İMAM MEHDİ (ə) (üçüncü hissə)
Əgər kiçik yaşlı İmam
yüksək səviyyəli təfəkkür və bilikdən faydalanmasaydı, onunla müasir olan
xəlifələr çox asan yolla təxribat yarada bilərdilər. Amma həm onların, həm də
tarixin bu barədə sükut etməsi göstərir ki, kiçik yaşlarında İmamətə çatmaq
həqiqi, real bir hadisə idi və bu işdə heç bir anlaşılmamazlıq mövcud deyildi.
Xəlifələr də onların imamətinin həqiqi bir məsələ olduğunu həm əməl, həm də
fikir məqamında dərk etmişdilər və görürdülər ki, imamın az yaşlı olduğunu
bəhanə edərək onun camaata dini və fikri rəhbərliyini aradan qaldırmaq istəsələr
yenə də mübarizədə uduzacaqlar.
Tarix bə`zən xəlifələrin
şiə rəhbərlərinin az yaşlı olmasını bəhanə edərək müəyyən qərara gəlmələrini və
bu işin heç bir nəticə verməməsi və səmərəsiz qalması barəsində söz açmışdır.
Amma hətta elə bir hal tapmaq mümkün deyildir ki, bu məsələ imamların
ardıcıllarının ruhiyyəsinə zərbə vurub sarsıda bilsin. Yaxud onların tarixində
elə bir sənəd tapmaq olmaz ki, imamlar uşaq yaşlarında müşkül bir məsələ, yaxud
sualla qarşılaşıb onun qarşısında çətinliyə düşsünlər və nəticədə onların
imamətinin həqiqi olmasına qarşı ruh düşgünlüyü yaratsın.
Nəticə alırıq ki, kiçik
yaşlarında imamətə çatmaq Əhli-beytin həyatında real bir hadisə olmuşdur və bu
heç də puç və ya xam xəyal deyildir. Az yaşlarında rəhbərlik hadisəsi üçün ilahi
elçilərin miraslarında başqa nümunələr də tapmaq olar.
Həzrəti Yəhyanı misal
göstərmək olar ki, Allah təala onun barəsində belə buyurur:
«Ey Yəhya, tam qüdrətlə
bu yazını (peyğəmbərlik fərmanını) al; və Biz uşaqlıqda ona hikmət və parlaqlıq
əta etdik.»
[17]
İndi ki, uşaqlıq
yaşlarında İmamət məsələsi sübuta yetir, aydın olur ki, İmam Məhdi
əleyhissalamın az yaşlarında imamlığına e`tiraz üçün heç bir əsas yoxdur.
5 –
HƏZRƏT MƏHDİ (Ə)-NİN REAL HƏYATDA YAŞAYAN İNSAN OLMASINA İMAN
Dördüncü sualda bu
məsələ irəli çəkilirdi ki, İmam Məhdi (əleyhissalam)-ın uzun ömrünü və sair
xüsusiyyətlərinin mümkünlüyünü qəbul etdiyimizi fərz etsək də belə, onda bu
işlərin sadəcə mümkünlüyü heç də kafi dəlil və qənaətbəxş deyildir. Biz Həzrət
Məhdi (əleyhissalam)-ın hazırkı dövrümüzdə varlığına necə iman gətirə bilərik?
Məgər Peyğəmbərdən müəyyən kitablarda nəql olunan bir sıra rəvayətlər bizim
12-ci İmamın varlığını e`tiraf etməyimiz üçün kifayətdirmi? Həzrət Məhdi
(əleyhissalam)-a olan məsələlərdə bütün qəribə xüsusiyyətlər və qeyri-adi
hallarla yanaşı, necə isbat edə bilərik ki, Məhdi (əleyhissalam) mövcuddur və
heç də fərz oluna bilməz ki, bir sıra ruhi şəraitlər üst-üstə yığılaraq onu
camaatdan çoxunun qəlbinə nüfuz etdirmiş ola.
Cavabda deyirik ki,
Məhdi (əleyhissalam)-ın intizarı çəkilən rəhbər olması və zühur edərək dünyanı
daha yüksək səviyyədə dəyişdirmək tə`biri böyük Peyğəmbər və Əhli-beyt
İmamlarından bu barədə çoxlu rəvayətlər gəlib çatmışdır. Hədislərdə o qədər
tə`kid olunmuşdur ki, onun düzgünlüyündə, əsilliyində heç bir şübhəyə yol vermək
olmaz. Hətta sünnü qardaşların təriqi ilə Peyğəmbərdən də dörd yüzdən artıq
hədis rəvayət olunmuşdur.
