DataLife Engine > Islam > Imam Mehdi 3
Imam Mehdi 320 äåêàáðÿ 2006. Ðàçìåñòèë: Ismail |
|
İMAM MEHDİ (ə) (üçüncü hissə) Əgər kiçik yaşlı İmam yüksək səviyyəli təfəkkür və bilikdən faydalanmasaydı, onunla müasir olan xəlifələr çox asan yolla təxribat yarada bilərdilər. Amma həm onların, həm də tarixin bu barədə sükut etməsi göstərir ki, kiçik yaşlarında İmamətə çatmaq həqiqi, real bir hadisə idi və bu işdə heç bir anlaşılmamazlıq mövcud deyildi. Xəlifələr də onların imamətinin həqiqi bir məsələ olduğunu həm əməl, həm də fikir məqamında dərk etmişdilər və görürdülər ki, imamın az yaşlı olduğunu bəhanə edərək onun camaata dini və fikri rəhbərliyini aradan qaldırmaq istəsələr yenə də mübarizədə uduzacaqlar. Tarix bə`zən xəlifələrin şiə rəhbərlərinin az yaşlı olmasını bəhanə edərək müəyyən qərara gəlmələrini və bu işin heç bir nəticə verməməsi və səmərəsiz qalması barəsində söz açmışdır. Amma hətta elə bir hal tapmaq mümkün deyildir ki, bu məsələ imamların ardıcıllarının ruhiyyəsinə zərbə vurub sarsıda bilsin. Yaxud onların tarixində elə bir sənəd tapmaq olmaz ki, imamlar uşaq yaşlarında müşkül bir məsələ, yaxud sualla qarşılaşıb onun qarşısında çətinliyə düşsünlər və nəticədə onların imamətinin həqiqi olmasına qarşı ruh düşgünlüyü yaratsın. Nəticə alırıq ki, kiçik yaşlarında imamətə çatmaq Əhli-beytin həyatında real bir hadisə olmuşdur və bu heç də puç və ya xam xəyal deyildir. Az yaşlarında rəhbərlik hadisəsi üçün ilahi elçilərin miraslarında başqa nümunələr də tapmaq olar. Həzrəti Yəhyanı misal göstərmək olar ki, Allah təala onun barəsində belə buyurur: «Ey Yəhya, tam qüdrətlə bu yazını (peyğəmbərlik fərmanını) al; və Biz uşaqlıqda ona hikmət və parlaqlıq əta etdik.» [17] İndi ki, uşaqlıq yaşlarında İmamət məsələsi sübuta yetir, aydın olur ki, İmam Məhdi əleyhissalamın az yaşlarında imamlığına e`tiraz üçün heç bir əsas yoxdur. 5 – HƏZRƏT MƏHDİ (Ə)-NİN REAL HƏYATDA YAŞAYAN İNSAN OLMASINA İMAN Dördüncü sualda bu məsələ irəli çəkilirdi ki, İmam Məhdi (əleyhissalam)-ın uzun ömrünü və sair xüsusiyyətlərinin mümkünlüyünü qəbul etdiyimizi fərz etsək də belə, onda bu işlərin sadəcə mümkünlüyü heç də kafi dəlil və qənaətbəxş deyildir. Biz Həzrət Məhdi (əleyhissalam)-ın hazırkı dövrümüzdə varlığına necə iman gətirə bilərik? Məgər Peyğəmbərdən müəyyən kitablarda nəql olunan bir sıra rəvayətlər bizim 12-ci İmamın varlığını e`tiraf etməyimiz üçün kifayətdirmi? Həzrət Məhdi (əleyhissalam)-a olan məsələlərdə bütün qəribə xüsusiyyətlər və qeyri-adi hallarla yanaşı, necə isbat edə bilərik ki, Məhdi (əleyhissalam) mövcuddur və heç də fərz oluna bilməz ki, bir sıra ruhi şəraitlər üst-üstə yığılaraq onu camaatdan çoxunun qəlbinə nüfuz etdirmiş ola. Cavabda deyirik ki, Məhdi (əleyhissalam)-ın intizarı çəkilən rəhbər olması və zühur edərək dünyanı daha yüksək səviyyədə dəyişdirmək tə`biri böyük Peyğəmbər və Əhli-beyt İmamlarından bu barədə çoxlu rəvayətlər gəlib çatmışdır. Hədislərdə o qədər tə`kid olunmuşdur ki, onun düzgünlüyündə, əsilliyində heç bir şübhəyə yol vermək olmaz. Hətta sünnü qardaşların təriqi ilə Peyğəmbərdən də dörd yüzdən artıq hədis rəvayət olunmuşdur. [18] Əgər sünnü və şiə təriqi ilə Məhdi (əleyhissalam) barəsində nəql olunan hədisləri hesablamaq istəsək, onun sayının altı mindən artıq olduğunu görərik. [19] Hətta müsəlmanların heç bir şəkk-şübhədə olmadığı islamın ən elementar məsələlərində də bu qədər rəvayət gəlib çatmamışdır. 