www.al-islam.org
saytında yerləşən Məcid Adilinin topladığı hədislərdən ibarət
onlayn kitabın ingiliscəsindən (“40 hadith – The Noble Quran”) tərcümə
edilmişdir.
Quranı oxumağa
başlamazdan əvvəl oxunması müstəhəb olan dua
Allahım! Bu Quranı
sən haqq olaraq göndərdin və haqq olaraq nazil oldu. Mənim buna olan rəğbətimi
artır, bunu mənim gözlərim üçün ilahi nur, qəlbimə şəfa qərar ver, bunu(Quranı)
mənim kədərimi, qəmimi və həyəcanımı uzaqlaşdıran et. Allahım! Quranla mənim
dilimi və sifətimi gözəlləşdir, bədənimi qüvvətləndir, yaxşı əməllər tərəzimi
ağır et və mənə Sənin hüzurunda – gecənin qaranlığında və günün sonlarında necə
oxunmalıdırsa, o cür oxumaq bacarığı ver. Və məni, sənin lütfünlə seçilmiş,
şərəfləndirilmiş və pak qərar verilmis Muhəmməd peyğəmbər (s) və onun Əhli-beyti
ilə bir dirilt. Ey mərhəmətlilərin ən mərhəmətlisi!
Hədis 1: Rəsulullah (s) buyurdu: “Quranı öyrədən və dinləyənin hər ikisi
bərabər savab qazanırlar”. (Mustədrakul Vəsail,
cild 1, səh. 293)
Hədis 2: Rəsulullah (s) buyurdu: “Sizin aranızda ən yaxşıları Quranı öyrənən
və öyrədəndir”. (Şeyx
Tusinin əl-Əməli, cild 1, səh. 5)
Hədis 3: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu: “Quranı
üzündən oxumaq (yəni əzbərdən deyil, Quranın səhifəsinə baxıb üzündən oxumaq),
şəxsin ata və anasının, hətta kafir belə olsalar, hər ikisinin əzabını
yüngülləşdirər”. (Usuli-Kafi,
cild 2, səh. 613)
Hədis 4:
Rəsulullah (s)
buyurdu: “Yer üzərindəki hər şey, hətta dəryadakı balıq belə Quran oxuyanın
bağışlanması üçün dua edərlər”.
(Usuli-Kafi, cild 3, səh. 301)
Hədis 5: İmam Əli ibn Musa Rza (ə) buyurdu: “Allah kəlamına sayğısızlıq etmə
və ondan başqa yolgöstərən arama, yoxsa mütləq yolunu azacaqsan”.
(Uyunul Əxbar ər-Rza, cild 2, səh. 57)
Hədis 6: Rəsulullah (s) buyurdu: “Bu ürəklər dəmir paslandığı kimi paslanır,
və həqiqətən onlar Quran oxumaqla cilalanır”.
(İrşadul Qulub; səh. 78)
Hədis 7: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə) buyurdu:
“Quran Allahın yaradılmışlarına olan əhdidir, buna görə də müsəlman üçün arzu
olunanı bu əhdə baxmaq və hər gün Quranın 50 ayəsini (minimum) oxumaqdır”.
(Usuli-Kafi, cild 2, səh. 609)
Hədis 8: Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: “Quran oxunan və Gözəl,
Əzəmətli Allah xatırlanan evə çoxlu bərəkət gələr, mələklər orada olar və şeytan
o yerdən uzaq olar. Bundan başqa ulduzlar Yer əhli üçün parıldadığı kimi həmin
ev də səma əhli üçün parıldayar. (Usuli-Kafi, cild
2, səh. 610)
Hədis 9: Rəsulullah (s) son vəsiyyətində Əliyə (ə) buyurmuşdur: ”Ey Əli!
Hansı halda olursan ol, sənə Quran oxumağı məsləhət görürəm”.