[18] Əgər sünnü və şiə təriqi ilə Məhdi (əleyhissalam) barəsində
nəql olunan hədisləri hesablamaq istəsək, onun sayının altı mindən artıq
olduğunu görərik.
[19] Hətta müsəlmanların heç bir şəkk-şübhədə olmadığı islamın
ən elementar məsələlərində də bu qədər rəvayət gəlib çatmamışdır. 12-ci İmam
barəsində bu təfəkkürün zahir olması və bu məsələnin qəbul edilməsi üçün kifayət
qədər aşkar dəlillər mövcuddur ki, hamısını iki dəlildə xülasələndirmək olar:
Birincisi islami, digəri isə elmi dəlil;
İslami dəlil ilə
intizarı çəkilən rəhbərin varlığı isbat olunur, elmi dəlil ilə isə Məhdi
əleyhissalamın heç də sırf təsəvvür və əfsanə olmaması, əksinə varlığı tarixi
təcrübələrlə subuta yetirilən həqiqət olması çatdırılır.
İslami dəlil:
İslam Peyğəmbərindən və şiə İmamlarından gəlib çatan yüzlərlə rəvayətdə Həzrəti
Məhdi əleyhissalamın xüsusiyyətləri sadalanmışdır. Bu hədislərdən mə`lum olur
ki, o, Əhli-beytdən, həzrəti Fatimə əleyhassalamın övladlarından, İmam Hüseyn
əleyhissalamın doqquzuncu övladı və on iki İmam şiələrinin on ikinci imamıdır.
Şiə imamları Məhdi
əleyhissalam məsələsini ümumxalq nəzərində gizli saxlamağa sə`y göstərirdilər
ki, bunun vasitəsi ilə onun qəfil öldürülməsinin qarşısını alsınlar. Bu barədə
nəql olunan rəvayətlər nəinki az deyildir, həm də onlarda bir sıra səciyyəvi
xüsusiyyətləri və nişanələri də görmək olar ki, onların Peyğəməbərdən nəql
olunmasının düzgünlüyünü aydınlaşdırır.
O cümlədən, Peyğəmbər öz
canişinləri və ondan sonrakı rəhbələr barəsində buyurmuşdur: Onlar on iki
nəfərdən ibarətdirlər. Bu hədis sənədi eyni mə`nanı çatdıran müxtəlif sözlərlə
rəvayət edilmişdir. Bu barədə nəql olunan rəvayətlərin sayı 270-dən çoxdur və
hamısı da şiə və sünnülərin mö`təbər və məşhur kitablarında nəql olunmuşdur.
Buxari, Müslüm «Səhih» kitablarında, Termezi, Əbu Davud və Əhməd öz «Müsnəd»
kitablarında, Hakim «Səhiheyn»ə yazdığı «Müstədrək» kitabında bu hədisləri qeyd
etmişlər.
Bu hədisləri sayan
adamlardan biri də Buxaridir. O, İmam Cavad, İmam Hadi və İmam Əskəri
əleyhimussalamın müasiri olmuşdur. Onun məhz bu xüsusiyyəti böyük əhmiyyətli
məsələləri aydınlaşdırır. Çünki o isbat edir ki, hökmən belə bir hədis
Peyğəmbərdən nəql olunmuşdur. Amma hal-hazırda o hədisin bəyan etdiyi şey
gerçəkləşməmişdir və 12-ci İmam din səhnəsində zahir olmamışdır. Deməli
şübhəsiz, hədisin nəql olunması (on iki İmam şiələrinin) xarici həqiqətlərin əks
reaksiyası deyildir. Qeyd olunan hədis on iki İmam tarixində gerçəkləşməmişdən
əvvəl, həmçinin on iki İmam şiəsi məzhəbinin xarici vücudu kamil şəkildə təqdim
olunmamışdan qabaq hədis kitablarında qeyd olunmasına dair əsaslı və əyani dəlil
tapsaq, şübhəsiz qəbul etməliyik ki, bu, Peyğəmbərin dilindən eşidilən ilahi bir
həqiqəti aydınlaşdırır.