12-ci İmam barəsində bu təfəkkürün zahir olması və bu məsələnin qəbul edilməsi üçün kifayət qədər aşkar dəlillər mövcuddur ki, hamısını iki dəlildə xülasələndirmək olar: Birincisi islami, digəri isə elmi dəlil; İslami dəlil ilə intizarı çəkilən rəhbərin varlığı isbat olunur, elmi dəlil ilə isə Məhdi əleyhissalamın heç də sırf təsəvvür və əfsanə olmaması, əksinə varlığı tarixi təcrübələrlə subuta yetirilən həqiqət olması çatdırılır. İslami dəlil: İslam Peyğəmbərindən və şiə İmamlarından gəlib çatan yüzlərlə rəvayətdə Həzrəti Məhdi əleyhissalamın xüsusiyyətləri sadalanmışdır. Bu hədislərdən mə`lum olur ki, o, Əhli-beytdən, həzrəti Fatimə əleyhassalamın övladlarından, İmam Hüseyn əleyhissalamın doqquzuncu övladı və on iki İmam şiələrinin on ikinci imamıdır. Şiə imamları Məhdi əleyhissalam məsələsini ümumxalq nəzərində gizli saxlamağa sə`y göstərirdilər ki, bunun vasitəsi ilə onun qəfil öldürülməsinin qarşısını alsınlar. Bu barədə nəql olunan rəvayətlər nəinki az deyildir, həm də onlarda bir sıra səciyyəvi xüsusiyyətləri və nişanələri də görmək olar ki, onların Peyğəməbərdən nəql olunmasının düzgünlüyünü aydınlaşdırır. O cümlədən, Peyğəmbər öz canişinləri və ondan sonrakı rəhbələr barəsində buyurmuşdur: Onlar on iki nəfərdən ibarətdirlər. Bu hədis sənədi eyni mə`nanı çatdıran müxtəlif sözlərlə rəvayət edilmişdir. Bu barədə nəql olunan rəvayətlərin sayı 270-dən çoxdur və hamısı da şiə və sünnülərin mö`təbər və məşhur kitablarında nəql olunmuşdur. Buxari, Müslüm «Səhih» kitablarında, Termezi, Əbu Davud və Əhməd öz «Müsnəd» kitablarında, Hakim «Səhiheyn»ə yazdığı «Müstədrək» kitabında bu hədisləri qeyd etmişlər. Bu hədisləri sayan adamlardan biri də Buxaridir. O, İmam Cavad, İmam Hadi və İmam Əskəri əleyhimussalamın müasiri olmuşdur. Onun məhz bu xüsusiyyəti böyük əhmiyyətli məsələləri aydınlaşdırır. Çünki o isbat edir ki, hökmən belə bir hədis Peyğəmbərdən nəql olunmuşdur. Amma hal-hazırda o hədisin bəyan etdiyi şey gerçəkləşməmişdir və 12-ci İmam din səhnəsində zahir olmamışdır. Deməli şübhəsiz, hədisin nəql olunması (on iki İmam şiələrinin) xarici həqiqətlərin əks reaksiyası deyildir. Qeyd olunan hədis on iki İmam tarixində gerçəkləşməmişdən əvvəl, həmçinin on iki İmam şiəsi məzhəbinin xarici vücudu kamil şəkildə təqdim olunmamışdan qabaq hədis kitablarında qeyd olunmasına dair əsaslı və əyani dəlil tapsaq, şübhəsiz qəbul etməliyik ki, bu, Peyğəmbərin dilindən eşidilən ilahi bir həqiqəti aydınlaşdırır. Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: «Məndən sonra canişinlərim 12 nəfərdirlər.» Bunu buyurduqdan sonra isə 12 İmam rəhbərlərinin məzhəbini bir real həqiqət kimi zahir etmiş və İmam Əlini özündən sonra canişini, İmam Məhdi əleyhissalamı isə onların sonuncusu kimi təqdim etmişdi. Çünki Peyğəmbərin hədisi yalnız bu hadisə ilə xaricdə reallaşır. Elmi dəlil: Bizim elmi dəlilimizin əsası kiçik qeybət dövrünün 70 illik təcrübələrini aydınlaşdırmaqdır. Kiçik qeybət dövrü (qeybəti-suğra) İmam Məhdi əleyhissalamın həyatının ilk dövrlərini göstərir. Çünki İmamın mütləq baş verməli olan müqəddəratı camaatın gözlərindən gizlində, qəlbi isə camaatla birlikdə idi. Amma əgər qeybə çəkilmə birdən-birə baş versəydi, imamətin cəmiyyətdəki dayaqlarına böyük xəsarət dəyə bilərdi. Çünki camaat öz zamanlarının rəhbəri ilə qırılmaz rabitə və ünsiyyət bağlamışdılar. Əgər İmam birdən-birə qeybə çəkilsəydi hiss edəcəkdilər ki, onların öz əqli və fikri rəhbərləri ilə olan rabitələri qırılmışdır. Bu hisslər ağır boşluq yaradaraq islamın mövcudiyyətini xətərə salıb müsəlman cəmiyyətlərini pərişanlığa və pərakəndəliyə çəkə bilərdi. Deməli, kiçik qeybət əslində insan kütlələrinin qeybət məsələsi ilə ünsiyyət tapmalarına, qeybət əsaslarında özlərini formalaşdırmalarına bir növ müqəddimə idi. Camaat bu dövrdə həzrətin e`tibarlı və xüsusi köməkçilərinin vasitəsi ilə o həzrətlə rabitə saxlayırdılar. Kiçik qeybət dövründə İmam Məhdi əleyhissalamla onun ardıcılları arasında dörd nəfər naibliyə tə`yin olunmuşdular. O dörd nəfər mö`təbərlikdə və dindarlıqda şöhrət qazanmışdılar. Onlar aşağıdakılardan ibarət idi: 1-Osman ibni Səid Əmri 2-Məhəmməd ibni Osman ibni Səid Əmri 3-Əbul Qasim Hüseyn ibni Ruh 4-Əbul Həsən Əli ibni Səmri Bu dörd nəfər hər biri öz növbəsində ardıcıllıqla biri digərinin vəfat etməsindən sonra imamın nümayəndəliyi və nayibliyi məqamına keçmiş və şiələrin sual və ehtiyaclarını öz ardıcıl və möhkəm rabitələri ilə imama təqdim edərək onun cavabını bə`zən şifahi, bə`zən isə yazılı halda mö`minlərə çatdırırdılar. Beləliklə öz İmamlarının görüşündən məhrum olanlar bir-başa olmayan yazışma vasitəsi ilə özlərinə təskinlik verirdilər. Görürük ki, İmamdan insanlara gəlib çatan bütün məktublar vahid bir üslub əsasında olmuşdur. İmamın naibləri 70 ilə yaxın o həzrətlə rabitə vasitəsi olmuşdur. Onların axırıncısı Səmrinin dövrü sona çatdıqda kiçik qeybət dövrünün axırı böyük qeybətin isə başlandığı e`lan oldu. Kiçik qeybətdən böyük qeybətə keçid bu həqiqəti göstərir ki, qeybəti-suğrada mövcud olan hədəflər yerinə yetirilmiş, bununla da şiəliyin tədrici proqramları imamın birdən-birə yoxa çıxmasından yaranacaq xəsarətlərdən amanda qalmış, yavaş-yavaş camaatı İmamın ümumi nümayəndələrini qəbul etmək üçün hazırlamışdır. Kiçik qeybətdən böyük qeybətə nəql olunma ilə İmamın naib və nümayəndəliyi müəyyən şəxslərin əlindən aqil və bəsirətli müctehidlərin ixtiyarına keçdi. Müsəlmanlar din və dünya işlərində onlara tabe olmalıdırlar. Şübhəsiz hər kəs bu kimi məsələləri bilsə və onları qiymətləndirsə, başa düşəcəkdir ki, Məhdi əleyhissalam camaatla bir müddət birgə yaşamış həqiqətdir. O həzrətin xüsusi nümayəndələri və elçilərinin yetmiş il müddətində şiələrlə bu cür rabitə saxlamaları bu həqiqəti çatdırır ki, bu məsələ barəsində heç bir hiyləgərlik yoxdur, onların sözlərində və əməllərində heç bir ziddiyyət görünməmişdir. Doğrudan da əgər bunlar yalan olsaydı, onda necə qəbul etmək olardı ki, bir yalan 70 il müddətində ayaq tutub yerisin və dörd nəfər elə bir şəkildə əlbir olsunlar ki, sanki böyük bir həqiqəti öz gözləri ilə