İslam tarixi » Islam Èñëàì :: Xeberler Íîâîñòè :: Video Âèäåî :: Futbol :: Zarafatlar Øóòêè :: Resmler Êàðòèíêè :: Oyunlar Èãðû :: Intellektual Èíòåëëåêòóàëüíûé :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Ïðîãðàììû :: Flash :: Derslikler Ó÷åáíèêè :: Muxtelif Ðàçíîå

 

Menyu
Mahnılar
Samanyolu TV (birbaşa izlə)
Radio
Axtarış / Поиск:
Kalendar
Reklam

 

 

 

                       
Islam / İslam tarixi


İSLAM TARİXİ

Ünvan

BİRİNCİ FƏSİL

Ərəbistanın coğrafi mövqeyi; İslamdan əvvəl siyasi və ictimai durumu; Coğrafi vəziyyəti; .Cənub məntəqəsi və oradakı dövlətlər; .Yarmadanın şimalındakı dövlətlər; Petranın Palmira ilə əvəz olunması; Tədmur; Cənubdakı dəyişiliklər; Qəssanilər; Ləxmilər; Ərəbistan səhrasının sakinləri; Din və e’tiqadlar; Məkkədə qanun və din; Məkkənin mərkəzə çevrilməsi;

İKİNCİ FƏSİL

İslamın zühuru; Həzrət Peyğəmbərin uşaqlığı və cavanlıq dövrü; Ficar savaşı; Hilful-fuzul; Xədicə ilə nigahı;

“Qara daş”ın yerinə qoyulması; Peyğəmbərilk dövrü; İslamın zühuru; Həmzənin islamı qəbul etməsi; Maniələrin uğursuzluğu; Həbəşəyə (bu günkü Efiopiya) hicrət; Ömərin islamı qəbul etməsi; Haşimilərin mühasirəyə alınma planı; Əbu Talibin və Xədicənin vəfatı; Mədinədə islam; Darün-nədvə fitnəsi; Peyğəmbərin (s) Mədinədə ilk müqaviləsi; Mühacir və Ənsarın qardaşlığı; Din əsasında qurulan hökumət; Münafiqlər və yəhudilər; Qiblənin dəyişdirilməsi;

ÜÇÜNCÜ FƏSİL

Müharibələrin başlanğıcı; Məkkəlilərlə savaş; Bədr müharibəsi; Yəhudilərlə mübarizə; Ühüd müharibəsi; Fitnəkarlar; Əbu Sələmə müharibəsi; Rəci’ və Be’r-mə’unə hadisələri; Bəni-nəzir yəhudilərinin köçürdülməsi; Qətfan müharibəsi; Xəndək müharibəsi; Aşkar qalibiyyət və ya Hüdeybiyyə sülhü; Xeybər müharibəsi; Allah evini ziyarət etmək; Mö’tə müharibəsi; Huneyn döyüşü; Məkkənin fəthi; Təbuk müharibəsi; Ərəbistanın birləşməsi; Yalançı peyğəmbərlər. Peyğəmbərin son həcc ziyarəti; Peyğəmbərin vəfatı;

DÖRDÜNCÜ FƏSİL

Peyğəmbərin vəfatından sonra xilafət; Əbu Bəkrin xilafəti; Çətinliklərin başlanğıcı; Dindən üz döndərənlər; İranda islam; Şimal və Qərbdə irəliləyiş; Müvəffəqiyyətlərin səbəbi; Misrin fəth olunması; Müvəffəqiyyətlərin genişlənməsi və çətinliklərin yaranması; Osmanın xilafəti; Məqam sınağı; Mal-dövlət sınağı; Əli (ə)-ın xilafəti;

BEŞİNCİ FƏSİL

Əli (ə)-ın vəfatından sonra islamın vəziyyəti; Əsl həqiqətdə Xəvariclər nə istəyirdilər? Əli (ə)-ın şəhadətindən sonrakı əksül-əməllər; İraqda siyasi və dini təşkilatlar; Osmanilər; Şiə; Xəvaric; Mənfəət güdənlər; Şərq nahiyəsi; Əli (ə)-ın şəhadətindən sonrakı Kufə; Barışıq;

ALTINCI FƏSİL

Müaviyənin hakimiyyəti; Müaviyə və iraqlılar; Ölkənin idarə olunmasında Müaviyənin siyasəti; Müaviyənin Ziyadı qardaşlığa götürməsi; Ziyad; Kufədə Yezidin vəliəhdliyi; Müaviyənin şiələri çətinliyə salması; Qorxulu dövran; Müaviyənin ölkələri fəth etməsi; Müaviyənin ölümü; Yezidin xilafəti; İmam Hüseyn (ə) və ondan bey’ət alınması; Ərəbistan əyalətlərinin vəziyyəti; İraq; İraqlıların də’vəti; Hüseyn (ə)-ın İraqa tərəf yollanması; Kərbəla faciəsi və onun tə’sirləri; Kə’bə evinin dağıdılması; İraq əhalisinin təəssüfü; Əbu Übeydə Səqəfinin oğlu Muxtar;

YEDDİNCİ FƏSİL

Mərvanilər; Həccac Kufədə; Vəlid ibni Əbdul-məlik; Süleyman ibni Əbdül-məlik; Ömər ibni Əbdül-əziz; Sonradan islamı qəbul edənlərin problemləri və onun Ömər ibni Əbdül-əziz tərəfindən həlli; Yezid ibni Əbdül-məlik; Hişam ibni Əbdül-məlik; İkinci Vəlid; Əməvi hakimiyyətinin təhlili; Fəth olunmuş ölkələrdə dilin vəziyyəti. Məzhəblər; Əməvilər zamanı fəth olunmuş ölkələrdə islamın vəziyyəti; Haqqında daha çox mübahisə olunan elmlər; Əməvi dövrünün sonuna qədər olan şe’r və ədəbiyyat; Ərəb nəsri. Me’marlıq və digər sənətlər;