Həzrət Peyğəmbər
dəfələrlə buyurmuşdur: «Məndən sonra canişinlərim 12 nəfərdirlər.» Bunu
buyurduqdan sonra isə 12 İmam rəhbərlərinin məzhəbini bir real həqiqət kimi
zahir etmiş və İmam Əlini özündən sonra canişini, İmam Məhdi əleyhissalamı isə
onların sonuncusu kimi təqdim etmişdi. Çünki Peyğəmbərin hədisi yalnız bu hadisə
ilə xaricdə reallaşır.
Elmi dəlil:
Bizim elmi dəlilimizin əsası kiçik qeybət dövrünün 70 illik təcrübələrini
aydınlaşdırmaqdır. Kiçik qeybət dövrü (qeybəti-suğra) İmam Məhdi əleyhissalamın
həyatının ilk dövrlərini göstərir. Çünki İmamın mütləq baş verməli olan
müqəddəratı camaatın gözlərindən gizlində, qəlbi isə camaatla birlikdə idi. Amma
əgər qeybə çəkilmə birdən-birə baş versəydi, imamətin cəmiyyətdəki dayaqlarına
böyük xəsarət dəyə bilərdi. Çünki camaat öz zamanlarının rəhbəri ilə qırılmaz
rabitə və ünsiyyət bağlamışdılar. Əgər İmam birdən-birə qeybə çəkilsəydi hiss
edəcəkdilər ki, onların öz əqli və fikri rəhbərləri ilə olan rabitələri
qırılmışdır. Bu hisslər ağır boşluq yaradaraq islamın mövcudiyyətini xətərə
salıb müsəlman cəmiyyətlərini pərişanlığa və pərakəndəliyə çəkə bilərdi. Deməli,
kiçik qeybət əslində insan kütlələrinin qeybət məsələsi ilə ünsiyyət
tapmalarına, qeybət əsaslarında özlərini formalaşdırmalarına bir növ müqəddimə
idi.
Camaat bu dövrdə
həzrətin e`tibarlı və xüsusi köməkçilərinin vasitəsi ilə o həzrətlə rabitə
saxlayırdılar. Kiçik qeybət dövründə İmam Məhdi əleyhissalamla onun ardıcılları
arasında dörd nəfər naibliyə tə`yin olunmuşdular. O dörd nəfər mö`təbərlikdə və
dindarlıqda şöhrət qazanmışdılar. Onlar aşağıdakılardan ibarət idi:
1-Osman ibni Səid Əmri
2-Məhəmməd ibni Osman
ibni Səid Əmri
3-Əbul Qasim Hüseyn ibni
Ruh
4-Əbul Həsən Əli ibni
Səmri
Bu dörd nəfər hər biri
öz növbəsində ardıcıllıqla biri digərinin vəfat etməsindən sonra imamın
nümayəndəliyi və nayibliyi məqamına keçmiş və şiələrin sual və ehtiyaclarını öz
ardıcıl və möhkəm rabitələri ilə imama təqdim edərək onun cavabını bə`zən
şifahi, bə`zən isə yazılı halda mö`minlərə çatdırırdılar.
Beləliklə öz İmamlarının
görüşündən məhrum olanlar bir-başa olmayan yazışma vasitəsi ilə özlərinə
təskinlik verirdilər. Görürük ki, İmamdan insanlara gəlib çatan bütün məktublar
vahid bir üslub əsasında olmuşdur. İmamın naibləri 70 ilə yaxın o həzrətlə
rabitə vasitəsi olmuşdur. Onların axırıncısı Səmrinin dövrü sona çatdıqda kiçik
qeybət dövrünün axırı böyük qeybətin isə başlandığı e`lan oldu. Kiçik qeybətdən
böyük qeybətə keçid bu həqiqəti göstərir ki, qeybəti-suğrada mövcud olan
hədəflər yerinə yetirilmiş, bununla da şiəliyin tədrici proqramları imamın
birdən-birə yoxa çıxmasından yaranacaq xəsarətlərdən amanda qalmış, yavaş-yavaş
camaatı İmamın ümumi nümayəndələrini qəbul etmək üçün hazırlamışdır.