görüb onunla yaşayıblar və bu müddətdə onlardan heç bir zəiflik büruzə gəlməmiş, şəkk-şübhəyə səbəb olacaq bir şey zahir olmamışdır. Keçmiş zamanlardan işıqsız yanan çıraq məsələsi mövcuddur. Həyati məntiq sübut edir ki, ehtimali hesablamalar hər hansı bir yalanın (bu kimi xüsusi şəraitdə) həzrəti Məhdi (əleyhissalam)-ın yaşadığı bütün müddətdə davam gətirə bilməsini və bütün bağlılıqları əhatə edərək öz tərəfdlarlarının e`timadını cəlb edə bilməsini qəbul edə bilmir. Deməli, kiçik qeybət bir elmi təcrübə sayılır ki, xarici aləmdə real varlıq olan bir şeyi sübuta yetirməyi və İmam Məhdi (əleyhissalam)-ın rəhbərliyinin həqiqətini qəbul etməyi, onun doğum və həyatını böyük qeybət dövrünün xüsusiyyətləri ilə mümkün edir. 6 – NƏ ÜÇÜN HƏZRƏT MƏHDİ (Ə) İNDİYƏ QƏDƏR ZÜHUR ETMƏMİŞDİR? Nə üçün bu rəhbər bu müddət ərzində zühur etməmişdir? Əgər o doğrudan da bir böyük ictimai fəaliyyət üçün hazır idisə, onda həm kiçik qeybət dövründə, həm də ondan sonra indiyə qədər ictimaiyyət səhnəsində zahir olmamasına nə bais olmuşdur? Halbuki kiçik qeybət dövründə ictimai inqilab etmək üçün lazım olan şərait daha asan idi və onunla ardıcılarının rabitəsi imama imkan verirdi ki, seçilmiş insanları bir yerə toplayıb öz işini bir mərhələdən başlasın. Həmçinin qeybəti-suğra dövrünə hakim olan qüvvələr hal-hazırda bütün elmi texnoloji silahları öz ixtiyarında qərar verən qüdrətlərin çatdığı mərhələyə çatmamışdı. Cavabında deyirik ki, hər bir inqilabın və hər bir ictimai fəaliyyətlərin qələbəsi bir sıra xarici real şəraitlərlə bağlıdır ki, onlar yaranmadan hədəfə çatmaq mümkün deyildir. Baxmayaraq ki, həzrət Məhdi əleyhissalamın mövqe və şəraitlərinin bir qismi Allah tərəfindən asimani yönə malikdir. Amma onun risalətinə həvalə olunan işlərin bütünlüklə icrası xarici real şəraitlərin yaranması ilə birbaşa bağlıdır. Necə ki, bəşəriyyət cahiliyyət dövründən 5 əsr keçdikdən sonra axırıncı asimani risalət çağırışını bizim Peyğəmbərin tərəfindən eşitməsini həsrətlə gözləyirdi. Bu intizar, yə`ni ilahi proqramların icrası da xarici real şəraitlərin gerçəkləşməsini tələb edir. Bunlar elə reallıqlardır ki, böyük bir dəyişiklik yaradılması üçün lazım və zəruridir. Yaxud bu reallıqlar əlverişli mühit və ümumi münasib fəzanı, eləcə də bə`zi xüsusiyyətləri, köklü dəyişikliklər yaratmaq isə həmin hadisələrin baş verməsini tələb edir. Məsələn, müqayisə məqamında Leninin Rusiyada rəhbərlik etdiyi inqilabı misal vurmaq olar. Bu inqilabda birinci dünya müharibəsi, çar imperiyasının tənəzzülə uğraması, ümumi cəhətlər və bir çox xüsusi amillər dəyişiklər edilməsi üçün mühitin yaradılması, o cümlədən Leninin Rusiyanın daxilinə etdiyi səfərdə sağ qalması və inqilaba rəhbərlik etməsi və bu kimi hadisələr daxildir. Əgər onun qarşısına kiçik bir xoşagəlməz hadisə çıxsaydı, inqilabın qələbə çalması çox çətin bir iş olardı. Allah-təalanın dəyişiklik qəbul etməyən qanunları bu əsasdadır ki, Məhdi (əleyhissalam)-ın ilahi inqilabının icrasında da inqilabın dərk olunub qəbul olunması üçün real gerçəklikləri, əlverişli mühiti, ümumi fəzanı hazırlasın. Məhz həmin dəlilə görə İslam, peyğəmbərlərin işinin sona çatmasından neçə yüz illər