İMAM
MEHDİ (Ə) HAQQINDA TƏHQİQAT
Müəllif: Şəhid
Ayətullah Seyyid Məhəmmədbaqir Sədr
Mehriban və Bağışlayan Allahın adı ilə
Allah-təala buyurur:
وَمَا
يَنطِقُ
عَنِ
الْهَوَى إِنْ
هُوَ
إِلَّا
وَحْيٌ يُوحَى
«Peyğəmbər heç vaxt
nəfsani istəklər üzündən danışmır. Onun sözləri ilahi vəhydən başqa bir şey
deyildir.»
[1]
مَّا
أَفَاء
اللَّهُ
عَلَى رَسُولِهِ
مِنْ
أَهْلِ
الْقُرَى فَلِلَّهِ
وَلِلرَّسُولِ
وَلِذِي
الْقُرْبَى
وَالْيَتَامَى
وَالْمَسَاكِينِ
وَابْنِ السَّبِيلِ
كَيْ
لَا
يَكُونَ دُولَةً
بَيْنَ
الْأَغْنِيَاء
مِنكُمْ وَمَا
آتَاكُمُ
الرَّسُولُ
فَخُذُوهُ
وَمَا نَهَاكُمْ
عَنْهُ
فَانتَهُوا
وَاتَّقُوا
اللَّهَ إِنَّ
اللَّهَ
شَدِيدُ
الْعِقَابِ
«Rəsulumuzun sizin üçün
gətirdiyi hər bir şeyi qəbul edin; və qadağan etdiyi bütün şeylərdən uzaq olun.»
[2]
Peyğəmbər (s)
buyurmuşdur:
«Mən sizin aranızda iki
ağır əmanət (səqəleyn) qoyub gedirəm. Onlara arxalanıb diqqət mərkəzində
saxlasanız, heç vaxt yolunuzu azmayıb zəlalətə düşməyəcəksiniz. Bu iki şey «Kövsər»
hovuzunun kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaqdır.
Bu iki şey Allahın kitabı və mənim Əhli-beytim, itrətimdir.»
[3]
«Mənim canişinim və
vəsilərim – məndən sonra Allahın insanlara olan höccəti – 12 nəfərdən ibarətdir
ki, birincisi qardaşım, axırıncısı isə oğlumdur.»
Sual olundu: – Ya
Rəsuləllah, qardaşın kimdir?
Buyurdu: – Əli İbni Əbi
Talib.
Soruşdular: – Oğlun
kimdir?
Buyurdu: – Məhdi. O, yer
üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Məni haqq
olaraq peyğəmbərliyə seçən şəxsə and olsun, əgər dünyanın ömründən hətta bir gün
də qalmış olsa belə, Allah o günü o qədər uzun edəcəkdir ki, oğlum Məhdi qiyam
etsin. (O zühur etdikdən sonra) İsa ibni Məryəm Ruhulllah onun arxasında namaz
qılacaq, yer üzü Pərvərdigarın nuru ilə işıqlanacaq. Məhdinin rəhbərlik və
səltənətinin həddi-hüdudu məşriqlə-məğribin arasını dolduracaqdı r.
[4]
«Hər kəs öz zəmanəsinin
İmamını tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir.»
[5]
«Hər kəs Məhdi
(əleyhissalam)-ın qiyamını inkar etsə, həqiqətən kafirdir.»
[6]
Bu günkü ağır şəraitdə
əllərimizi Allah dərgahına qaldırıb deyirik: «Pərvərdigara, həqiqətən biz
Peyğəmbərin aramızdan getməsindən, İmamımızın qeybə çəkilməsindən,
düşmənlərimizin çoxluğundan, dostlarımızın azlığından, fitnələrin bizə və
dövrümüzə hakim kəsildiyindən Sənə şikayət edirik.»
[7]
Biz Qur`an ayələrinin və
Peyğəmbər sünnətinin tə`limləri əsasında bütün varlığımızla e`tiqad bəsləyirik:
Bəşərin ruhi
xəstəliklərinin dərmanı yalnız elə bir İslama üz gətirməkdədir ki, onda İmam
Zaman (əleyhissalam) aşkar şəkildə bəyan olunsun və bütün də`vətlər, sə`ylər və
hərəkatlar Allah kitabının və Peyğəmbər itrətinin tə`limlərinin dirçəldilməsi
istiqamətində olsun.