Kiçik qeybətdən böyük
qeybətə nəql olunma ilə İmamın naib və nümayəndəliyi müəyyən şəxslərin əlindən
aqil və bəsirətli müctehidlərin ixtiyarına keçdi. Müsəlmanlar din və dünya
işlərində onlara tabe olmalıdırlar. Şübhəsiz hər kəs bu kimi məsələləri bilsə və
onları qiymətləndirsə, başa düşəcəkdir ki, Məhdi əleyhissalam camaatla bir
müddət birgə yaşamış həqiqətdir. O həzrətin xüsusi nümayəndələri və elçilərinin
yetmiş il müddətində şiələrlə bu cür rabitə saxlamaları bu həqiqəti çatdırır ki,
bu məsələ barəsində heç bir hiyləgərlik yoxdur, onların sözlərində və
əməllərində heç bir ziddiyyət görünməmişdir.
Doğrudan da əgər bunlar
yalan olsaydı, onda necə qəbul etmək olardı ki, bir yalan 70 il müddətində ayaq
tutub yerisin və dörd nəfər elə bir şəkildə əlbir olsunlar ki, sanki böyük bir
həqiqəti öz gözləri ilə görüb onunla yaşayıblar və bu müddətdə onlardan heç bir
zəiflik büruzə gəlməmiş, şəkk-şübhəyə səbəb olacaq bir şey zahir olmamışdır.
Keçmiş zamanlardan
işıqsız yanan çıraq məsələsi mövcuddur. Həyati məntiq sübut edir ki, ehtimali
hesablamalar hər hansı bir yalanın (bu kimi xüsusi şəraitdə) həzrəti Məhdi (əleyhissalam)-ın
yaşadığı bütün müddətdə davam gətirə bilməsini və bütün bağlılıqları əhatə
edərək öz tərəfdlarlarının e`timadını cəlb edə bilməsini qəbul edə bilmir.
Deməli, kiçik qeybət bir elmi təcrübə sayılır ki, xarici aləmdə real varlıq olan
bir şeyi sübuta yetirməyi və İmam Məhdi (əleyhissalam)-ın rəhbərliyinin
həqiqətini qəbul etməyi, onun doğum və həyatını böyük qeybət dövrünün
xüsusiyyətləri ilə mümkün edir.
6 –
NƏ ÜÇÜN HƏZRƏT MƏHDİ (Ə) İNDİYƏ QƏDƏR ZÜHUR ETMƏMİŞDİR?
Nə üçün bu rəhbər bu
müddət ərzində zühur etməmişdir? Əgər o doğrudan da bir böyük ictimai fəaliyyət
üçün hazır idisə, onda həm kiçik qeybət dövründə, həm də ondan sonra indiyə
qədər ictimaiyyət səhnəsində zahir olmamasına nə bais olmuşdur? Halbuki kiçik
qeybət dövründə ictimai inqilab etmək üçün lazım olan şərait daha asan idi və
onunla ardıcılarının rabitəsi imama imkan verirdi ki, seçilmiş insanları bir
yerə toplayıb öz işini bir mərhələdən başlasın. Həmçinin qeybəti-suğra dövrünə
hakim olan qüvvələr hal-hazırda bütün elmi texnoloji silahları öz ixtiyarında
qərar verən qüdrətlərin çatdığı mərhələyə çatmamışdı.
Cavabında deyirik ki,
hər bir inqilabın və hər bir ictimai fəaliyyətlərin qələbəsi bir sıra xarici
real şəraitlərlə bağlıdır ki, onlar yaranmadan hədəfə çatmaq mümkün deyildir.
Baxmayaraq ki, həzrət
Məhdi əleyhissalamın mövqe və şəraitlərinin bir qismi Allah tərəfindən asimani
yönə malikdir. Amma onun risalətinə həvalə olunan işlərin bütünlüklə icrası
xarici real şəraitlərin yaranması ilə birbaşa bağlıdır.
Necə ki, bəşəriyyət
cahiliyyət dövründən 5 əsr keçdikdən sonra axırıncı asimani risalət çağırışını
bizim Peyğəmbərin tərəfindən eşitməsini həsrətlə gözləyirdi. Bu intizar, yə`ni
ilahi proqramların icrası da xarici real şəraitlərin gerçəkləşməsini tələb edir.
Bunlar elə reallıqlardır
ki, böyük bir dəyişiklik yaradılması üçün lazım və zəruridir. Yaxud bu
reallıqlar əlverişli mühit və ümumi münasib fəzanı, eləcə də bə`zi
xüsusiyyətləri, köklü dəyişikliklər yaratmaq isə həmin hadisələrin baş verməsini
tələb edir.