keçdikdən və acınacaqlı şərait və boşluq yarandıqdan sonra zahir oldu. Allah-təala bütün qüdrəti ilə Peyğəmbərin risaləti yolundakı maneələrin hamısını aradan götürməkdə, bu risalətin qəbul edilməsi üçün münasib şərait yaradılmasında belə bir üslubu tətbiq etmək istəmədi, əksinə insanların təkamülünə səbəb olan imtahan və sınaqları ilahi inqilabın bütün işlərini təbii şəkildə, ictimai amillər və dayaqlar əsasında yerinə yetirdi. Əlbəttə bu xüsusiyyət heç də mane ola bilməz ki, bə`zən Allah subyektiv işlərə dəxalət etsin və qeyri-adi vasitələrlə onu görsün. Çünki əlverişli mühitin yaradılmasında subyektiv işlər heç də əsas rol oynamır, onlar yalnız bə`zən münasib mühitdə hərəkət etmək üçün lazımdır. Allah təalanın çətin anlarda ilahi rəhbərlərə etdiyi həqiqi diqqət və köməklər məhz bu qəbildəndir. İbrahim əleyhissalamın risalətini qoruyub saxlamaq üçün Nəmrudun yandırdığı odu onun üçün sərin və salamat edir, əlində qılınc Peyğəmbərin başı üstünə gələn yəhudinin əlləri hissdən və tə`sirdən düşür və o hərəkət etmək qabiliyyətini itirir. Və yaxud güclü külək əsir və Xəndək müharibəsi günündə Mədinəni mühasirə edən düşmənlərin çadırlarını kökündən qoparır və onların qəlbinə vahimə salır. Amma bütün bunlar yalnız bir sıra subyektiv işlər və həssas anlardakı köməklərdən başqa bir şey deyildir və bu köməklərdən əvvəl ümumi dəyişikliklər üçün münasib fəza və zəminə hazır olmalıdır. İndi real həqiqətlərə müvafiq olaraq İmam Məhdi əleyhissalamın tutduğu mövqeni araşdırırıq. Şübhəsiz o həzrətin inqilabı da sair ictimai islahatlar kimi icra olunmaq cəhətindən müəyyən ictimai şəraitlərə bağlıdır ki, gərək onlarla birgə irəliləsin. Çünki həzrəti Məhdi (əleyhissalam) özünü heç də məhdud bir ictimai səviyyədə tədbir görmək üçün hazırlamamış, əksinə Allah tərəfindən ona elə bir risalət həvalə edilmişdir ki, bütün yer üzünü hərtərəfli və bütün sahələrdə dəyişdirsin və nəticədə bəşər övladarını istisnasız olaraq zülm və haqsızlıq qaranlığından ədalət işığına doğru çəksin. Belə bir böyük miqyaslı dəyişikliklər yalnız layiqli bir rəhbərin varlığı ilə sona yetmir. Çünki layiqli rəhbərin xüsusiyyətlərinə elə peyğəmbərlər öz dövrlərinin qaranlıq mühitlərində də malik idilər. Əksinə, layiqli rəhbərdən əlavə, ümumdünya səviyyəsində əlverişli inqilabi şərait və münasib fəza da lazımdır ki, münasib xarici şəraitləri ümumdünya inqilabı üçün hazırlasın. İnsani nəzərdən də baxsaq, gərək «hər bir şeydən keçmək hissi» inkişaf etmiş insanlarda vücuda gəlsin və onun daxilində məqsəd və stimul yaransın, həzrət Məhdi əleyhissalamın ədalətli risalətini qəbul edə bilsin. Təkcə ictimai, mədəni və siyasi təcrübələrlə mümkündür ki, insanların daxilində müəyyən hissiyyat yaransın və özünə yer tutsun. Çünki gərək bütün məktəblərin təcrübələri ilə mənfi və ağır yükləri öz üzərində hiss etsin və onu pak zatlardan, aşkar və gizli dünyadan kömək almaq üçün hazırlasın. Maddi baxımdan da mövcud şərait Məhdi əleyhissalamın vəzifəsinin bütün dünyada yerinə yetirilməsində gərək daha artıq hazırlıqlı və qüdrətli olsun ki, qeybəti-suğra dövründəki şərait kimi olsun. Çünki dünyanın müxtəlif nöqtələri texnikanın inkişafı nəticəsində artıq