Məhdi (əleyhissalam)-a
inam, bu e`tiqada də`vət, adının hər yerdə çəkilməsi, onun varlıq aləmində və
İslam dünyasında ifa etdiyi rolun və tə`sirin araşdırılması sadəcə bir fərdin və
ya xüsusi qrupun vəzifəsi deyildir. Çünki İslamın əsaslarından olan Məhdəviyyət
dərin köklərə və dolğun məzmuna malik olan əqidələrdən sayılır.
Əgər Allahın kitabı və
Peyğəmbərin itrəti həmişəlik olaraq ayrılmaz kimi e`lan olunubsa, onda nə üçün
bu gün o iki əmanətin arasına ayrılıq salınıb?! Məgər bunların bir-birindən
ayrılması İslam ümmətinin azğınlığa, zəlalətə düşməsi deyilmi?!
Məgər Peyğəmbər (s)
insanların zəlalətə düşməməsinin əsas rəmzini «Allahın kitabı və İmam Zaman (ə)
məsələsinin» bir yerdə olmasıyla əlaqələndirməmişdirmi?
Doğrudan da, görəsən
qeyri-islami əqidələrdə, həmin qrupların həqiqi rəhbərlərinə də bu qədər
e`tinasızlıq rəva görülürmü? İmam Zaman əleyhissalama diqqət yetirməmək, ona
biganə yanaşmaq İslam barəsində inanc və əndişələrin müxtəlifliyi deyilmi?!
Əli əleyhissalam sanki
həyəcanlı fəryadlarla bizim dövrümüzün qarışıq və hərc-mərclik vəziyyətinə xitab
edərək buyurur:
«Necə də qəribədir bu
həqiqətlər!! Əcaba, bu camaatın öz aralarında, bir-biri ilə bu barədə icad
etdikləri əyrilikdən, iki tirəlikdən heyrətdə olmayım?! Nə Rəsuli-əkrəmin (s)
ayininə itaət edirlər, nə də ondan sonra onun canişininin tövsiyələrinə qulaq
asırlar! Nə qeyb aləminə e`tiqadları var, nə də çirkinliklərdən uzaq olurlar!
Qəlblərini şübhəli və namə`lum şeylərə bağlayıb, nəfsani istəklərinin yerinə
yetirilməsi yolunda başlarından-canlarından keçirlər.
Hər nəyi çox
istəyirlərsə nəzərlərində yaxşı cilvələndirir və hansı şey xoşlarına gəlməsə,
onu inkar edib xoşagəlməz bilirlər.
Çətinliklərdə və
müşküllər tufanında öz xəstə ruhlarının sığınacağına pənah aparırlar. Məchul və
qarışıq məsələlərdə öz gümanlarına arxalanırlar. Sanki onlardan hər biri
təklikdə özünə İmamdır. Zahiri gözləri ilə gördüklərinə iman gətirir, öz puç
xəyallarına əsasən dəlillər düzəldib onlara istinad edirlər və beləliklə
özlərini asudə edirlər.»
[8]
Həqiqətdə əqidəvi
ixtilafların əsaslı dəlillərindən biri dini məfhumları öz gümanlarımız əsasında
araşdırmamız və bunları öz istədiyimiz kimi həll etməyimizdir.
İlahi dinin
sərhədlərinin həqiqi keşikçilərindən danışmırıq; onları elə haqqı öz həqiqi
yolundan sapındırdığı yerdə və ən alçaq, rəzil insanları paklıqların məzhəri
kimi kürsüyə oturtduğu faciənin əvvəlindəcə unuduruq.
Peyğəmbərin əziz qızı
fəryad edib buyurur:
«Pərvərdigar... biz
Peyğəmbər xanədanına itaət etməyi ictimai işlərin nizama salınması, imamətimizi
isə ümmətin ixtilaflardan saxlanması üçün bir vasitə qərar verdi.»