Məsələn, müqayisə
məqamında Leninin Rusiyada rəhbərlik etdiyi inqilabı misal vurmaq olar. Bu
inqilabda birinci dünya müharibəsi, çar imperiyasının tənəzzülə uğraması, ümumi
cəhətlər və bir çox xüsusi amillər dəyişiklər edilməsi üçün mühitin yaradılması,
o cümlədən Leninin Rusiyanın daxilinə etdiyi səfərdə sağ qalması və inqilaba
rəhbərlik etməsi və bu kimi hadisələr daxildir. Əgər onun qarşısına kiçik bir
xoşagəlməz hadisə çıxsaydı, inqilabın qələbə çalması çox çətin bir iş olardı.
Allah-təalanın
dəyişiklik qəbul etməyən qanunları bu əsasdadır ki, Məhdi (əleyhissalam)-ın
ilahi inqilabının icrasında da inqilabın dərk olunub qəbul olunması üçün real
gerçəklikləri, əlverişli mühiti, ümumi fəzanı hazırlasın. Məhz həmin dəlilə görə
İslam, peyğəmbərlərin işinin sona çatmasından neçə yüz illər keçdikdən və
acınacaqlı şərait və boşluq yarandıqdan sonra zahir oldu. Allah-təala bütün
qüdrəti ilə Peyğəmbərin risaləti yolundakı maneələrin hamısını aradan
götürməkdə, bu risalətin qəbul edilməsi üçün münasib şərait yaradılmasında belə
bir üslubu tətbiq etmək istəmədi, əksinə insanların təkamülünə səbəb olan
imtahan və sınaqları ilahi inqilabın bütün işlərini təbii şəkildə, ictimai
amillər və dayaqlar əsasında yerinə yetirdi.
Əlbəttə bu xüsusiyyət
heç də mane ola bilməz ki, bə`zən Allah subyektiv işlərə dəxalət etsin və
qeyri-adi vasitələrlə onu görsün. Çünki əlverişli mühitin yaradılmasında
subyektiv işlər heç də əsas rol oynamır, onlar yalnız bə`zən münasib mühitdə
hərəkət etmək üçün lazımdır. Allah təalanın çətin anlarda ilahi rəhbərlərə
etdiyi həqiqi diqqət və köməklər məhz bu qəbildəndir. İbrahim əleyhissalamın
risalətini qoruyub saxlamaq üçün Nəmrudun yandırdığı odu onun üçün sərin və
salamat edir, əlində qılınc Peyğəmbərin başı üstünə gələn yəhudinin əlləri
hissdən və tə`sirdən düşür və o hərəkət etmək qabiliyyətini itirir. Və yaxud
güclü külək əsir və Xəndək müharibəsi günündə Mədinəni mühasirə edən düşmənlərin
çadırlarını kökündən qoparır və onların qəlbinə vahimə salır. Amma bütün bunlar
yalnız bir sıra subyektiv işlər və həssas anlardakı köməklərdən başqa bir şey
deyildir və bu köməklərdən əvvəl ümumi dəyişikliklər üçün münasib fəza və zəminə
hazır olmalıdır.
İndi real həqiqətlərə
müvafiq olaraq İmam Məhdi əleyhissalamın tutduğu mövqeni araşdırırıq. Şübhəsiz o
həzrətin inqilabı da sair ictimai islahatlar kimi icra olunmaq cəhətindən
müəyyən ictimai şəraitlərə bağlıdır ki, gərək onlarla birgə irəliləsin. Çünki
həzrəti Məhdi (əleyhissalam) özünü heç də məhdud bir ictimai səviyyədə tədbir
görmək üçün hazırlamamış, əksinə Allah tərəfindən ona elə bir risalət həvalə
edilmişdir ki, bütün yer üzünü hərtərəfli və bütün sahələrdə dəyişdirsin və
nəticədə bəşər övladarını istisnasız olaraq zülm və haqsızlıq qaranlığından
ədalət işığına doğru çəksin.
Belə bir böyük miqyaslı
dəyişikliklər yalnız layiqli bir rəhbərin varlığı ilə sona yetmir. Çünki layiqli
rəhbərin xüsusiyyətlərinə elə peyğəmbərlər öz dövrlərinin qaranlıq mühitlərində
də malik idilər. Əksinə, layiqli rəhbərdən əlavə, ümumdünya səviyyəsində
əlverişli inqilabi şərait və münasib fəza da lazımdır ki, münasib xarici
şəraitləri ümumdünya inqilabı üçün hazırlasın.