bir-birinə yaxın sayılır və insanları arasında rabitə və peyvəndlər daha yaxşı yerinə yetirilir. Mərkəzi rəhbərlik aparatının camaatın risalət əsasında tə`lim-tərbiyəsi üçün lazımi rabitə növlərinə ehtiyac vardır. Amma İmam əleyhissalamın düşmənlərinin ixtiyarında olan maddi qüvvələrin təkamülü məsələsinə, habelə İmamın onlarla rəftar tərzinə gəldikdə, habelə zühurun nə qədər geciksə daha artıq müşkül yaranmasını nəzərə alsaq, aşağıdakı məsələni yada salmaq kifayətdir: İnsanlara ruhi-mə`nəvi məğlubiyyət və süstlük hakim olarsa, bütün texnologiyanın maliki olmağa səbəb olan insan ruhiyyəsi tənəzzülə uğrayarsa, maddi qüvvələrin təkamül forması heç də irəliləməyəcəkdir. Tarixdə çoxlu nümunələr görürük ki, bir yüksək mədəniyyətin qurluşu kiçik bir müharibənin ilkin təkanları ilə uçub-dağılmışdır. Həqiqətdə o mədəniyyətin yüksək uca sarayları zahiri nəzərdən uçmamışdan əvvəl içəridən çürümüş və uçub-dağılmış, habelə öz həyatını davam etdirmək üçün lazım olan qüvvələri itirmişdir. 7 – BU VƏZİFƏ BİR NƏFƏRİN VASİTƏSİ İLƏ GERÇƏKLƏŞƏ BİLƏRMİ? Belə bir suala çatırıq ki, bir nəfər nə qədər əzəmətli olsa da belə, bu böyük vəzifəni təklikdə necə ifa edə bilər? Məgər böyük bir şəxsiyyət sadəcə müxtəlif şəraitlərin formalaşdırdığı bir insan deyildirmi? Bəs o necə bir hərəkat icad edə bilər və şəraitləri dəyişə bilər? Bu sualın əsil amili camaatın bə`zilərinin tarix barəsindəki görüşlərindən irəli gəlir. Onlar insanı tarixin dəyişdirilməsində ikinci dərəcəli amil kimi qəbul edir və onlar əsas amili fərdi, yaxud fərdləri əhatə edən real xarici qüvvələrə mənsub edirlər. Tarixi və ictimai hərəkatlardan edilən bu təfsirlə fərd özünün ən yaxşı hallarında belə, sadəcə həmin əsaslı amillərdən istiqamətlənən bir fərddən başqa heç nə deyildir. Aydındır ki, tarix iki qütbdən təşkil olunmuşdur: Birincisi insan, digəri isə insanı əhatə edən müxtəlif maddi amillər. Maddi qüvvələrin, habelə istehsal olunan vasitələr təbiətin törətdiyi şəraitdə insanda tə`sir qoyduğu kimi, insan da öz ətrafında olanlara tə`sir qoyur. Biz yalnız bunu fərz edə bilmirik ki, hərəkat maddədən başlanıb insanda sona yetir və artıq onun əksi mümkün deyildir. Çünki insan və maddə zamanın keçməsi ilə qarşılıqlı surətdə bir-birinə tə`sir qoyur. Məhz bu dəlilə görədir ki, bir fərd tarixin eniş-yoxuşları arasında təqlid etməyi adət edən tutu quşundan daha böyük rol ifa edə bilər. Xüsusilə, əgər bu fərd insan ilə Pərvərdigarın arasındakı rabitə amili olsa, tarixi hərəkatlarda böyük qüvvələr kimi dəxalət edəcəkdir. Bu elə bir məsələdir ki, peyğəmbərlərin risalətlərinin tarixi boyunda, habelə ilahi peyğamları gətirənin sonuncusunun sərgüzəştlərində bariz şəkildə gerçəkləşmişdir. Çünki həzrət Məhəmməd səlləllahu ələyhi və alihi və səlləm ilahi risalətinin hökmü ilə tarixi hərəkatın istiqamətini əlinə aldı və elə bir mədəniyyət yaratdı ki, heç bir başqa xarici real şəraitlər onu yerinə yetirməyə qadir deyildilər. Deməli ən böyük peyğəmbərlərin əli ilə baş verməsi mümkün olan bütün şeylər məhz o həzrətin xanədanından olan və intizarı çəkilən canişininin əli ilə mümkündür. 