MEHRİBAN VƏ BAĞIŞLAYAN ALLAHIN ADI İLƏ

BİRİNCİ FƏSİL

ƏRƏBİSTANIN COĞRAFİ MÖVQEYİ, İSLAMDAN ƏVVƏL İCTİMAİ VƏ SİYASİ DURUMU

Ərəbistan və ya Ərəbistan yarmadasının qurluşu düzbucaqlı kvadrat şəklində olub cənub-qərbi Asiyanın ən ucqar nöqtəsində yerləşir. Şimalda 12-32 dərəcəli coğrafi en dairəsində, 35-600 şərqi uzunluq dairəsində Afrika ilə Asiya arasında yerləşir. Ölkənin sahəsi (iki milyon) 2000000 km2 çatır. Ərəbistan şimaldan İordaniya və İraq ilə həmsərhəddir. Şəqdən İran körfəzi, Oman dənizi və Ərəb dənizi ilə həmsərhəddir. Cənubdan Ədən körfəzi, qərbdən isə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Göründüyü kimi, Ərəbistan üç tərəfdən beş dəniz vasitəsi ilə əhatə olunmuşdur. Yalnız şimaldan sərhədləri quru torpaqdır. Bununla belə, bu ölkənin daxili hissəsi canlı aləmin yaşayışı üçün zəruri olan sudan demək olar ki, məhrumdur. Belə bir geniş ölkədə üzərində yük daşınması mümkün ola biləcək bir çay yoxdur. Yalnız Həcər vadisində (Yəməndə yerləşir) uzunluğu 100 km-ə çatan bir çay axır.

Sina yarmadasından başlayaraq Qırmızı dəniz boyunca İran körfəzinə çatan hündür sıra dağlar vardır. Bu dağların yamacı böyük və kiçik dərələrlə əhatə olunmuşdur ki, onu vadi adlandırırlar. Bu vadilərin əhəmiyyətlisi Sirhan, Rummə, Dəvasir və Həzrə-movtdan ibarətdir. İslamdan qabaq bu vadilər, o cümlədən Sirhan ticarət yolu olmuşdur. Bə’zi məntəqələr istisna olmaqla, Ərəbistanın böyük sahilləri yosunlar və təbii maneələrlə doludur ki, bu da gəmilərin sahilə yan almasına maneə törədirdi. Möhkəm divar kimi Ərəbistanı əhatə etmiş dağları aşaraq onun daxilinə girdikdən sonra yenidən maneələrlə üzləşirsən. Belə ki, onun şimalında Fələstindən başlayaraq İraqın cənub-qərbinə qədər uzanan Badiyətüş-şam düzənliyidir. Bu düzənliyin cənubunda Nəfud adlı bir səhra uzunır ki, sahəsi 70000 km2 olan narın qumla örtülmüşdür. Əsən küləklər qum topalarını oradan buraya, buradan oraya sovuraraq qədimdə yolu tapmaqda çətinlik yaradırdı. Bu yarmadanın cənubundan şərqə doğru ərazisində yeni bir səhra vardır. Rüb’ul-xali (yə’ni dörddə biri boşluq) adlanır ki, bu gündə boşdur. Bu səhranın ümumi sahəsi 5000000 km2-ə çatır ki, demək olar yer kürəsinin ən geniş və quru boş səhrasıdır. Rüb’ul-xali səhrası ilə Nəfud səhrası arasında Dəhna adlı bir səhra da vardır ki, narın qumla örtülmüşdür. Belə təbii manelərin olmasına görə Ərəbistan yarmadası min illər boyu adı çəkilməyən sakit bir ölkə olmuşdur. Şübhəsiz ki, islam dini burada meydana gəlib digər ölkələrə yayılmasaydı, Ərəbistan keçmişdəki kimi kənarda qalmış bir ölkə olardı və ya onunla heç kim maraqlanmazdı. Bununla belə, təsəvvür olunmasın ki, islamdan əvvəl bu nahiyədə abadlıq, inkişafdan əsər-əlamət olmamışdır. Qarşıda qeyd edəcəyik ki, bu ölkənin yararlı hissəsi, yə’ni cənubu abad olmuş və orada dövlətlər təsis edilmişdir. Həmçinin digər nahiyələrdə də mədəniyyətin inkişafı (naqis olsa da belə) olmuşdur.

Bu yurdun sakinlərini ərəb adlandırırlar. “Ərəb sözünün mə’nası nədir”, “hansı dövrdə oranın əhalisi ərəb adlandırılmışdır” və “onlar bu torpaqlara haradan gəlmişlər” bu və ya digər məsələlər barəsində hələ də alimlər arasında ixtilaf vardır. İslam dövründə toplanmış hekayələrin bə’zilərinə görə, bu xalqın əcdadlarının adı Yə’rəb ibni Qəhtan olmuşdur. Və onun övladları ərəb adlandırılmışlar. 4-ci hicri (11 miladi) əsrin böyük alimi ibni Nədim Bəğdadi “Əlfehrest” kitabında ibni Əbi Səiddən nəql edir: İbrahim (ə) dayıları Curhum ilə birlikdə olan İsmayılın övladlarına nəzər salaraq İsmayıldan soruşdu: Bunlar kimlərdir? Dedi: Mənim övladlarım və dayılarımdı. Dedi: (Ə’rib ləh) onları bir-biri ilə evləndir. Assuriya padşahı üçüncü Şəlmənsərdə dövründən qalmış kitabəyə – onun üzərində həmin padşahın badiyətuş-şamdakı döyüşləri barəsində mə’lumat vardır - ərəb sözünə rast gəlirik. Bə’zi Avropa islamşünasları bu sözün kökünü hərəkət və keçid mə’nası verən bir sözdən alındığını qeyd edirlər. Bu sözə təəssüblük və ya gümanla verilən bə’zi mə’naları burada gətirməyi lazım bilmədik. Ancaq bir şey çox gözəl aydındır ki, Qur’ani-kərimdə Ərəbistan yarmadasının bütün sakinlərinə ərəb deyilmişdir. Deyilənlərə görə şəhər sakinləri ərəb, çöldə və səhrada yaşayanlar isə ə’rab adlanırlar.