[9]
Düzdür ki, həzrəti Məhdi
(əleyhissalam) barəsində nəinki səthi bir səviyyəyə, hətta istidlali görüşlərə
qane olmaq bizim razılığımıza səbəb ola bilməz. Təkcə, Həzrətin adını və
ləqəbini bilməklə, bə`zən öz islami risalətimizi hal-hazırkı ağır şəraitdə
yerinə yetirməyimiz və İmam Zamanın həqiqi ardıcıllarından olduğumuzu deməyimiz
sadəcə özümüzü aldatmaq və qəlbimizə təskinlik verməkdir!!!
Amma bundan xəbərsizik
ki, yeganə mə`sum, ilahi rəhbər, qeyb aləminin vasitəsi, bütün peyğəmbərlər və
ilahi övliyaların şəriksiz varisi, bütün asimani kitabların bəyan edicisi olan o
həzrəti əsaslı şəkildə, elmi və məntiqi şəkildə müdafiə etmirik. İslami
ideologiyamızın müdafiəsi sayılan bu işi lazımı şəkildə yerinə yetirməməyimiz
bağışlanmaz səhvdir.
İmam Əli ibni Məhəmməd (əleyhissalam)
sanki belə bir vəziyyəti nəzərdə tutub buyurur:
«Əgər sizin Qaiminiz
qeybə çəkildikdən sonra alimlər arasında camaatı İmam Zaman əleyhissalama tərəf
də`vət və hidayət edən, ilahi bürhanlarla dinin keşiyində dayanan, Allahın zəif
bəndələrini İblis və onun dostlarının hiylələrindən, Əhli-beyt düşmənlərinin
tələlələrindən xilas edib qurtara bilən adamlar olmasa, onda heç kəs bir yerə
çata bilməz və hamı Allahın dinindən dönər.
Belə alimlər Allahın
yanında ən yaxşı insanlar sırasındadır.»
[10]
İmanlı, pak fikirli
insanlar bilirlər ki, «hər qövm üçün bir hidayət edən vardır»
[11] Hər əsrin bir İmamı vardır. İmam Əli, İmam Həsən, İmam
Hüseyn, İmam Sadiq, İmami-əsr Həzrət Höccət İbnil-Həsən və ümumiyyətlə on iki
imamın hər biri bizim ilahi rəhbərimizdir. Qeyd etdiyimiz kimi, hər bir imanlı
müsəlman bu haqq İmamı tanımaqda, tanıtdırmaqda, onun həqiqi və müqəddəs yolunda
addımlamaqda vəzifə və məsuliyyət daşıyır.
MÜƏLLİFİN
MÜQƏDDİMƏSİ
Həzrət
Məhdi (əleyhissalam)-a e`tiqad bəsləmək təkcə dini xüsusiyyətlərə malik olan
islami bir inanc deyil, həm də bütün insanların istək və arzuları üçün bir ünvan
və simvoldur. Mövcud din və məzhəb fərqlərinə baxmayaraq, insanların fitri
ilhamlarının təzahürü olan bu əqidə müxtəlif fərqlərlə insaniyyət üçün və`də
verilmiş bir günün gəlib çatacağını, həmin gündə böyük asimani-ilahi
risalətlərin son məqsəd və hədəflərinin gerçəkləşəcəyini xəbər verir. Həmin gün
tarix boyunda çoxlu enişli-yoxuşlu olan yol müxtəlif əzab-əziyyətlərdən sonra
lazımi dərcədə hamarlaşacaq və maneələr aradan qalxacaqdır.
Belə bir
gələcəyin intizarını çəkmək yalnız dinlərə iman gətirməklə qeyb aləmini qəbul
edən şəxslər üçün deyil, həm də başqalarına sirayət etmişdir. Belə ki, bu
inancın in`ikaslarını e`tiqadi əsaslara inanmayan, qeybi varlıqları qətiyyətlə
inkar edən və bunlara qarşı ciddi mübarizə aparan ideologiyalarda da görmək
olar.
Misal
üçün, tarixi sinfi təzadlar əsasında şərh və təfsir edən dialektik materializmdə
bütün təzad və ziddiyyətlərin aradan qalxacağı, insanlar arasında qarşılıqlı
anlaşma və əmniyyətin hökm sürəcəyi bir gündən söz açılır.
