırsan? Dedi: O Peyğəmbər idi, mən də Allah peyğəmbəriyəm. Bu söhbətlərdən sonra Əddas adlanan o qul müsəlman oldu və Peyğəmbər (s) Taifədən Məkkəyə döndü.

İSLAM MƏDİNƏDƏ

Qüreyş, xalqın islamı qəbul etməsinin qarşısını ciddi cəhdlə aldıqları və Məkkə əhalisi müsəlmanlara işgəncə verdikləri bir halda Məkkənin beş yüz kilometrliyində yerləşən Yəsrib şəhərində başqa hadisələr baş verməkdə idi. Orada müsəlmanların gələcəyini aydınlaşdıran və “də’vətin” Məkkədən köçərək o şəhərdə mərkəzləşməsinə səbəb olacaq hadislər baş verirdi.

Yəsrib böyük və abad bir kənd idi. Əkinə yararlı olduğu üçün qədim zamandan cənubdan bir dəstə əhali oraya gedib məskunlaşmışdılar. Bu, Peyğəmbərin (s) hicrətindən sonra, “Mədinətun-nəbi” (yə’ni peyğəmbər şəhəri), sonralar isə sadəcə olaraq Mədinə adlanan şəhərdir. Yəsrib Məkkədən fərqli olaraq özünəməxsus ictimai duruma malik idi. Məkkədə mövcud olan təbəqələrin müxtəlifliyi bu şəhərdə gözə çarpmırdı, çünki bu şəhərin təcrübəli tacirləri yox idi, onlar əkinçiliklə məşğul olurdular. Al-verlə məşğul olanlar və sənətkarlar da əhalinin az bir hissəsini təşkil etdiyindən belə bir mühitin yaranmasına lüzum yox idi.

Yəhudilər əkinçilik sahəsində təcrübə əldə etdiklərinə görə, Xeybər kəndinin əkinə yararlı olan torpaqlarını və şəhərin ətrafındakı əkin sahələrini ələ keçirmişdilər. Tarixçilərin yazdığına görə onlarla şəhərin bütpərəst ərəbləri arasında ara-sıra münaqişələr baş verirdi. Yəhudilər onlara deyirdilər ki, tezliklə İsrail nəslnidən bir peyğəmbər gəlib bizə başçılıq edəcək və o zaman biz sizə hakim olacağıq. Beləliklə Yəsrib əhalisinin təfəkküründə peyğəmbərin zühuru üçün zəminə yaranmışdı. Digər tərəfdən isə şəhərdə məskunlaşmış pərakəndə qəbilələr arasında toqquşmalar da baş verirdi.

Hicrətə yaxın illərdə Ous və Xəzrəc qəbilələri arasında böyük bir müharibə baş verdi. O müharibə yövmi Buas adı ilə məhşurdur. Bu müharibədə hər iki qəbilə kəskin mühbarizələrdən təngə gəlmişdi və artıq onlar barışıq istəyirdilər. Lakin qəbilə adət-ən’ənələrinə görə münaqişəyə son qoyub barışıq əldə etmək üçün ölənlərin sahiblərinə qan pulu ödənilməli idi. Bu ödənişin miqdarını isə hamının razılığı ilə seçilmiş hakim tə’yin etməli idi. Bundan əlavə o şəxs heç bir dəstəyə qoşulmayan və münaqişələrdə iştirak etməyən bir adam olmalıydı. Yəsribdə belə bir şəxsi tapmaq mümkün deyildi. Birincisi, qəbilələrin başçılarının bir çoxu müharibəyə qarışmış, ikincisi isə heç bir qəbilənin başçısı özünü başqasından aşağı səviyyədə görmək istəmirdi.

Deyilənlərə görə Yəsrib əhalisi qəbilələr arasında baş vermiş müharibələrdə bitərəf mövqe tutmuş, nisbətən qüdrətli olan Abdullahh ibni Ubəyy əbi Səlulu şəhərə hakim seçmək istəyirdilər. Hətta deyilənlərə görə onun üçün bir tac da hazırlamışdılar. Lakin bu dövrdə Məkkədə başqa hadisə baş verdi.

Peyğəmbər (s) adəti üzrə həcc mövsümündə ziyarətə gəlmiş qəbilələrin yanına gedər, onları islama də’vət edərdi. Bir dəfə Xəzrəc qəbiləsindən altı nəfər onu gördükdə Məhəmməd (s) özünün peyğəmbər olmasını onlara çatdırdı. Onlar Peyğəmbərin (s) söylədiklərini dinlədilər, onun də’vətini təqva, saflıq və barışıq müjdəsi verdiyindən səmimi qarşılayaraq dedilər: Biz öz xalqımızın yanına dönüb sənin gətirdiyin din barəsində onları xəbərdar edəcəyik, bəlkə də sənin gəlişinlə müharibənin kökü bizim şəhərdən kəsilə. Sən əgər bizləri birləşdirə bilsən, bizim nəzərimizdə ən alicənab şəxsə çevriləcəksən.