İnsani nəzərdən də
baxsaq, gərək «hər bir şeydən keçmək hissi» inkişaf etmiş insanlarda vücuda
gəlsin və onun daxilində məqsəd və stimul yaransın, həzrət Məhdi əleyhissalamın
ədalətli risalətini qəbul edə bilsin. Təkcə ictimai, mədəni və siyasi
təcrübələrlə mümkündür ki, insanların daxilində müəyyən hissiyyat yaransın və
özünə yer tutsun. Çünki gərək bütün məktəblərin təcrübələri ilə mənfi və ağır
yükləri öz üzərində hiss etsin və onu pak zatlardan, aşkar və gizli dünyadan
kömək almaq üçün hazırlasın.
Maddi baxımdan da mövcud
şərait Məhdi əleyhissalamın vəzifəsinin bütün dünyada yerinə yetirilməsində
gərək daha artıq hazırlıqlı və qüdrətli olsun ki, qeybəti-suğra dövründəki
şərait kimi olsun. Çünki dünyanın müxtəlif nöqtələri texnikanın inkişafı
nəticəsində artıq bir-birinə yaxın sayılır və insanları arasında rabitə və
peyvəndlər daha yaxşı yerinə yetirilir.
Mərkəzi rəhbərlik
aparatının camaatın risalət əsasında tə`lim-tərbiyəsi üçün lazımi rabitə
növlərinə ehtiyac vardır. Amma İmam əleyhissalamın düşmənlərinin ixtiyarında
olan maddi qüvvələrin təkamülü məsələsinə, habelə İmamın onlarla rəftar tərzinə
gəldikdə, habelə zühurun nə qədər geciksə daha artıq müşkül yaranmasını nəzərə
alsaq, aşağıdakı məsələni yada salmaq kifayətdir:
İnsanlara ruhi-mə`nəvi
məğlubiyyət və süstlük hakim olarsa, bütün texnologiyanın maliki olmağa səbəb
olan insan ruhiyyəsi tənəzzülə uğrayarsa, maddi qüvvələrin təkamül forması heç
də irəliləməyəcəkdir. Tarixdə çoxlu nümunələr görürük ki, bir yüksək
mədəniyyətin qurluşu kiçik bir müharibənin ilkin təkanları ilə uçub-dağılmışdır.
Həqiqətdə o mədəniyyətin yüksək uca sarayları zahiri nəzərdən uçmamışdan əvvəl
içəridən çürümüş və uçub-dağılmış, habelə öz həyatını davam etdirmək üçün lazım
olan qüvvələri itirmişdir.
7 –
BU VƏZİFƏ BİR NƏFƏRİN VASİTƏSİ İLƏ GERÇƏKLƏŞƏ BİLƏRMİ?
Belə bir suala çatırıq
ki, bir nəfər nə qədər əzəmətli olsa da belə, bu böyük vəzifəni təklikdə necə
ifa edə bilər? Məgər böyük bir şəxsiyyət sadəcə müxtəlif şəraitlərin
formalaşdırdığı bir insan deyildirmi? Bəs o necə bir hərəkat icad edə bilər və
şəraitləri dəyişə bilər?
Bu sualın əsil amili
camaatın bə`zilərinin tarix barəsindəki görüşlərindən irəli gəlir. Onlar insanı
tarixin dəyişdirilməsində ikinci dərəcəli amil kimi qəbul edir və onlar əsas
amili fərdi, yaxud fərdləri əhatə edən real xarici qüvvələrə mənsub edirlər.
Tarixi və ictimai hərəkatlardan edilən bu təfsirlə fərd özünün ən yaxşı
hallarında belə, sadəcə həmin əsaslı amillərdən istiqamətlənən bir fərddən başqa
heç nə deyildir. Aydındır ki, tarix iki qütbdən təşkil olunmuşdur: Birincisi
insan, digəri isə insanı əhatə edən müxtəlif maddi amillər. Maddi qüvvələrin,
habelə istehsal olunan vasitələr təbiətin törətdiyi şəraitdə insanda tə`sir
qoyduğu kimi, insan da öz ətrafında olanlara tə`sir qoyur. Biz yalnız bunu fərz
edə bilmirik ki, hərəkat maddədən başlanıb insanda sona yetir və artıq onun əksi
mümkün deyildir. Çünki insan və maddə zamanın keçməsi ilə qarşılıqlı surətdə bir-birinə
tə`sir qoyur. Məhz bu dəlilə görədir ki, bir fərd tarixin eniş-yoxuşları
arasında təqlid etməyi adət edən tutu quşundan daha böyük rol ifa edə bilər.