Beləliklə
görürük ki, bəşəriyyət tarixində bu hisslər barəsində daxili bir təcrübə mövcud
olmuşdur və burada sair ruhi təcrübələr arasında daha artıq ümumiyyət və geniş
miqyaslılıqdan istifadə olunur. Din də bu hərtərəfli və ümumbəşəri hisslərə
möhkəmlik bəxş etməklə yanaşı yer üzünün zülm və haqsızlığa boyandığı kimi
ədalətlə dolacağını bəyan edən bu əqidəyə təbii bir dəyər bağışlamış və bu
e`tiqada inananların təfəkkür yolunu iman tərəfinə istiqamətləndirmişdir.
Belə bir
iman təkcə təskinlik və dözüm amili deyil, həm də böyük bir ruhi sərmayənin
yaradıcısıdır. Bu da böyük və əbədi bir müdafiə qüvvəsinin yaranmasına səbəb
olur, dünyanın hər yerində olursa olsun, zülm və zülmkarlığa qarşı mübarizəni,
həmişə mümkün hesab edir. Çünki bu, ümid çırağının işıqlarını qəlblərə elə saçır
ki, insanın ruhunda ümidsizlik zülmətini daim məhv edir və belə bir e`tiqadı
e`lan edir:
Əgər
acınacaqlı, dəhşətli hadisələr bir-birinin üzərinə toplansa, dünya
qaranlıqların, zülmətlərin içərisində itib-batsa, yenə də ümid məş`əlini
qəlblərdə yanar saxlamaq, ədalət tərəfinə getmək lazımdır. Çünki və`dəsi verilən
günün varlığı göstərir ki, ədalət zülm və haqsızlıqla dolu olan bir dünya ilə
qarşılaşmaq qüdrətinə malikdir. Ədalət dərinliklərə kök atmış nəhəng və qorxunc
zülümləri lərzəyə gətirə bilər və dünyanın hər yerində baş alıb gedən haqsızlığa
son qoyar. Sanki bu bir həqiqətdir ki, zülm labüd olaraq məğlub edilməli, hətta
özünün ən yüksək zirvəsinə çatsa belə aradan getməlidir.
Buna
əsasən, bu əqidə hər bir məzluma, habelə zülm altında inləyən xalq kütlələrinə
böyük bir ümid verərək bildirir ki, özlərini cəmiyyətin bünövrəsini
dəyişdirməkdə və onu yenidən qurmaqda qüdrətli hiss etsinlər.
Məhdi
(əleyhissalam)-a e`tiqad bəsləmək daha uzaq keçmişlərə gedib çatdığına və hətta
İslamdan da geniş səviyyəli bir e`tiqada malik olduğuna körə təbiidir ki, onun
İslami hədd-hüdudları tarixin əvvəlindən bu e`tiqada göz tikilən bütün arzu və
ümidlərə özündə yer vermişdir. Ona elə güclü və qüdrətli mədəniyyət
bağışlamışdır ki, məzlum kütlələr üçün böyük ruhi sərmayə ola bilmiş, zülm
altında inləyən bütün insanların hisslərini coşdurmaq, təhrik etmək və onların
haqq-ədalətə istiqamətləndirilməsində daha artıq qüdrətə yiyələnmişdir. Çünki
islam bu e`tiqadın mövzusunu təsəvvür aləminin hüdudlarından reallığa,
gerçəkliyə gətirmiş, onu gələcəkdən hal-hazırkı dövrə nəql etdirmişdir.
Gələcəkdə namə`lum bir qüvvəyə ümid bəsləmək yerinə elə bir xilaskara iman
bəsləsinlər ki, hal-hazırda mövcuddur və və`dəsi verilən günün gəlib çatmasını,
o gün üçün lazım olan şəraitləri gözləyən insanların böyük hədəflərini əməli
olaraq həyata keçirməyə imkan versin.