İslamdan bir neçə əsr qabaq yarmadanın əhalisi iki dəstəyə bölünüb – xalis və qeyri-xalis ərəb. Cənub nahiyəsində yaşayan əhali özlərini Qəhtanın oğlu Yə’rəbin nəslindən bilirlər ki, o da öz növbəsində Nuh peyğəmbərin beşinci övladıdır. Ancaq mərkəz və şimalda yaşayan əhali özlərini Ədnanın nəslindən sayırlar ki, o da İsmayılın nəvələrindən biri olub. Keçmiş tarixçilər Qəhtaniləri xalis, Ədnaniləri isə qeyri-xalis ərəb hesab edirdilər. Qəhtanilər və Ədnanilər uzun zamandan bəri bir-biri ilə daim münaqişədə olublar və bir-birlərinə həqarət gözü ilə baxıblar. Peyğəmbərin hicrətinin və müsəlmançılığın faydasından idi ki, Qəhtani və Ədnani bir-biri ilə qardaş oldular. Ancaq təəssüflər olsun ki, bu vəhdət çox uzun sürməyib. Ərəb etimoloqları bir dəstə ərəblərin də adını çəkirlər ki, onların artıq nəsli kəsilmişdir. Onlar Ad, Səmud, Ta-sin-mim, Cədis, Əmim, Casim və Əbil qəbilələrindən ibarət olublar.

COĞRAFİ VƏZİYYƏTİ

Ərəbistan ərazisi həm coğrafi enə, həm də iqlim şəraitinə görə müəyyən hissələrə ayrılır. Coğrafi baxımdan beş hissəyə bölünür:

1.Təhamə – Qırmızı dənizin sahilində yerləşən Yənbu’dan başlayaraq Nəcrana qədər uzanan düzənlik bir ərazini əhatə edir. Bura çox isti olduğuna və külək əsmədiyinə görə belə adlanmışdır.

2.Hicaz – Mə’nası mane deməkdir. Hicaz Yəmənin şimalı ilə Təhamənin şərq tərəfində yerləşib onları bir-birindən ayırır. Buna görə də o əraziyə belə bir ad verilib. Bu əyalətdə olan vadilərin arasında dağlar vardır ki, onların bə’zilərinin hündürlüyü 2 km-dən çoxdur.

3.Nəcd – Cənubdan Yəmənə, şimaldan isə badiyətüs-səmavəyə qədər uzanır. Ərazisi hündür olduğuna görə ona bu ad verilmişdir.

4.Yəmən – Cənubda Nəcddən Hind okeanına qədər, qərbdə isə Qırmızı dənizə qədər uzanan bir ərazidir.

5.Əruz – Onun mə’nası mane deməkdir. Bu ərazi Yəmamə, Oman, Bəhreynə şamil olunur. Bu ərazi Yəmən, Nəcd və İraqın arasında yerləşdiyinə görə belə adlandırılıb.

İctimai yaşayış baxımından da Ərəbistan bir neçə əraziyə bölünür. Qeyd olunduğu kimi, ardıcıl yağışların yağması və suyun bol olan nahiyəsi yalnız bu yarmadanın cənub hissəsindədir. Beləliklə bu yarmadada yaşayışı coğrafi vəziyyət müəyyənləşdirir. Coğrafi vəziyyəti də öz növbəsində suyun olub-olmaması müəyyən edir. Suyun azlığı və bolluğu şimalda və cənubda yaşayan insanların, hətta heyvan və bitkilərin yaşayış tərzini bir-birindən fərqləndirir. Cənubda suyun və yağışın bol olması əkin sahələrinin və ümumilikdə kənd təsərrüfatı məhsulunun və əhalinin sıxlıq təşkil etməsini çatdırır. Əhalinin çox sıx halda yaşadığı ərazidə təbiidir ki, daim yaşayış yerləri tikilməsinə ehtiyac duyulur. Nəticədə isə kəndlər və şəhərlər meydana gəlir. Cəmiyyətin sıx yaşadığı bir ərazidə insanların bir-birilə ünsiyyət və əlaqə yaratması zəruridir. Bu əlaqələrdən qayda-qanunun sadə və ibtidai şəkildə olsa belə, meydana çıxması zərurətdir. Qanun ilə hökumət qurulması bir-birinə bağlı iki əsasdırlar. Elə buna görədir ki, hələ eramızdan yüz illər qabaq yarmadanın cənubunda dövlətlər meydana gəlmiş, müəyyən mədəniyyət və inkişafa malik olmuşlar. Burada yaşayan xalqın məşğuliyyəti kənd təsərrüfatı və ya ticarət oluşdur. Minik vasitəsi at, yetişdirdikləri məhsul isə gündür (ətirli bitkidir) olmuşdur ki, qədimdə Misir mə’bədlərində və Avropada işlədilmişdir. Yuxarıda saydıqlarımızın hər üçü zəriflik və rahatçılıq nümunəsidir. Ancaq yarmadanın içəri hissəsi sudan demək olar ki, məhrum idi. Buna görə oranın əhalisi həmişə köçəri halda yaşamış, bir başqa yerə köçmüşlər. Təbiidir ki, belə olan halda onların daimi yaşayış yerləri olmamışdır. Əlbəttə onların müvəqqəti qurduqları mənzillər yüngül və daşınması asan olan vasitədən ibarət olmuşdur. Belə bir şəraitdə yüklərin daşınmasında dözümlü heyvandan istifadə olunub. Daimi yaşayış yeri olmadıqda və əhali cəmiyyət və ya kütləvi şəkildə yaşamadıqda təbidir ki, orada hər hansı bir qanun, hökumət, mədəniyyət və inkişaf barəsində söz gedə bilməz. Bu ərazinin hətta heyvanları və bitkiləri də o şəraitə uyğun olmalıdır. Bu məntəqənin adamı səhraları dolaşan “bədəvi insanlar” heyvanları isə dəvədir. Belə ki, dəvə on yeddi gün susuz yaşaya bilər. Bə’zi vaxtlarda səhrada susuz qalan dəvə sahibi onu öldürüb boğazının aşağı hissəsində yerləşən tuluğundan su içə bilir. Səhrada uzun yolu qət etmək üçün dəvənin sür’əti atın sür’ətindən üç dəfə artıq olur. O hətta özü ilə 170 kq yük də götürə bilir. O torpağın insanı bədəvidir. Bədəvi bir neçə xurma və ya xurmanın dənəsi ilə, bir sözlə azacıq yeməklə öz güzəranını keçirə bilir. Ona görədir ki, deyiblər bədəvi dəvə üçün bir əngəl, dəvə isə səhra gəmisidir. Oranın meyvəsi isə xurmadır ki, susuzluğa dözümü vardır. Səhrada böyük tikan kolları yetişir ki, dəvənin əsas yeməyini təşkil edir.