Xüsusilə, əgər bu fərd insan ilə Pərvərdigarın arasındakı rabitə amili olsa,
tarixi hərəkatlarda böyük qüvvələr kimi dəxalət edəcəkdir. Bu elə bir məsələdir
ki, peyğəmbərlərin risalətlərinin tarixi boyunda, habelə ilahi peyğamları
gətirənin sonuncusunun sərgüzəştlərində bariz şəkildə gerçəkləşmişdir. Çünki
həzrət Məhəmməd səlləllahu ələyhi və alihi və səlləm ilahi risalətinin hökmü ilə
tarixi hərəkatın istiqamətini əlinə aldı və elə bir mədəniyyət yaratdı ki, heç
bir başqa xarici real şəraitlər onu yerinə yetirməyə qadir deyildilər. Deməli ən
böyük peyğəmbərlərin əli ilə baş verməsi mümkün olan bütün şeylər məhz o
həzrətin xanədanından olan və intizarı çəkilən canişininin əli ilə mümkündür.
8 –
VƏDƏSİ VERİLƏN GÜNDƏ İNQİLABIN BAŞ VERMƏ KEYFİYYƏTİ
İrəli
sürülən sonuncu sual Həzrəti Məhdi (ə)-ın ədaləti qəti qələbəyə çatdırmaq,
üzləşdiyi hakim zülm və sitəmləri məhv etmək üçün seçəcəyi yol və yerinə
yetirəcəyi işlərdən ibarətdir.
Bu
suala dəqiq və konkret cavab verilməsi Həzrəti Məhdi (ə)-ın aşkar mübarizə
səhnəsinə qədəm qoyacağı dövr və fəzanın dəqiq tanınmasına bağlıdır. Yalnız bu
agahlıq nəticəsində inqilabın baş vermə keyfiyyətini və onun formalaşmasını
canlandırmaq olar. Biz əvvəlcədən inqilabın baş vermə keyfiyyətini və və`dəsi
verilən gündə nə kimi hadisələrin baş verəcəyini dəqiq şəkildə bilmədiyimizdən,
həqiqi əsaslara istinad etməyən bir sıra sırf zehni fərziyyələrdən sərf-nəzər
edirik.
Bu
mərhələdə yalnız bir əsas fərziyyəni qəbul etmək olar. O da və`dəsi verilən
günlə əlaqədar nəql olunan hədis və rəvayətlərdir və tarixin böyük inqilabı
yolundakı təcrübələrimizlə tam uyğundur.
Həzrəti Məhdi (ə)-ın zühuru böyük bir boşluğun, mədəni böhranların və irticanın
ardınca baş verməlidir. Bu böhran və irticalar o Həzrətə imkan verəcəkdir ki, bu
yolda insanların ruhi normalarının pozulmasından istifadə edərək öz vəzifəsini
yerinə yetirsin.
İnsanların ruhiyyəsinin tamamilə dəyişməsi bəşər mədəniyyət tarixinin həmin
mərhələsində baş verəcək sadəcə təsadüfi bir hadisə deyildir; əksinə, öz
Allahları ilə rabitələrini kəsən, axırda isə qəti həll yolu və müsbət çıxış yolu
tapmayan ictimai-tarixi təzadların və ziddiyyətlərin təbii nəticəsidir. Belə bir
zamanda elə bir atəş yandırılır ki, heç kəsə qalmaq imkanı vermir, İmam Məhdi
(ə) da əmr alır ki, həmin odu söndürərək ilahi asimani ədaləti yer üzərində
bərqərar etsin.
Nəcəfi
Əşrəf, Seyyid Məhəmmədbaqir Sədr.
Bu
kitabı 1397-ci hicri-qəməri ilinin cəmadiyüssani ayının 13-də başlayıb elə həmin
ayın 17-də də Allahın köməyi ilə sona çatdırdım.
WWW.MUNTOZOR.NET
Material
www.shianet.ru saytından
götürülmüşdür.