Buna
əsasən, Məhdi (əleyhissalam) məsələsi hələ doğulmamış və ya doğulması gözlənilən
şəxsin intizarını çəkmək demək deyildir. Bu sadəcə bir uzaqgörənlik də deyildir
ki, onun konkret nümunəsinin intizarında olaq; əksinə o mövcud reallıq və
konkrekt bir şəxsdir ki, onun özü də fəaliyyətlərinin başlanmasının intizarını
çəkməkdədir və bizim aramızda öz fiziki bədəni ilə yaşayır, bizi görür, biz də
onu görürük; o, bəşəriyyətin dərdləri, əzabları, arzuları fəzasındadır,
qəm-qüssələrimizdə bizimlə şərikdir. Əzab çəkənlərin işgəncələrini, yer üzü
zülmkarlarının törətdikləri bədbəxtlikləri, zalımların tüğyanlarını
uzaqdan-yaxından görür və və`dəsi verilən günün gəlib çatmasını gözləməkdədir.
Və o zaman özünün qüdrətli əllərini məhrumlara, zülm altında inləyənlərə,
bədbəxt günlərə qalanlara tərəf uzadacaq, zalımların kökünü yer üzündən
kəsəcəkdir.
Əlbəttə,
intizarı çəkilən bu rəhbər üçün ilahi təqdir belə olmuşdur; o, hələlik özünü
aşkar etməməli və başqaları ilə birlikdə və`dəsi verilən günün intizarını
çəkməli, eyni zamanda özünü onlara göstərməməlidir.
Aydındır
ki, bu təfəkkürün islami xüsusiyyətləri məxluqlarla onlara nicat verəcək
intizarı çəkilən rəhbərin arasındakı fasiləni azaldır. Bu müştərək ruhi duyğular
zülmə mə`ruz qalanlarla onlara nicat verən şəxsin arasında sanki bir körpüyə
bənzəyir ki, vüsal duyğusu hicranın uzun körpüsünü qısaldacaq. Əgər bizdən Məhdi
(əleyhissalam)-in hal-hazırda mövcud olan gerçək bir insan kimi təqdim
etməyimizi istəsələr və onun bizim kimi yaşamağına e`tiqadımız və və`dəsi
verilən günün intizarını çəkməyimiz barədə bir şey soruşsalar, bu inanc
həqiqətdə bizi bu hədsiz əndişə və bütün sitəmlərin sərhəddinə sövq etdirir ki,
Məhdi (əleyhissalam) onun bir rəmzidir və hal-hazırda da zülmün kökünü kəsəcək
bir rəhbər kimi təcəssüm tapmışdır. O, hədislərdə qeyd olunduğu kimi,
hal-hazırda həmin günün intizarını çəkir və həmin gündə aşkar olacaqdır. O
(Allahdan başqa) heç kəsin fərmanını qəbul etmir. Ona iman gətirmək həm zülmün
kökünün kəsilməsinə iman, həm də onunla eyni təfəkkürdə olmaq deməkdir.
Hədislərdə də Həzrəti Məhdi (əleyhissalam)-ın zühurunun intizarını çəkmək,
zühurun tezləşməsini istəmək məsələsinə çoxlu təşviq və tövsiyə edilmişdir ki,
mö`minlər həmişə onun yolunu gözləsinlər. Bu təşviq, zühuru gözləyənlərlə
onların rəhbərləri arasında ruhi və mə`nəvi bağlılıqdır. Bu bağlılıq Həzrəti
Məhdi (əleyhissalam)-ı hal-hazırda mövcud bir insan kimi təcəssüm etdirmədən
mümkün deyildir.
Biz
görürük ki, Məhdi (əleyhissalam)-ın mövcudluğu o həzrətin intizarını çəkmək
fikrinə təzə bir ruh bağışlayır, ona daha artıq yaradıcılıq və qüdrət bəxş edir.
Bundan əlavə, zülmün kökünü kəsmək istəyən və intizarı çəkilən rəhbəri özünə
həmfikir və həmdərd hesab edən insanda, ona məhrumiyyət nəticəsində dəyən
dərdlərin və bəlaların qarşısında bir növ müqavimət və dözümlülük yaradır.