8 – VƏDƏSİ VERİLƏN GÜNDƏ İNQİLABIN BAŞ VERMƏ KEYFİYYƏTİ İrəli sürülən sonuncu sual Həzrəti Məhdi (ə)-ın ədaləti qəti qələbəyə çatdırmaq, üzləşdiyi hakim zülm və sitəmləri məhv etmək üçün seçəcəyi yol və yerinə yetirəcəyi işlərdən ibarətdir. Bu suala dəqiq və konkret cavab verilməsi Həzrəti Məhdi (ə)-ın aşkar mübarizə səhnəsinə qədəm qoyacağı dövr və fəzanın dəqiq tanınmasına bağlıdır. Yalnız bu agahlıq nəticəsində inqilabın baş vermə keyfiyyətini və onun formalaşmasını canlandırmaq olar. Biz əvvəlcədən inqilabın baş vermə keyfiyyətini və və`dəsi verilən gündə nə kimi hadisələrin baş verəcəyini dəqiq şəkildə bilmədiyimizdən, həqiqi əsaslara istinad etməyən bir sıra sırf zehni fərziyyələrdən sərf-nəzər edirik. Bu mərhələdə yalnız bir əsas fərziyyəni qəbul etmək olar. O da və`dəsi verilən günlə əlaqədar nəql olunan hədis və rəvayətlərdir və tarixin böyük inqilabı yolundakı təcrübələrimizlə tam uyğundur. Həzrəti Məhdi (ə)-ın zühuru böyük bir boşluğun, mədəni böhranların və irticanın ardınca baş verməlidir. Bu böhran və irticalar o Həzrətə imkan verəcəkdir ki, bu yolda insanların ruhi normalarının pozulmasından istifadə edərək öz vəzifəsini yerinə yetirsin. İnsanların ruhiyyəsinin tamamilə dəyişməsi bəşər mədəniyyət tarixinin həmin mərhələsində baş verəcək sadəcə təsadüfi bir hadisə deyildir; əksinə, öz Allahları ilə rabitələrini kəsən, axırda isə qəti həll yolu və müsbət çıxış yolu tapmayan ictimai-tarixi təzadların və ziddiyyətlərin təbii nəticəsidir. Belə bir zamanda elə bir atəş yandırılır ki, heç kəsə qalmaq imkanı vermir, İmam Məhdi (ə) da əmr alır ki, həmin odu söndürərək ilahi asimani ədaləti yer üzərində bərqərar etsin. Nəcəfi Əşrəf, Seyyid Məhəmmədbaqir Sədr. Bu kitabı 1397-ci hicri-qəməri ilinin cəmadiyüssani ayının 13-də başlayıb elə həmin ayın 17-də də Allahın köməyi ilə sona çatdırdım. [1] “Nəcm” surəsi, ayə:4 [2] “Həşr” surəsi, ayə:7 [3] Bu hədis (“Səqəleyn” hədisi) 24 nəfər səhabə tərə-findən nəql olunmuş, əhli sünnə kitablarında hədis mənbələrində, təfsir, tarix və sair kitablarda müxtəlif tə”birlərlə gətirilmişdir. O cümlədən “Səhihi Müslüm”, 8-ci cild, səh.122; “Müstədrəki Haşim Nişapuri”, 3-cü cild, səh.109, 148, 533; “Sünəni Termezi”, 2-ci cild, səh.307 [4] Mühəddis Bəhrani: “Ğayətul-Məram”, səh.196 Fəraidus Səmtindən nəqlən. [5] Məhəmməd ibni Yə”qub Kuleyni: “Üsuli-Kafi”, 2-ci cild, səh.308; “Qeybəti Nö”mani”, səh.130 [6] “Yənabiul-Məvəddət”, səh. 447; “Əlburhan fi əlamatil Məhdi axirəzzəman”, 12-ci bab, “Əl ülfülvərdi fi əxbaril Məhdi”, 2-ci cild, səh.83. [7] “İftitah” duası. [8] “Nəhcül-Bəlağə” (Feyzül İslam) 87-ci xütbə. [9] Əhməd İbni Əli Təbərsi: “Ehticac”, 1-ci cild, s.134 [10] Şəhidi Sani “Münyətül-Murid” (Cə”fəri çapı,Məşhəd) s. 25 [11] “Rə”d” surəsi, ayə:7 [12] Min illər boyu bəşər arzu etmişdir ki, ölümün, müqəddər olunmuş bu hadisənin gəlib çatmasını tə”xirə salsın. Keçmiş əsirlərdə kimyagərlərin əbədi həyata çatması üçün apardıqları sə”ylər heç bir nəticə verməmişdir. 