CƏNUB MƏNTƏQƏSİ VƏ ORADAKI DÖVLƏTLƏR

Tarixçilər Ərəbistan yarmadasından söz açdıqda cənub nahiyəsini ön plana çəkirlər. Ona görə ki, eramızdan 2000-il əvvəl başlayaraq islamın gəlişinə qədər bu məntəqədə çoxlu dəyişiklər baş vermiş və bununla əlaqədar olaraq çox rəngarəng bir tarixə malik olmuşdur. Amma onun səhra və yaşayış olmayan əyalətlərinin tarixi mühüm olmamış və ya orada az dəyişikliklər baş vermişdir. Xəritədə Ərəbistan yarmadasına baxdıqda onun cənubunun son nöqtəsində üçbucaqlı bir nahiyə nəzərə çarpır. Bu üçbucağı şərq tərəfdən Ərəb dənizi, qərb tərəfdən isə Qırmızı dəniz əhatə etmişdir. Əgər Cizandan (qərbdə) Həzrə mauta (şərqdə) qədər bir xətt çəksək bu üçbucağın üçüncü küncü meydana gələr. Bunun ortasında yerləşən ərazi qədimdə xoşbəxt Ərəbistan və ya Yəmən adlandırmışlar ki, bu gün də Yəmən adlanır.

Qeyd etmişdik ki, yarmadanın bu bölümündə eramızdan neçə əsrlər əvvəl dövlətlər qurulmuşdur. Ancaq onlar barəsində dəqiq mə’lumat yoxdur. Əldə olan mə’lumatlar isə arxeoloqların tədqiqatlarından əvvəl tarixçilərin bizə verdiyi araşdırmalardır ki, onun da heç bir elmi əsası yoxdur. 19-20-ci əsrdə alimlərin, səyyahların, tarixçilərin sə’yləri bu məntəqənin tarixi və orada olan dövlətlərin barəsində müəyyən bir mə’lumat əldə etməyə aydınlıq gətirmişdir. Bu nahiyədə qurulmuş dövlətlərin ən başlıcası Muin və Səba dövlətləridir. Əlbəttə bunlara Qətban və Həzrə Maut dövlətlərini də əlavə etmək lazımdır.

Paytaxtı Qərnu olan Muinilərin dövləti eramızdan əvvəl 600-1200 illərdə meydana gəlmiş və davam etmişdir. Bu dövlətin ticarət dairəsi o qədər geniş olmuşdur ki, hətta İran körfəzindən Aralıq dənizinə qədər olan bir ərazini əhatə etmişdir.

Yarmadanın başqa dövlətlərindən biri də Qətban olub ki, paytaxtı Təmnə’ şəhəri olmuşdur. Bu dövlət yarmadanın cənub qərbində Həzrə Mautun qonşuluğunda olmuşdur. Qətban dövləti eramızdan əvvəl birinci minillikdə yaranmış (təqribən eradan əvvəl altıncı yüzillikdə) və eramızın ikinci yüz ilinə qədər davam etmişdir. Ancaq bə’zi tədqiqatçıların fikrincə, bu dövlət eramızdan əlli il əvvəl süqut etmişdir. Buradakı hakimlər sülaləsinin tarixini aydınlaşdırmaq üçün alimlərin səy göstərməsinə baxmayaraq hələ də bə’zi qaranlıq məsələlər mövcuddur. Ancaq bir şey mə’lumdur ki, Qətban dövlətini Səba dövləti süquta yetirmişdir. Arxeoloqların fikrincə daş yazılarına görə Qətban və Səba şahlarının ləqəbi “mükərrəb” olmuşdur. Bə’zi tədqiqatçıların nəzərinə görə isə cənubluların ləhcəsindəki mükərrəb, şimal ərəblərinin dilində olan müqərrəb (yə’ni yaxın) mə’nasını daşıyır. Ehtimal verilir ki, bu şahlar həm dini, həm də siysi bir qüdrətə malik olmuşlar, lakin sonralar dini qüdrət aradan getmişdir. Belə nəzərə çarpır ki, cənub nahiyəsindəki dini və ruhani hökumətlər böyük əhəmiyyətə malik olmuşdur.

Səba dövləti yarmadanın cənub-qərb nahiyəsində təsis edilmiş və paytaxtı Məyəb olmuşdur. Amma nüfuz dairələri şərqdən qərbə, yə’ni İran körfəzindən Qırmızı dənizə qədər bir ərazini əhatə etmişdir. Muinilərin qüdrəti zəiflədikdən sonra Səba dövləti güclənib Muini dövlətini də ələ keçirdi.

Həzrə-mautda təsis olunmuş dövlətin paytaxtı Şəbvə olmuş və onlar Kündür ticarəti vasitəsi ilə çoxlu var-dövlət əldə etmişlər. Bu dövlət Muini dövləti ilə bir vaxtda və deyilənə görə həmin dövlətə tabe olmuşdur, Miladi tarixinin 300-cü ilində isə aradan getmişdir.