Əlbəttə,
Məhdi (əleyhissalam)-ın fiziki cəhətdən mövcud olması, eyni halda camaatdan bir
qrupunda bu məsələyə qarşı mənfi xüsusiyyətlər yaratmışdır. Çünki onlar bu işi
çox çətin fərziyyə kimi təsəvvür edir və soruşurlar:
«Əgər
Məhdi (əleyhissalam) diridirsə və on əsr bundan qabaq yaşamış insanlarla müasir
olubsa, həmçinin onun diri olması zühur vaxtına qədər davam edəcəksə, onda bir
insan üçün belə bir uzun həyatı necə təsəvvür və qəbul etmək olar; o, hər bir
insana qocalmağı və təbii hadisələr qarşısında təslim olmağı müqəddər edən təbii
qanunların tə`sirindən necə amanda qalmışdır? Əgər real fikirləşsək belə bir
fərz qeyri-mümkün deyildirmi?»
Soruşurlar:
Hansı
maraq pak və uca məqamlı Allahı bu xüsusi insana görə təbiət qanunlarını
pozmağa, həyatını uzatmaq və və`də verilən zamana qədər saxlamaq kimi
qeyri-mümkün bir işə əl atmağa vadar etmişdir? Məgər analar (lazım olan dövrdə)
layiqli rəhbər doğmaqda acizdirlərmi? Nə üçün Allah-taala və`də verdiyi bir
rəhbərin öz zamanında doğulmasını adi insanlar kimi öz dövründə böyüyüb
boya-başa çatmasını və nəticədə zülm və haqsızlıqla dolu olan dünyanı
haqq-ədalətlə doldurmasını müəyyən etməmişdir?
Soruşurlar:
Mö`təbər
tarixlərə əsasən Həzrəti Məhdi Əhli-beyt imamların on birincisi olaraq 255-ci
hicri ilində doğulmuş və atası da 260-cı ildə vəfat etmişdir. O Həzrət atası
vəfat edərkən 5 yaşlı uşaq idi və təbiidir ki, ata 5 yaşlı övladını ideoloji və
dini cəhətdən tam hazırlaya bilməzdi . Bəs onda o, belə bir ləyaqətə necə
yiyələnmiş və özünün dini və elmi vəzifələrini necə ifa edəcəkdir?
Həmçinin
soruşurlar:
Əgər bu
rəhbər insanların nicatı üçün lazımi ləyaqətə malikdirsə, onda bu qədər uzun
intizar nə üçündür?
Məgər
dünyada baş verən bütün bu zülmlər və faciəli hadisələr onun ədaləti bərqərar
etməsi üçün zuhur etməsinə kifayət deyildirmi?
Həmçinin
deyirlər:
Fərz edək
ki, belə bir işin baş verməsinin mümkünlüyünü qəbul etdik, onda yenə də sual
yaranır ki, Məhdi (əleyhissalam)-ın varlığının gerçəkləşməsini necə qəbul edə
bilərik? Məgər insan tutarlı elmi və dini dəlil olmadan belə bir fərziyyələrin
düzlüyünə inana bilərmi? Sadəcə bir neçə hədis və rəvayətin nəql olunması bizi
bu fərziyyəni qəbul etməyə vadar edə bilərmi?
Həmçinin,
və`də verilən gündə Məhdi (əleyhissalam)-ın rolu barəsində belə sual verirlər:
necə ola bilər ki, bir fərd dünyanın hər bir yerini dəyişdirə biləcək belə böyük
və qətiyyətli rolu öhdəsinə ala bilsin? Bir nəfər nə qədər böyük olsa belə,
təklikdə tarixi qura və ya onu yeni, təzə mərhələyə daxil edə bilməz. Çünki hər
hansı bir tarixi hərəkatın əsas qüvvələri tənha o cəmiyyətdə yeni zəminələr və
mövcud təzadların səbəbi ilə inkişaf edir və həmin şəxsin əzəməti də o
zəminələrdən qaynaqlanır.
Soruşurlar:
O
hansı təfəkkür üslubudur ki, onun möhtəvasında böyük və əsaslı dəyişikliklər,
ədalətin yenilməz qələbəsi, zülm və sitəmin varlığı ilə birgə bir fərdin əli ilə
həll edilməsi mümkün hesab edilsin. Halbuki zalımların nüfuz və qüdrətləri
həddindən artıq çoxdur və onların ixtiyarında dünyanı məhv etmək üçün son dərəcə
qüdrətli bir texnologiya vardır. Habelə, hərbi və siyasi qüdrət səhnələrində çox
vəhşətli mövqelərə çatmışlar.