Bu altı nəfər Yəsribə dönərək Məhəmməd (s)-ın də’vətini xalqa yetirdilər. Şəhər əhalisinin böyük əksəriyyəti bu xəbəri eşitcək sevindilər. Bir tərəfdən peyğəmbər zühur edəcəyi hekayəti ilə tanış olanlar istəyirdilər ki, Məhəmməd (s)-ı öz şəhərlərinə də’vət etməklə böyük şərəfə nail olub yəhudiləri də qabaqlayalar. Digər tərəfdən isə qəbilə tərəfindən deyil Allah tərəfindən seçilmiş bir kəsin hakimiyyətini qəbul edərdilər. Bundan əlavə o bu şəhərin sakini olmamış və heç bir müharibə və toqquşmalarda iştirak etməmişdi.

Bir il sonra isə həcc mövsümündə Mədinə əhalisindən on iki nəfər Əqəbədə O həzrətlə bey’ət etdilər. Onların bey’əti aşağıdakılardan ibarətdir: Allaha şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək (qeyri-qanuni cinsi əlaqədə olmamaq), övladlarını öldürməmək, heç bir kəsə töhmət vurmamaq, Məhəmməd (s)-ın onlara tövsiyə etdiyi xeyir işləri yerinə yetirmək. Peyğəmbər (s) Musa ibni Uməyri onlarla Yəsribə yola saldı ki, əhaliyə Qur’an öyrədib əhalinin islam dininə olan rəğbəti barədə mə’lumat əldə etsin.

Bir il sonra isə (peyğəmbərliyin 13-cü ili) həcc mövsümü sona çatdıqdan sonra yetmiş üç kişi və iki qadın yenidən Əqəbədə toplaşdılar. Peyğəmbər əmisi Abbas ibni Əbdül-Müttəliblə birlikdə onların yanına getdi. Yazırlar ki, ilk olaraq Abbas çıxış edib dedi: Ey Xəzrəc əhalisi! Məhəmməd (s) bizdəndir, qüdrətimiz çatana qədər onu əhalinin əzab-əziyyətindən qoruduq, indi o sizin yanınıza gəlmək istəyir. Əgər onu himayə edib müxaliflərin işgəncəsindən qorumaq gücünə malik olsanız çox gözəl, belə olmayan surətdə isə indidən ondan əl çəkin. Onlar Abbasın cavabında belə dedilər: Səni dinlədik; Ey Allahın elçisi indi Allah və sənin nəzərində bəyənilmiş işləri bizə de! Peyğəmbər bir neçə Qur’an ayəsi oxuduqdan sonar dedi: Sizinlə bey’ət edirəm ki, məni öz yaxın adamınız kimi himayə edəsiniz. Mədinə əhalisinin nümayəndələri onunla bey’ət etdilər ki, sənin düşməninlə düşmən, dostunla dost olacaq, səninlə müharibə edənə qarşı vuruşacağaıq. Elə bu səbəbə görə də bu bey’ətul-hərb (savaş bey’əti) adlanmışdır. Bu bey’ətdən sonra Peyğəmbər (s) müsəlmanlara Yəsribə getmək üçün icazə verdi. Onlar Yəsribə getdikdə isə şəhər əhalisi onları çox gözəl qarşıladılar. İslam tarixində Məkkədən Mədinəyə hicrət edənlər mühacir, onları Mədinədə qarşılayanlar isə ənsar (yardımçı, kömkçi) adlandırılmışlar.

DARUN-NƏDVƏ FİTNƏSİ

(SUİ QƏSDİ)