Bu dövlətlər arasında Səba dövləti xüsusi əhəmiyyət kəsb etmişdir. Belə ki, yarmadanın cənubu hökumətlərin təşkil olunması mərkəzinə çevrilmişdir. Bu dövlətlər arasında Səba dövləti ən böyük dövlət sayılır.

Səba dövlətinin siyasi, hərbi və ticarət qüdrəti ona imkan verdi ki, tədriclə cənubdakı pərakəndə olan hökumətləri özünün iri miqyaslı, müstəqil dövlətinin himayəsi altına alaraq, nüfuz dairəsini Afrikaya qədər genişləndirə bilsin.

Səbailər təxminən doqquz əsr bu məntəqəyə hakim oldular. Öz nüfuz dairəsini genişləndirərək Hind okeanı ilə Qırmızı dəniz arasında mövcud olan ticarət yolunu ələ keçirdilər. Hind ədviyyələri, Yəmənin ətirli bitkiləri Babul-məndəbdən keçərək Qırmızı dənizə və oradan da Əqəbə körfəzinə və Aralıq dənizinə yollanırdı.

Səbailərin hakimiyyəti eramızdan əvvəl 115-ci ilə qədər davam etmişdir. Qur’ani-kərimin iki surəsində Səbanın adı çəkilmişdir. Birincisi “Nəml” surəsində, ikincisi isə “Səba” surəsində. Səba hökuməti qurulduğu ilk vaxtdan eramızdan qabaq dördüncü yüzilliyə qədər yarıdini (ruhani), yarı şahlıq rejimi olmuşdur. Əvvəldə də qeyd etdik ki, oranın hakimlərinə mükərrəb deyirmişlər. Qur’anda xatırlanan Səba hakimi qadın olmuşdur ki, islam tarixi və ədəbiyyatında onu Bilqeys adlandırmışlar. Lakin Qur’an onu sadəcə olaraq bir qadın adlandırmışdır. Və o həmin qadındır ki, Süleyman peyğəmbərin məktubu ona yetşdikdən sonra onun yanına getmişdir.

Səba ərazisində sel və daşqın olması barəsində Qur’anın “Səba” surəsində mə’lumat vardır.

SƏBA DÖVLƏTİNİN SÜQUTU HƏMİRİLƏRİN HAKİMİYYƏTƏ GƏLİŞİ

İsgəndərin vəfatından sonra onun sərkərdələrindən biri Misirdə bir dövlət tə’sis etdi. Onun sonrakı nəsilləri bir müddət bu məntəqədə hakim oldular. Bu sülalədən hakimiyyətə çatan şəxslər Ptolomey adlanırlar. Ptolomeylər yavaş-yavaş Səbailərin ticarət yollarını ələ keçirdilər. İqtisadi vəziyyətin pisləşməsi bir tərəfdən daxildə mövcud olan çətinliklər, digər tərəfdən də Səba dövlətinin vəziyyətini təhlükəyə salmışdı. Beləliklə eramızdan əvvəl 115-ci ildə Səba dövlətinin hakimiyyəti sona yetdi. Həmirilər adında olan digər sülalə onların yerini tutdular. Həmirilər Ərəbistanın cənub əhalisinin bir qəbiləsindədir ki, Zəfarda hakim olmuşlar. Bu qəbilə ilk dəfə Ərəbistanın cənubunun çox kiçik bir hissəsinə hakim idilər, lakin get-gedə hökumət dairələrini genişləndirdilər. Həmiri dövlətinin ömrü əsas e’tibari ilə təxminən Səba dövlətinin ömrünə bərabərdir. Elə buna görə də bə’zi tarixçilər bu dövləti Səba dövlətinin ikinci dövrü kimi qəlmə verirlər. Həmirilərin hakimiyyəti iki dövrə bölünür:

1.Səba dövlətinin süqutundan 300-ilə qədər olan dövr;

2.Həbəşilərin bu məntəqəyə hücumuna qədər olan dövr;

Birinci dövrün şahları Səba və Zurəydan adlanırdılar ki, bu Qətban və Həmir hakmilərinə məxsus olan bir ad idi. Üçüncü əsrdə Şimr Yuhariş adlı cəngavər padşah Həzrə-maut və Yəmən nahiyələrini də öz əlinə keçirdi. Bununla da Həmirilərin hakimiyyətinin ikinci dövrü başlandı.

Miladi tarixinin dördüncü əsrində Əbu Kərb Əs’əd özünü Taud və Pəhamə adlı hər iki məntəqənin şahı e’lan etdi. Şahları tubbə’ adlanan Həmiri dövləti miladi tarixinin 525-ci ilinə qədər, yə’ni Həbəşilərin onların torpaqlarına olan hücumuna qədər davam etdi.

Həmirilər dövləti tə’sis olunduğu ilk andan (Səba dövləti kimi) Rum imperiyasının işğalçı təcavüzləri ilə üzləşdilər və buna görə də yavaş-yavaş öz hakimiyyət dairələrini genişləndirirdilər. Onlar Hindistanla şərqi Afrika arasında olan ticarət yolunu ələ keçirmək istəyir, eləcə də çeşidli ticarət məhsuluna malik olan Buxur torpağına da sahib olmağa çalışırdılar. Eramızdan 25-il əvvəl Alius Qalius qoşunla Ərəbistanın cənubuna hücum etdi və bir neçə gün müddətində Mə’rəbə yetişdi. Hətta Hicazı ələ keçirərək Nəcran vadisinə qədər irəlilədi. Amma tezliklə su qıtlığından və başqa çətinliklərlə üzləşdiyindən geri çəkilməyə məcbur oldu.

Baxmayaraq ki, Rum sərkərdəsi Həmirilərə hakim ola bilmədi, amma çoxdan gözü bu torpaqda olan başqa bir qonşu dövlət baş qaldırdı. O dövlət Həbəşi dövləti idi.