Qeyd
olunan məsələlər Məhdi (əleyhissalam) barəsində insanların zehnində yaranan
suallardır ki, müxtəlif şəkillərdə bəyan olunur. Bu suallardan həqiqi məqsəd
təkcə ideoloji yön deyildir. Ruhi bir mənbədən qaynaqlanan bu məsələləri dünyaya
hakim olan gerçəkliklərdən doğan hisslər, yaxud əsaslı dəyişikliklər yaranması
üçün fürsətlərin yararsız olduğu adlandırmaq olar.
Təbii
olaraq mövcud vəziyyətlərdən yaranan bu hisslər zamanın keçməsi ilə bir-birinin
ardınca gəlməkdə və bu əqidə barəsində olan şəkk-şübhəni daha da artırmaqdadır.
Hətta məğlubiyyət və bacarıqsızlıq ruhiyyəsi işi o yerə çatdırmışdır ki,
insanlar dünyada əsaslı islahatın yaranacağını onun tarix boyu baş verən bütün
zülmlərdən boşalacağını, ona yeni qüvvə bəxş edəiləcəyini ondan sonra haqq-ədalət
və düzlük bünövrələrinin qurulacağını çox çətin təsəvvür edirlər. Bu işin
təsəvvür olunmasının çətinliyi insanın öz şəkk-şübhələrini təkrar suallar
şəkildə aşkar etməsinə və bu məsələni inkar etmək qərarına gəlməsinə səbəb olur.
İndi
biz qeyd olunan sualları araşdırırıq və onların hər birinin üzərində bir qədər
fikirləşməyi qarşıya məqsəd qoyuruq.
1 –
HƏZRƏT MƏHDİNİN (Ə) UZUN ÖMRÜ
Belə bir sual yaranır:
görəsən mümkün ola bilərmi ki, bir insan uzun əsrlər boyu yaşasın? Başqa sözlə,
və`də verilən rəhbərin belə bir ömür yaşamasını qəbul eməklə deyə bilərikmi ki,
o, hal-hazırda 1140 ildən artıq ömür sürmüşdür, adi bir insan həyatından
təqribən 14 dəfə artıq yaşamışdır?!
Bu sualın cavabında qeyd
etməliyik ki, «mümkünlük» dedikdə, aşağıdakı üç mə`nadan birini başa düşürük:
1-Əməli cəhətdən
mümkünlük;
2-Elmi cəhətdən
mümkünlük;
3-Məntiqi və ya fəlsəfi
cəhətdən mümkünlük;
Əməli mümkünlük
dedikdə, məqsəd hər hansı bir işin həyata keçməsini elə bir şəkildə mümkün
sanmaqdır ki, hamı tərəfindən qəbul edilə bilsin. Məsələn, okeanlara səfər edib
onun dərinliklərinə daxil olmaq, aya səfər etmək və bu kimi digər işlər hal-hazırda
əmələn mümkün olan işlər sırasındadır.
Elmi mümkünlük
dedikdə, məqsəd budur ki, müəyyən bir iş əməli cəhətdən mümkünlük mərhələsinə
çatmayıbdır və müasir elmi texniki tərəqqi onun həyata keçrilməsinə sə`y
göstərir. Eyni zamanda elmi nailiyyətlər və elmi texniki-tərəqqi onun
mümkünlüyünü inkar etmir və ya bunun inkarına bir dəlil tapa bilmir.