Qüreyş başçıları islam dinin yayılması üçün yeni bir məkanın mövcud olmasından və ən əsası Mədinə əhalisinin Peyğəmbərlə (s) əhd-peyman bağladıqlarını eşitdikdən sonra daha çox qorxuya düşdülər. Çünki Peyğəmbər (s)-a və onun ardıcıllarına verdikləri işgəncələrdən sonra onlardan intiqam alacaqlarından qorxurdular. Onlara qarşı müharibə etməsə də belə, böyük təhlükə hesab olunurdu, çünki Yəsrib Məkkəyə yaxın olan ən böyük şəhərlərdən idi. Qüreyş tacirləri mallarını satmaq üçün oraya gedərdi və hər kəsin orada öz müştərisi var idi. Əgər bu şəhər əldən çıxsaydı onlara böyük iqtisadi zərbə dəymiş olardı. Belə bir məğlubiyyətdən yaxa qurtarmaq üçün onlar məcbur idilər ki, qəbilə arasında bağlanmış əhd-peymanı nəzərə almayaraq Məhəmməd (s)-ı öldürsünlər. Ancaq onu öldürmək çox da asan deyildi, çünki bəni Haşim dinc qalmayıb onun intiqamını alacaqdılar. Çarə tapmaq üçün Darun-nədvədə toplantı təşkil etdilər. Sonra qərara aldılar ki, hər qəbilədən bir cavan adam birlikdə Məhəmməd (s)-a hücum edərək onu öldürsünlər. Belə olan halda onu öldürən bir nəfər olmayacaq və bəni Haşim intiqam almaq üçün ayağa qalxa bilməz, çünki onlar bütün tayfalarla vuruşmaq qüdrətinə malik olmazlar. Məcbur olub qan pulunu almağa razılaşacaqlar.

Qüreyş sui-qəsdi həyata keçirmək istədikləri gecə Peyğəmbər (s) Allahın əmri ilə Məkkəni tərk etdi. Əli (ə)-ı öz yerində saxlayaraq Əbu Bəkrlə birlikdə Yəsribə tərəf yola düşdü. Üç gün Məkkə yaxınlığında yerləşən Saur adlı mağarada qaldılar. Ardınca gələnlər onu tapmaq ümidini itirdikdən sonra o Həzrət dolayı yollarla Yəsribə tərəf üz tutdu.

PEYĞƏMBƏR MƏDİNƏDƏ

Peyğəmbər (s)-ın rəbiul-əvvəl ayının hansı günündə Məkkədən çıxaraq neçə gündən sonra Mədinəyə çatması haqda tarixçilər arasında fikir ayrılığı vardır. İbni Hişam onun getdiyi yol haqda yazır: Rəbiul-əvvəl ayının 12-də bazar ertəsi günü, o Həzrət günorta vaxtı Qubaya çatır. İbni Kəlbi isə onun rəbiul-əvvəl ayının biri Məkkədən hərəkət edib həmin ayın 12-də cümə günü Qubaya çatdığını qeyd edir. Ancaq bə’ziləri rəbiul-əvvəl ayının 8-də oraya yetişdiyini qeyd etmişlər. Son dövrün islam və avropa tarixçiləri yazırlar ki, onun bu səfəri 9 gün çəkmiş, peyğəmbərliyin 14-cü ili rəbiul-əvvəl ayının 12-i (622-ci il 4 Sentyabr) Mədinə yaxınlığındakı əraziyə - Qubaya çatmışdır. Sonradan Ömərin xilafəti dövrünə aid olan mövzuda qeyd edəcəyik ki, Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti müsəlmanların tarixinin ilk başlanğıcı tə’yin edilmişdir. Ancaq ilin əvvəlini, qəməri tarixinin ilk ayı olan Məhərrəm ayı ilə başlamışlar. Peyğəmbər (s) Qubada olduğu vaxt ərzində bir məscid tikmişdir ki, bu günümüzə qədər Quba məscidi olaraq məşhurdur. Görəsən bu həmin məsciddirmi ki, Qur’an onun barəsində belə deyir:

İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılınmağa daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mə’nəvi qüsurlardan, çirkinliklərdən qorunmağa çalışanları) sevər! (Tövbə 108)

Şeyx Tusinin dediyinə görə bu barədə iki nəzəriyyə vardır. İbni Abbas, Həsən və Ətiyyənin dediyinə görə bu ayə Quba məscidi barəsindədir. İbni Ömər və ibni Musəyyibin fikrincə o Mədinə məscididir. Ömər ibni Şəbəhin fikrincə binası təqva üzərində qurulan Peyğəmbər (s)-ın məscididir, təqva və razılıq binası üzərində qurulan isə Quba məscididir.

Təbəri öz təfsirində hər iki nəzəriyyəni nəql etmişdir. O, Səhl və Sə’ddən hədis nəql edərək yazır ki, Peyğəmbər (s) dövründə iki nəfər bu məsələ barəsində mübahisə edərək onun yanına gedirlər. O isə buyurur: Bu mənim məscidimdir (yə’ni Peyğəmbər (s) məscidi). Deyilənə görə ayə Mədinə məscidinə aiddir, çünki Peyğəmbərin (s) o qədər vaxtı yox idi ki, Qubada olduğu müddətdə məscid tiksin. Sonrakı illərdə tayfalar arasında baş qaldırmış rəqabətə əsasən bu ərazidə yaşayan bəni Əmr ibni Ouf tayfası öz məscidlərini islam dünyasının ilk məscidi kimi qələmə vermişlər.