(Mən La Yəhzuruhul Fəqih, cild 4, səh. 188)
Hədis 10: Rəsulullah (s) buyurdu: “Şeytanın ən çətin dözdüyü şəxs Quranı
üzündən oxuyan şəxsdir”. (Savabul Əməl, səh. 231)
Hədis 11: Rəsulullah (s) buyurdu: “Öz evlərinizi Quran oxumaqla nurlandırın,
onları(evlərinizi) xristiyan və yəhudilər kimi qəbirlərə çevirməyin(çünki onlar
öz evlərində Allaha ibadət etmirlər və bunu Sinaqoq və Kilsə ilə
məhdudlaşdırırlar)”. (Usuli-Kafi, cild 2, səh. 610)
Hədis 12: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)
buyurdu: “Quran oxuyan şəxs ehtiyacdan (kiməsə) azad olacaq və bundan sonra heç
bir şeyə ehtiyacı olmayacaq. Digər şəxsə (Quran oxumayan) gəldikdə isə
ümumiyyətlə heç bir şey onu ehtiyacsız etməyəcək (yəni, həmişə başqalarına
ehtiyacı olacaq)”.
(Savabul Əməl, səh. 230)
Hədis 13:
Rəsulullah (s)
buyurdu: “Hər kəs hər gecə Quranın on ayəsini oxusa, o etinasızlardan hesab
olunmayacaq(Ğafilin), əgər əlli ayə oxusa, o zaman Allahı xatırlayanlardan(zikr
edənlərdən) hesab olunacaq(Zakirin), əgər yüz ayə oxusa, o zaman itaətkar və
inanan kimi hesab olunacaq(Qanitin)”.
( Savabul Əməl, səh. 232)
Hədis 14: Rəsulullah (s) buyurdu: “Mən sizə Quran oxumağı və Allahı çoxlu
zikr etməyinizi məsləhət görürəm, həqiqətən Quran sizi Cənnətdə zikr edən və Yer
üzündə ilahi nur olar”. (Əl-Xisal, səh. 525)
Hədis 15: Rəsulullah (s) buyurdu: “Quran yerdə qalan bütün kəlamlardan
üstündür, necə ki, Allah bütün yaratdıqlarından üstündür”.
(Mustədrək əl-Vəsail, cild 4, səh. 237)
Hədis 16: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)
buyurdu: “Məsləhət görülür ki, bir şəxs Quran oxuduğu vaxt Allahdan bir şey
istənilməsi haqqında bir ayəyə yetişdikdə, o da həmin şeyi Allahdan istəsin və
əzab haqqında danışılan ayəyə yetişdikdə də Allahdan Cəhənnəm atəşindən və
əzabdan amanda qalmaq istəsin”. (Usuli-Kafi,
cild 3, səh. 1-3)
Hədis 17: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)
buyurdu: “Üç şey Gözəl və Əzəmətli Allaha şikayət edəcək (Qiyamət günü): şəhər
camaatının namaz qılmadığı tərk edilmiş məscid, cahillər arasında olan alim
(belə ki, insanlar ondan(elmindən) bəhrələnmirlər) və oxunmayan, üzərində toz
yığılan Quran”. (Usuli-Kafi,
cild 2, səh. 613)
Hədis 18: Rəsulullah (s) buyurdu: “Hər kim Bəqərə surəsinin ilk dörd ayəsini,
Ayətül Kürsini (Bəqərə surəsinin 255-ci ayəsi) və bu ayənin arxasıyca gələn iki
ayəni(256 və 257 “Və hum fihə xaliduna”a qədər) və bu surənin(yəni Bəqərə) son
üç ayəsini oxusa, öz həyat və sərvətində heç bir ziyan və qəm-qüssə görməz;
şeytan onun yanına gəlməz və o, Quranı unutmaz”.
(Savabul Əməl, səh. 234)
Hədis 19: Rəsulullah (s) buyurdu: “Hər bir şeyin bəzəyi vardır, Quranın da
bəzəyi gözəl avazdır”. (Biharul Ənvar, cild 92,
səh. 190)
Hədis 20: Rəsulullah (s) buyurdu: “Həqiqətən bu Quran Allahın ipi, aşkar nur
və faydalı dərmandır. Ona görə də özünüzü Quran oxumaqla məşğul edin. Buna görə
Böyük və Gözəl Allah hər oxuduğunuz bir hərfə görə sizi on yaxşı əməlin savabı
ilə mükafatlandırar”. (Biharul Ənvar, cild 92, səh.