Həbəşilər ardıcıl olaraq bu məntəqəyə hücum edirdilər. Nəhayət 320-330-cu illərdə Yəmənin sahillərini ələ keçirə bildilər.

Dördüncü yüz illiyin ortalarında Zəfar və Ədən şəhərlərində kilsələr tikmək üçün imperator tərəfindən Yəmənə bir heyət göndərildi. Beləliklə bu bağlılıq nəticəsində xristianlıq Ərəbistanın cənubuna nüfuz etdi, Rum imperatorluğu ilə Həbəşi padşahları arasında əlaqə möhkəmləndi. Rum imperatorlarının bu əlaqəni yaratmaqda birinci məqsədləri o idi ki, cənub məntəqəsinin ticarət və iqtisadi potensialından istifadə etsin, daha sonra Həmiriləri daim Rumlularla müharibə edən Sasanilər əleyhinə qaldırsın. Göndərilmiş heyət tərəfindən kilsələr tikilib xristian dini yayıldığı bir zamanda, Yerusəlimin viran olduqdan sonra Ərəbistanın cənubuna sığınan yəhudilərin sayı da günbəgün artırdı. Belə ki, miladi 600-cü ildə Zunuvas (Ərəb tarixçiləri onun adını Zurə’t ibni Təbban yazıblar) Həmirilərin padşahı oldu, öz adını Yusif adı ilə əvəz edərək yəhudi dinini qəbul etdi. Bu minval ilə bu nahiyədə yəhudilik xristinalığa nisbətən üstünlük təşkil etdi. Zunuvas xristianları incitməyə başladı. Yazırlar ki, o Nəcran xaçpərəstələrini kütləvi surətdə məhv elədi. Belə ki, qala qazdırıb içində od yandırır və xristian dinindən dönməyənləri o qalaya atırdılar. Qur’ani-kərimin mübarək “Buruc” surəsinin 4-dən 8-dək ayələri Uxdud səhabələrinin qətli bu hadisəyə olan işarədir.

Hadisələri izləyən Həbəşə dövləti şəxsən özü, ya da Rum imperatoru Justinyanın göstərişi ilə Zunuvasın üzərinə qoşun yolladı. 525-ci ildə o, məğlub edilərək öldürüldü. Beləliklə Həmirilərin hakimiyyəti Ərəbistanın cənubunda sona yetdi və bütövlükdə bu məntəqə Həbəşilərin əlinə keçdi. Bir müddətdən sonra Həbəş sərkərdəsi olan Əbrəhə adlı birisi öz hökuməti əleyhinə çıxaraq müstəqillik iddiası etməklə 35-il bu nahiyənin mütləq hakimi oldu. Ərəbləri Məkkənin ziyarətindən çəkindirmək üçün Səna’da böyük bir mə’bəd tikdirdi. Deyilənə görə, Bəni Malik ibni Kənanədən olan bir kişi ora gedərək o mə’bədə hörmətsizlik etdi. Əbrəhə bu işdən qəzəblənərək and içdi ki, Kə’bəni viran edəcək. Sonra qoşunla (qoşunda fil də var idi) Məkkəyə tərəf üz tutdu. Lakin Allahın qəzəbi ona və qoşununa nazil oldu, belə ki, quşlar havadan qoşunun üzərinə kiçik daşlar tökərək onları məhv etdilər. Bu yürüş islam tarixində “Fil ili” adlanır. Bu barədə sonra daha ətraflı izah verəcəyik.

Həbəşilərin hökumətindən narazı olan Həmirilər Sasani padşahı Ənuşirəvandan kömək istədilər. Ənuşirəvan Vəhrəz Deyləmi adlı sərkərdəni 570-ci ildə Yəmənə göndərdi. Qoşunun çatması ilə oranın sonuncu əmiri olan Məsruq ibni Əbrəhə məğlub oldu və Sasani dövlətinin göndərdiyi nümayəndə, hökuməti ələ keçirdi. Vəhrəzdən sonra oğlu Mərzban və ondan sonra Nuşcan və ondan sonra da Bazan hakimiyyətə yetişdilər. İbni Hişam yazır: Bazan Peyğəmbərin (s) dövründə müsəlman oldu və onun ətrafında olan iranınların hamısı islam dinini qəbul etdilər. Bu vaxtan islamın zühuruna qədər Ərəbistanın cənubunda geniş miqyaslı bir dövlət gözə çarpmadı. Hər bölümün idarə olunması məhəlli rəisin öhdəsinə düşürdü. Bu hakimlər içərisində Kənde qəbiləsi hakimiyyət silsiləsi tə’sis edə bildilər. Kənde şahları cənub əhalisindən və Qəhtani kökündəndirlər, həzrə-mautun qərb nahiyəsində hakim olmuşlar. Bu sülalənin məşhur olan ilk padşahı Həcr ibni Əmrdir ki, murar yeyən ləqəbi ilə məşhurdur. Kənde şahlarının bə’zən elə qüdrətli dövrləri olub ki, digər nahiyələri də ələ keçiriblər. Belə ki, Həcrin nəvəsi Hafis az bir müddətdə (Qubadda şah olduğu zaman) Hiyrəni də öz hakimiyyəti altına almış, lakin Ənuşirəvanın hakimiyyəti zamanı oradan çıxarılmışdır.

YARMADANIN ŞİMALINDAKI DÖVLƏTLƏR

Yarmadanın şimal və şimal-qərb nahiyəsində, Aralıq dənizinin sahilində yağışların yağması və yaxşı ticarət mövqeyi olması baxımından bir sıra dövlətlər tə’sis edilmişdir. Şimalda Əqəbə körfəzində Əl-ərbə vadisinə qədər uzanan ərazi Nibtilərin torpaqları olmuşdur. Deyilənə görə Nibti tayfası Ərəbistan səhralarından eramızdan 600 il qabaq bu ərazilərə köç etmişlər. Babil dövləti suquta uğradıqdan sonra onlar bir dövlət yaratmışlar. Eramızdan əvvəl dördüncü yüzilliyin sonunda – İsgəndərin hücumu nəticəsində Səba dövlətinin dənizdəki qüdrəti aradan getdikdə – Nibtilərin dövləti qüvvətlənmişdir. Onlar Sərhan vadisindən keçən ticarət yolunu da ələ keçirdilər.