Əli (ə) Peyğəmbər (s)-ın hicrətindən sonra yalnız üç gün Məkkədə qaldı. Xalqın Peyğəmbər (s)-a tapşırdıqları əmanətləri öz sahiblərinə qaytararaq sonradan Peyğəmbərin yaxın ailə üzvləri ilə birlikdə (Fatimə (s)-da onlarla birlikdə idi) Mədinəyə yollandı. Qubada Kulsum ibni Hədəmin evində Peyğəmbərə (s) qoşuldu.

Peyğəmbər (s) cümə günü bəni Nəccardan olan bir dəstə adamla Mədinəyə yollandı. İlk cümə namazını isə bəni Salim ibni Oufla birlikdə qıldı. Şəhərə daxil olduqda hər qəbilə və hər ailə başçıları Peyğəmbəri (s) öz evlərinə aparmaq şərəfinə nail olmaq istəyirdilər. Məhəmməd (s) dedi: Mənim dəvəm harada yerə əyləşsə orada yaşayacağam. Deyilənlərə görə onu evlərinə də’vət edənlərə cavab verdi ki, mənim dəvəm özü bilir harada əyləşmək lazımdır. Bu hadisə Məkkədə qara daşın yerinə qoyulmasında edilən hakimliyə bənzəyirdi. Orada böyük qan tökülməsinin qarşısını aldı, burada isə birinin onu qonaq qəbul edib üstün olmasının, başqalarının isə bu şərəfdən məhrum olub təəssüflənərək başıaşığı olmasının qarşısını aldı. Dəvə bəni Malik ibni Nəccar əhalisinin evləri qarşısında yerə əyləşdi. (Sonralar elə orada bu günkü məscid olan Peyğəmbər məscidini tikdilər). O ərazi iki yetim uşağa məxsus idi ki, orada xurma qurudardılar. Peyğəmbər (s) o ərazini o iki uşağa qəyyumluq edən Məa’z ibni Ə’rafdan satın aldı. Elə oradaca bir məscid tikdi. Əbu Əyyub Ənsari Peyğəmbər (s)-ın ləvazimatlarını evinə apardı. Peyğəmbərə (s) otaq tikənə qədər Əbu Əyyubun yanında qaldı. Məhəmməd (s) məscidin tikilişində müsəlmanlarla birlikdə işləyirdi. Məscidin bir tərəfində eyvan da tikdilər ki, onun ehtiyac içində olan dostları orada yaşasınlar. Burada yaşayanlar islamda “eyvan səhabələri” ləqəbi ilə məhşurlaşdılar. Onlar Peyğəmbərin seçilmiş səhabələri idilər.


 
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Futbol
Reklam
Qaynar Xəbərlər
Dost saytlar
Maraqlı Mövzular
Sayta giriş/Вход на сайт
Loqin
Parol
 