19)
Hədis 21: Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: “Ən gözəl nəql olduğu
üçün Quranı öyrən və ürəklərdəki ən gözəl çiçəkləməsi üçün başa düş. Ürəklərə
məlhəm olduğu üçün onun Nurundan dərman ara. Nəqllərin ən gözəli olduğuna görə
onu gözəl oxu”. (Nəhcul
Bəlağa, Xütbə 110 (bəzi kitablarda 109))
Hədis
22:
Rəsulullah (s)
buyurdu: “Qaranlıq gecə sizi əhatə etdiyi kimi, fəlakət dalğaları sizi əhatə
etidiyi vaxt, Qurana pənah aparın, o, ona sığınanların himayədarıdır. Onu özünə
bələdçi qərar versə, Allah onu Cənnətə yönəldər, əgər ona sayğısızlıq etsə,
yaxud ona qarşı olsa, o zaman Cəhənnəmə gedər”.
(Fəzlul Quran, səh. 599)
Hədis 23: Rəsulullah (s) buyurdu: “Quranı elə oxuyun ki, sizin ürəkəriniz ona
məhəbbətlə aydınlaşsın, dəriniz onunla yumşalsın. Lakin ürəyiniz etinasız olduğu
zaman (yəni Quranın sizin üzərinidə effekti olmadığı zaman) dayanın.
(Mustədrəkul Vəsail, cild 4, səh. 239)
Hədis 24: İmam Muhəmməd ibn Əli Baqir (ə) buyurdu: “Hər kəs Məkkə şəhərində
Quranı tam olaraq bir cümədən digər cüməyə qədər, ya da bu müddətdən daha çox
müddət dilimində(yəni bir həftədən çox) oxuyub cümə günündə bitirsə, Allah ona
onun dünyada olduğu ilk cüməsindən onun dünyadakı son cüməsinə qədər yaxşı
əməllərin savabını verər”. (Savabul Əməl, səh. 225)
Hədis 25: İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)
buyurdu: “Allah Quran oxuyan şəxsi həddindən artıq mükafatlandırar və əgər hətta
nə qədər çətin olsa da belə onu yadda saxlamağa səy göstərsə, o zaman Allah
ikiqat savab verər”.
(Savabul Əməl, səh. 227)
Hədis 26:
Rəsulullah (s)
buyurdu: “Qurana qulaq asan şəxs(oxunan zaman) bu dünyanın bəlasından amanda
qalar, Quran oxuyan şəxs o dünyanın ağır imtahanından amanda qalar. Əgər biri
Quranın hətta bir ayəsinə belə qulaq assa, bu, qızılla dolu evə sahib olmaqdan
daha yaxşıdır”.
(Biharul Ənvar, cild 92, səh. 19)
Hədis 27: Rəsulullah (s) buyurdu: “Cənnətin pillələrinin sayı Quran
ayələrinin sayına bərabərdir(6236). Quran oxuyan Cənnətə daxil olan zaman ona
deyilər: “Oxuya bildiyin hər bir ayəyə görə bir pillə qalx”. Deməli, heç bir kəs
Quranı tam olaraq hafizəsində tutan şəxsdən daha yuxarı pillədə ola bilməyəcək”.
(Biharul Ənvar, cild 92, səh. 22)
Hədis 28: Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: “Quran oxu və bunda
kömək axtar, şübhəsiz Böyük Allah Quranı yaddaşında saxlayanı (və ürəyinin
daxilində saxlayan) cəzalandırmaz”.
(Biharul Ənvar, cild 92, səh. 19)
Hədis 29: Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurdu: “Əgər biri Quranın hər
hansı bir yerindən 100 ayə oxusa və yeddi dəfə “Ya Allah” desə, və sonra yerdən
nəhəng qaya parçasını qaldırmaq istəsə, o, bunu Allahın izni ilə edər”.