Misal üçün, insanın
Marsa gedib çatması elmi nöqteyi-nəzərdən qeyri-mümkün sayılmır. Onun baş
verməsinin inkar edilməsi üçün də heç bir məqsəd güdülmür, əksinə, elmin hazırkı
naliyyətləri göstərir ki, qeyd olunan kosmik səfər bu vaxta qədər həyata
keçməyibsə də, onun nə vaxtsa baş verəcəyinin mümkünlüyündə heç bir şəkk-şübhə
yoxdur. Çünki insanın Marsa və ya Aya çatması astronomik və elmi kosmoloji
baxımdan çox az fərqlənir. Yolun uzaqlığı kimi çətinlikləri nəzərə almasaq,
Marsa çatmağı elmi nöqteyi-nəzərdən tam mümkün hesab etmək olar. Amma bunun
əksinə olaraq, Günəşə getmək əməli cəhətdən əlavə elmi nəzərdən də
qeyri-mümkündür. Çünki elm və təcrübə onun təsəvvür olunmasına heç bir ehtimal
vermir. Hətta hərarətə qarşı davamlı olan maddələrin kəşf olunmasını mümkün
hesab etsək də belə, bu səfərin nə vaxtsa baş tutacağını təsəvvür etmək mümkün
deyildir.
Fəlsəfi və ya məntiqi
mümkünlük
dedikdə, əql, yaxud təcrübi sınaqlar və qanunlar nəzərindən müəyyən bir
işin təsəvvür olunması və baş verməsi üçün hər hansı bir maneənin mövcud
olmaması, nəticədə əql tərəfindən onun baş verməsinin qeyri-mümkünlüyünə hökm
edilməməsi nəzərdə tutulur.
Misal üçün, üç ədəd
portağalı heç biri kəsilmədən iki bərabər hissəyə bölmək mümkün deyildir. Çünki
əql, əməl və təcrübi baxımdan hökm edir ki, üç tək ədəddir və təkliklərə
toxunmadan cüt sayda bölünməz. Üç portağalı iki bərabər hissəyə ayırmaq əqlən
mümkün deyildir. Çünki üçün iki bərabər hissəyə ayrılmasının şərti budur ki, üç
eyni zamanda həm tək olsun, həm də cüt. Bu da paradoks adlanır və məntiq
cəhətindən qeyri-mümkün sayılır.
Amma insanın yanmadan od
kürəsinin içərisinə getməsi, həmçinin yüksək hərarətə davam gətirməklə günəşə
daxil olması məntiqi cəhətdən qeyri-mümkün sayılmır. Çünki burada heç bir
ziddiyyət və paradoks irəli gəlmir.
Əgər hərarəti çox olan
bir cismin istiliyi az olan cisimdə tə`sir qoymadığını fərz etsək, onda artıq
ziddiyət də aradan getmiş olur. Baxmayaraq ki, bu fərziyyə bizim keçmiş
təcrübələrimizin əksinədir. Çünki mə`lum təcrübələr əsasında tempraturaları
müxtəlif olan iki cisim bir-birinin yanında yerləşdirilsə, onların arasında
enerji mübadiləsi başlayar və nəhayət hər ikisi eyni temperatura gəlib çatar.
Buna əsasən, başa
düşürük ki, məntiqi mümkünlüyün dairə və miqyası elmi mümkünlükdən, elmi
mümkünlüyün sahəsi də əməli mümkünlükdən daha genişdir.
Şübhə yoxdur ki,
məntiqi nəzərdən bir insanın min illərlə yaşaması mümkündür. Çünki bu məsələ
əqli nəzərdən qeyri-mümkün sayılmır və belə fərziyyələrdə paradoks da gözə
dəymir. Çünki ölümün tez və ya gec gəlib çatması həyatın mə`na və məfhumunda
yerləşməmişdir və belə bir işdə şəkk-şübhə yoxdur. Mə`lum məsələdir ki, həddən
artıq uzun ömürlülük hal-hazırda əməli olaraq mümkün deyildir. Habelə bu,
aya, yaxud okeanların dərinliklərinə getmək məsələsi kimi də deyildir ki,
insanların ixtiyarında olan vasitələrlə yerinə yetirilsin; habelə elmi
təcrübələr və sınaqlar nəticəsində hasil olan məsələ kimi də deyildir ki,
insanın ömrünü yüz illərlə artırsın. Amma elmi nəzərdən bu məsələ ayrı
şəkildə aydınlaşdırılır. Qeyd etməliyik ki, bəşərin hazırkı elmi uzun
ömürlülüyün mümkün olmasını nəzəri cəhətdən inkar etmir.