Ən çox oxunan
  • Bir dəstə gül. ...
  • Burada nece nefer var?Diqqetne ...
  • Sevgi
  • Gulmek 100% likdir :)
  • Türkiye mescidleri
  • Mezeli Smsler
  • Mirt Smsler
  • Sevgi
  • Opera
  • Vayyy BU nediya ? :( Kim qurb ...
  • Baxin Oyrenin bu yalniz Azerba ...
  • Azrailin guzelligi
  • Qemli sevgi
  • Namaz
  • Sevgi Teklif
  • Avtosh
  • Karikatura
  • Ebedi sevgi...
  • DUANIN GÜCÜ
  • Necede gozeldirler ele deyilmi ...
  • Avtosh xariciler
  • Sevgi nedir?
  • Metro
  • Sevgili Peyğəmbə ...
  • Diqqet ele diqqetnen bax 12 ne ...
  • Melek
  • Somaliden . Ureyi zeyifler bax ...
  • Morda :))))))))))))))))
  • Mezeli smsler
  • Fazil Lənkərani a ...
  • Pishiye bax yamandir
  • Tank cooox maraqli oyundur men ...
  • Zengim Cell
  • Uşaqlar necede şirin ...
  • Meşhed
  • Karkikaturalar 20 edet
  • Kompyuter arxasinda oturanda b ...
  • 40 Yashindasin.
  • Mezeli smsler :)
  • Cox maraqli bir OYUN daha
  • Allah
  • Bu kimdi?Tanimirsan tesadufen? ...
  • Allahin inkarci qovumlere verd ...
  • Sevgi resimleri
  • Bir birinden gozel avtomobille ...
  • Mane olmada
  • Oldurucu mashin(ureyi zeyifler ...
  • Mələklərin seyr ...
  • Ne gundesen ay piyan Bu piyani ...
  • Dostluq mesajlari
  • 5 ferqi tapin arada olan ferql ...
  • Ad gunu tebrikleri
  • Ayriliq
  • Wap sayt yaratmaq ucun derslik
  • Adobe Photoshop CS 8.0
  • Pishikler3
  • 116 edet Wap script
  • Resimllere diqqetnen baxin
  • Pishiyi oldur :))) Qorxulu oyu ...
  • Böyük tullanı&# ...
  • Futbolkada ne duz deyil deye b ...
  • Maraqli sumkalar
  • Sevgi sms leri
  • Ne gundesen?
  • MIrtilari :)))
  • Aşk ve Işık...
  • Qizillari yig
  • Bir anlig Gulush :))
  • Iluisiya resimler bunlar sadec ...
  • Photoshopun istesali :)
  • Artislerin ushaqliq resimler v ...
  • Hədislər
  • Atlarin uzerine basin her bir ...
  • Tanninmish simlara tanimalz ha ...
  • PORTAĞAL, YOXSA MANDAR ...
  • Namaz
  • Baxin Hard diskden necede saat ...
  • Merhum Ayetullah Mirza Cavad T ...
  • Xeyellarin mashini
  • Bu BMW ye ne olub bele?
  • FaceGen Modeller 3.1.2
  • Yağmur Yağmayın ...
  • Maraqli resimler.
  • Cox Gozel Yeni Doyush oyunu
  • Bayram SMS leri Bayraminiz mub ...
  • Zarafatalar
  • Zarafatlar
  • Sizinde bele maraqli informasi ...
  • Indiana Cones Cox GOZEL bir oy ...
  • Ade besdirde:)))
  • MEZAR SOHBETI.
  • Superman
  • Sizce burda ne duz deyil?:))
  • Maraqli bir oyun daha bu adami ...
  • Super Mario
  • Super Mario World
  • 7 Kutsal Gercek
  • Sevgi smsleri
  • Avtomobil surmeyi oyren
  • Gezel resimler 4
  • Xeste xana
  • Bir Super oyun daha Oynamaq co ...
  • Maraqli bir oyun
  • Qapinin zengini basmagi unutma ...
  • Metro kartınıza diqq ...
  • Generator nece duzeltmek olar? ...
  • Avstraliya mescidleri
  • Yeqin bu resimlerden cox gormu ...
  • Bular bu qushu tutmaq isteyirl ...
  • Super Mario 2&3
  • Piroq arzusu
  • Qush qripi :)Oyna qorun
  • Resmler...
  • Bagishla
  • Kompyuter
  • Meqsed otagdan cixmaq
  • Sizce bunlar nece olur?
  • Code of the Samurai
  • Bu shirin bala neye baxir ele? ...
  • Creativ Resimler.
  • Pishikler
  • Sıkı tut ruhunu
  • KElle getdi
  • Snoubord
  • Gozlerini yoxla bax gor burdak ...
  • Bebe Niye aglayir sondurmek ol ...
  • Ses verin
  • Qurani Kerim - Fatiha suresini ...
  • Komik heyvan şəkill& ...
  • Escape Quickly
  • Tarakanları tap, öld ...
  • Dostluq
  • Resme diqqetnen baxin
  • 40 h ...
  • Dermotologiya
  • Ralli Oyunu
  • Gezel resimler 1 ci hisse
  • 20 yanvar – Ümumxalq k ...
  • Buzdan duzelmish yaradciliq is ...
  • Bir dəstə gül
  • Hero Machine v2.0
  • Убивалка времени
  • Yer fındığı ...
  • Burda 2 resim var siz 10 ferqi ...
  • Dashinmada deysen nese sefdir.
  • Salam Jhek
  • Maraqli Bir oyun daha kec goru ...
  • Namaz 4. Azan
  • Gezel resimler 2
  • Gunun super oyunu

  • Səsvermə

    Futbol üzrə 2008 Avropa Çempionatının qalibi kim olacaq?

    Çexiya
    Portuqaliya
    İsveçre
    Türkiye
    Avstriya
    Xorvatiya
    Almaniya
    Polşa
    Fransa
    İtaliya
    Hollandiya
    Rumıniya
    Yunanıstan
    Rusiya
    İspaniya
    İsveç


    Резултаты

    wap.gilavar.org