Nibtilərin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mə’nası “daş” deməkdir. Nibtilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı “hisni səl’” qaya divar (sıldırm qala) olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nibtilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Rum imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nibtilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi. O İran körfəzi ilə Aralıq dənizini ticarət baxımından bir-birinə birləşdirən bir nöqtə idi.

PETRANIN YERİNƏ PALMİRA

Üçüncü əsrdə Sasani şahları ilə Rum imperatorları arasında baş vermiş müharibələr və Həbəşilərin Ərəbistanın cənubuna müdaxilə etməsi nəticəsində Hind okeanında gəmilərin gediş-gəlişi azaldı. Nəticədə dəniz vasitəsi ilə olunan ticarətin əvəzinə başqa Ərəbistanın quru səhralarından keçən ticarət yolu rövnəq tapdı. Bu dəyişikliyin əsərində Palmira (onun başqa bir adı Tədmurdur) Petranın yerini əvəz etdi.

TƏDMUR

Tədmur ya Palmira o günlərin ən mühüm ticarət yollarından olub. Dəməşq şəhərinin şimal-şərqinin 225 km-də onun xarabalıqları qalmaqdadır. Belə mə’lum olur ki, bu şəhəri Süleyman peyğəmbər (ə) tikmişdir. Ticarətdən əlavə bu şəhər hərbi cəhətdən də özünəməxsus mövqeyə malik olmuşdur. Bura İranla Rum arasında baş vermiş müharibələrdə Rumluların diqqət nəzərini özünə cəlb etmiş və get-gedə onların himayəsinə keçmişdir.

Üçüncü əsrdə Tədmurun hakimi Uzəynə İranın qoşunlarını Suriya və kiçik Asiyadan qovub çıxarmaqla, Rumlulara böyük kömək etmiş oldu. Sasani şahları tərəfindən Valeriyan əsir alındıqdan sonra, o, Rum imperiyasının şərqi Rum torpaqlarında canişini oldu. Mesopotomiyanı, Suriyanı, Kiçik Asiyanın bir hissəsini, hətta Misiri əhatə edən geniş bir dövlət (ölkə) yaratdı. Uzəynənin ölümündən sonra, onun Zənbiya adlı arvadı oğlunun tərəfindən hakimiyyəti əldə etdi. 270-ci ildə oğlunun adına sikkə (dəmir pul) düzəltdi. Ancaq bu dövrdə Rum imperatoru olan Zənubya əsir edilərək Romaya göndərildi və orada da vəfat etdi. Tədmur artıq əvvəlki rövnəqini əldə edə bilmədi.

CƏNUBDAKI DƏYİŞİKLİKLƏR

İstər Mə’rəb Səddinin dağılması, istərsə də daxili çəkişmələrin büruz etməsi cənub nahiyəsinin rahatlığını pozdu. Əkinçilik rövnəqdən düşdü, ticarət də təhlükə ilə üzləşdi. Qonşular bu ərazinin gəlir mənbəyini ələ keçirməyə cəhd edirdilər. Bu çətinliklər əhalinin öz torpaqlarını tərk edib, başqa bir yerlərdə məskunlaşmasına səbəb oldu. Cənub əhalisinin bir qrupu şimala üz tutaraq, Rum imperatorluğunun sərhədinə yaxın olan ərazini yaşayış üçün münasib bildilər. Digər bir qrup isə şərqdə Sasani imperiyası ilə həmsərhədd olan ərazilərdə yerləşdilər. Dəniz vasitəsi ilə yüklərin daşınması təhlükəli olduğundan, karvan yolları işə düşdü. Dəvə və at gəmini əvəz etd. Nəticədə cənubdan şimala uzanan bu yol üzərində kiçik şəhərlər meydana gəldi. Alaçıqda yaşayanlar, heyvandarlıqla məşğul olanlar bu şəhərciklərə axışdılar. Qoyun-quzu saxlamaq əvəzinə, yük daşımaq və karvanı müşayiət etmək vəzifəsini öhdələrinə götürürdülər. Cənubdakı böyük dövlətlərin süqutu və bu dəyişikliklərin ardınca həmin məntəqənin bə’zi qüdrət sahibləri, həmçinin şərqə və şimala hicrət edənlər qüvvətlənərək hökumət təsis etmək imkanı əldə edə bildilər. O vaxtlar müharibə iki böyük qüdrətli dövlət (İran və Rum) arasında olduğundan, kiçik dövlətlər bu iki dövlətin himayəsində idilər.

Mühacirlərin tə’sis etdiyi bu dövlətlər, Ğəssanilər, Ləxlilər İran imperiyasının himayəsində idi. Kənde qəbiləsini isə Həmirilər himayət edirdilər. Bu dövlətlərin tərəqqisi və tənəzzülü onları dəstəkləyən dövlətin qüdrətindən asılı idi.