19-cu əsrin axırlarında elmi müvəffəqiyyətlər daha artıq ömür sürməyə olan ümidlərin yenidən rövnəqlənməsinə və bəlkə də yaxın gələcəkdə bu xyalın reallaşacağına ümidləri artırmışdır. Bu barədə alimlər əvvəlcə heyvanların üzərində sınaqlar keçirmişlər. Misal üçün Kornel unversitetinin görkəmli mütəxəssisi Mek Kay və London unversitetindən Aleks Kam Furet insanın qidalanması ilə onun qocalığı arasında tənasübü araşdırmışdır. Aleks Kam Furet öz sınaqlarında siçanlardan bə”zilərinin ömrünü 50 faiz artıra bilmişdir. Başqa bir Amerikalı mütəxəssis Riçard Ruçeşledin apardığı dörd illik araşdırmalardan və Beymitel aminu-Atanov adlı kimyəvi dərmandan istifadə edərək siçanın ömrünü artıra bilmişdir. Bu alim və Vakib adlı həmkarı bu nəticəyə çatmışlar ki, Deymitelamini-Ataminoldan istifadə edilməsi siçanların ömrünü sınaq müddətində 6-49 faiz artırmışdır. Milçəklərin üzərində aparılan təcrübələr isə onların ömürlərinin hətta 300 dəfə artırılması ilə nəticələnmişdir. [13] Bir hadisə və ya varlığın başqa bir varlıq üçün səbəb olması (günəşin çıxması ilə yerin qızması) birbaşa dərk olunası deyil. Biz yalnız bu məsələni idrak edirik ki, bir hadisə (günəşin çıxması) müntəzəm olaraq yerin səthini qızdırmaq hadisəsini öz ardınca gətirir. Həmçinin müşahidə olunur ki, bə”zi hadisələrin başqa hadisələrdən sonra sabit olaraq gəlməsi hadisə və varlıqların xüsusi bağlılığı ilə məhdudlanmır. Əksinə bu, təbiətin xüsusi təzahürüdür. Amma bir səbəb ilə vahid bir nəticənin arasındakı rabitə, habelə təbiəting gbaşdan-başa bu rabitənin ümumi bir qayda olması birbaşa müşahidə olunmur və bizim təfəkkürümüzün zəruri hissəsini təşkil etmir. (Devid Hiyum) [14] Sixolastika ideologiyasının ardıcıllarına mədrəsə səhabələri deyilir. Çünki renosans dövründən qabaq elm və hikmət məsələləri təqribən dini mədrəsələrdə və kilsələrdə tədris olunan şeylərlə xülasələnirdi. Yə ` ni məsihiyyət dininin göstərişi ilə mədrəsələr də sixolas dilində tədris olunurdu. Buna görə də o dövrün bütün elm və hikməti ona mənsub edilərək sixolastika adlandırılmışdır. Sixolastika ideyasının ən mühümü aşağıdakılardan ibarətdir : 1-Elmi təhqiqatlar , hə qiqə tlərin kəş folunması naminə deyil , yalnız üsulidini isbat et mə küçündür . Çünki imanı ə qldən irəli bilib deyirdilər ki, iman üçün idrak heç də zəruri deyildir . 2-Təfəkkür və rə`y azadlığına əsla əhəmiyyət vermirdilər . Hər kəs müqəddəs kitabın tə`limlərindən kənara çıxsaydı kafir hesab olunaraq əzab-əziyyətlərə düçar olurdu və tövbə etməli idi . 3-Yuxrıdakı dəlilə əsasən əqli qüvvə yalnız bəhslərin , münazirə və mücadilələrin məntiqi bəhslərin bazarını qızışdırmaq üçün idi ki , onunla da söz yığımı ilə öz ürəklərini sakitləşdirirdilər . ( Məhəmməd Füruğ i , “ Seyri hikmət dər Avropa ”) [15] Qan Şak Roso (1712-1778) O , məşhur fransız alimi və « İctimai münasibətlər » kitabının müəllifidir . Təfəkkür və fəlsəfə dünyasında ən böyük inqilabçı çağırışlarından və islahatçılardan olmasına baxmayaraq Fransanı padşahsız görməyi təsəvvür edərkən vəhşət hissi keçirirdi. Çünki o, padşah səltənəti dövründə böyüyüb boya-başa çatmış və onun ab-havası ilə nəfəs almışdı. [16] İmam Cavad və İmam Hadi (ə) hər ikisi 8 yaşlarında müsəlmanların imamı olmuşdular. [17] “Məryəm” surəsi, 12-ci ayə. [18] Seyyid Sədr (müəllifin əmisi) « Əl-Məhdi » [19] Şeyx Lütfüllah Safi « Müntəxəbul-əsər fil-imamis-sani əşər » Material www.shianet.ru saytından götürülmüşdür. |