 
Óâàæàåìûé ïîñåòèòåëü, Âû çàøëè íà ñàéò êàê íåçàðåãèñòðèðîâàííûé ïîëüçîâàòåëü. Ìû ðåêîìåíäóåì Âàì çàðåãèñòðèðîâàòüñÿ ëèáî çàéòè íà ñàéò ïîä ñâîèì èìåíåì.
Futbol
Reklam
Qaynar Xəbərlər
Dost saytlar
Maraqlı Mövzular
Sayta giriş/Вход на сайт
Loqin
Parol
 
Ən çox oxunan
  • Bir dəstə gül. ...
  • Burada nece nefer var?Diqqetne ...
  • Sevgi
  • Gulmek 100% likdir :)
  • Türkiye mescidleri
  • Mezeli Smsler
  • Mirt Smsler
  • Sevgi
  • Opera
  • Vayyy BU nediya ? :( Kim qurb ...
  • Baxin Oyrenin bu yalniz Azerba ...
  • Azrailin guzelligi
  • Qemli sevgi
  • Namaz
  • Sevgi Teklif
  • Avtosh
  • Karikatura
  • Ebedi sevgi...
  • DUANIN GÜCÜ
  • Necede gozeldirler ele deyilmi ...
  • Avtosh xariciler
  • Sevgi nedir?
  • Metro
  • Sevgili Peyğəmbə ...
  • Diqqet ele diqqetnen bax 12 ne ...
  • Melek
  • Somaliden . Ureyi zeyifler bax ...
  • Morda :))))))))))))))))
  • Mezeli smsler
  • Fazil Lənkərani a ...
  • Pishiye bax yamandir
  • Tank cooox maraqli oyundur men ...
  • Zengim Cell
  • Uşaqlar necede şirin ...
  • Meşhed
  • Karkikaturalar 20 edet
  • Kompyuter arxasinda oturanda b ...
  • 40 Yashindasin.
  • Mezeli smsler :)
  • Cox maraqli bir OYUN daha
  • Allah
  • Bu kimdi?Tanimirsan tesadufen? ...
  • Allahin inkarci qovumlere verd ...
  • Sevgi resimleri
  • Bir birinden gozel avtomobille ...
  • Mane olmada
  • Oldurucu mashin(ureyi zeyifler ...
  • Mələklərin seyr ...
  • Ne gundesen ay piyan Bu piyani ...
  • Dostluq mesajlari
  • 5 ferqi tapin arada olan ferql ...
  • Ad gunu tebrikleri
  • Ayriliq
  • Wap sayt yaratmaq ucun derslik
  • Adobe Photoshop CS 8.0
  • Pishikler3
  • 116 edet Wap script
  • Resimllere diqqetnen baxin
  • Pishiyi oldur :))) Qorxulu oyu ...
  • Böyük tullanı&# ...
  • Futbolkada ne duz deyil deye b ...
  • Maraqli sumkalar
  • Sevgi sms leri
  • Ne gundesen?
  • MIrtilari :)))
  • Aşk ve Işık...
  • Qizillari yig
  • Bir anlig Gulush :))
  • Iluisiya resimler bunlar sadec ...
  • Photoshopun istesali :)
  • Artislerin ushaqliq resimler v ...
  • Hədislər
  • Atlarin uzerine basin her bir ...
  • Tanninmish simlara tanimalz ha ...
  • PORTAĞAL, YOXSA MANDAR ...
  • Namaz
  • Baxin Hard diskden necede saat ...
  • Merhum Ayetullah Mirza Cavad T ...
  • Xeyellarin mashini
  • Bu BMW ye ne olub bele?
  • FaceGen Modeller 3.1.2
  • Yağmur Yağmayın ...
  • Maraqli resimler.
  • Cox Gozel Yeni Doyush oyunu
  • Bayram SMS leri Bayraminiz mub ...
  • Zarafatalar
  • Zarafatlar
  • Sizinde bele maraqli informasi ...
  • Indiana Cones Cox GOZEL bir oy ...
  • Ade besdirde:)))
  • MEZAR SOHBETI.
  • Superman
  • Sizce burda ne duz deyil?:))
  • Maraqli bir oyun daha bu adami ...
  • Super Mario
  • Super Mario World
  • 7 Kutsal Gercek
  • Sevgi smsleri
  • Avtomobil surmeyi oyren
  • Gezel resimler 4
  • Xeste xana
  • Bir Super oyun daha Oynamaq co ...
  • Maraqli bir oyun
  • Qapinin zengini basmagi unutma ...
  • Metro kartınıza diqq ...
  • Generator nece duzeltmek olar? ...
  • Avstraliya mescidleri
  • Yeqin bu resimlerden cox gormu ...
  • Bular bu qushu tutmaq isteyirl ...
  • Super Mario 2&3
  • Piroq arzusu
  • Qush qripi :)Oyna qorun
  • Resmler...
  • Bagishla
  • Kompyuter
  • Meqsed otagdan cixmaq
  • Sizce bunlar nece olur?
  • Code of the Samurai
  • Bu shirin bala neye baxir ele? ...
  • Creativ Resimler.
  • Pishikler
  • Sıkı tut ruhunu
  • KElle getdi
  • Snoubord
  • Gozlerini yoxla bax gor burdak ...
  • Bebe Niye aglayir sondurmek ol ...
  • Ses verin
  • Qurani Kerim - Fatiha suresini ...
  • Komik heyvan şəkill& ...
  • Escape Quickly
  • Tarakanları tap, öld ...
  • Dostluq
  • Resme diqqetnen baxin
  • 40 h ...
  • Dermotologiya
  • Ralli Oyunu
  • Gezel resimler 1 ci hisse
  • 20 yanvar – Ümumxalq k ...
  • Buzdan duzelmish yaradciliq is ...
  • Bir dəstə gül
  • Hero Machine v2.0
  • Óáèâàëêà âðåìåíè
  • Yer fındığı ...
  • Burda 2 resim var siz 10 ferqi ...
  • Dashinmada deysen nese sefdir.
  • Salam Jhek
  • Maraqli Bir oyun daha kec goru ...
  • Namaz 4. Azan
  • Gezel resimler 2
  • Gunun super oyunu

  • Səsvermə

    Futbol üzrə 2008 Avropa Çempionatının qalibi kim olacaq?

    Çexiya
    Portuqaliya
    İsveçre
    Türkiye
    Avstriya
    Xorvatiya
    Almaniya
    Polşa
    Fransa
    İtaliya
    Hollandiya
    Rumıniya
    Yunanıstan
    Rusiya
    İspaniya
    İsveç


    Резултаты

    wap.gilavar.org