(Savabul Əməl, səh. 233)
Hədis 30: Rəsulullah (s) buyurdu: “Əgər bu dünyada asüdəlik və uğur,
şəhidlik, itirmə günü xilas olmaq, Qiyamət gününün istisindən kölgə, yolunu
azmaq günündə doğru yola yönəldilmə istəyirsənsə o zaman Qurandan dərs götür.
Həqiqətən bu, mərhəmətli kəlam, şeytandan müdafiə və yaxşı əməllər tərəzisi üçün
ən ağır şeydir(Qiyamət günü)”. (Cəmiul Əxbar, səh.
78)
Hədis 31: Rəsulullah (s) buyurdu: “Şübhəsiz Quran oxumaq günahların
bağışlanması, Cəhənnəm atəşindən müdafiə və əzabdan amanda qalmaqdır. Mərhəmət
oxuyanın üzərinə enəcək, mələklər onun üçün bağışlanma diləyəcək, Cənnət həmin
şəxsə can atacaq və Allah ondan razı olacaq”.
(Biharul Ənvar, cild 93, səh. 17)
Hədis 32: Rəsulullah (s) buyurdu: “Quran camaatı (Quranı oxuyan və yadda
saxlayanlar) Allahın Peyğəmbərləri xaric, bütün insanlardan ən yüksək dərəcədə
olacaqlar(Cənnətdə). Beləliklə, Quran camaatını təhqir etmək düşünmə, onların
haqqını tapdalama, çünki onlara Allah tərəfindən yüksək mövqelər verilib”.
(Savabul Əməl, səh. 224)
Hədis 33: İmam Muhəmməd ibn Əli Baqir (ə) buyurdu: “Həqiqətən Allahın Kitabı
bütün nəqllərin ən düzgünü və bütün əhvalatların ən yaxşısıdır. Və Allah
buyurdu: “Quran
oxununca dinləyin və susun ki, rəhmətə yetişəsiniz” (Əraf surəsi, ayə 204)”.
(Usuli-Kafii,
cild 3, səh. 422)
Hədis 34: İmam Muhəmməd ibn Əli Baqir (ə) buyurdu: “Bir
kimsə durduğu yerdə namaz qıldlğı zaman Quran oxusa, Allah onun üçün onun
oxuduğu hər hərfə görə 100 əməlin savabını yazar(onun əməl dəftərinə), oturduğu
yerdə namaz qıldığı zaman (nafilə namazları oturaraq qılmaq olar) onun oxuduğu
Quranın hər bir hərfinə görə ona 50 əməlin savabını yazar(onun əməl dəftərinə)
və namazdan qeyri bir yerdə Quran oxuduğu zaman isə onun oxuduğu hər hərfə görə
ona 10 əməlin savabını yazar”. (Savabul Əməl, səh
227)
Hədis 35: Rəsulullah (s) buyurdu: “Quranın yaxşı
əməllərindən öz evlərinizə pay ayırın, şübhəsiz Quran oxunan evin camaatına
asudəlik gələr, yaxşılıqlar artar və o sakinlərə(evin) artıq nemətlər verilər”.
(Vəsailuş Şiə, cild 4, səh. 85)
Hədis 36: İmam Əli ibn Hüseyn (Zeynəlabidin) (ə)
buyurdu: “Quran ayələri xəzinədir və hər dəfə ki, xəzinə açılır, yaxşıdır ki,
onun içində nə olduğuna baxasan”.
(Usuli-Kafi cild 2,
səh. 609)
Hədis 37: İmam Cəfər ibn
Muhəmməd Sadiq (ə) buyurdu: “Quranı qoruyan və ona əməl edən şəxs Qiyamət günü
xeyirxah və sadiq mələklərlə birlikdə olar”.
(Usuli-Kafi, cild 2, səh. 603)
Hədis 38: İmam Cəfər ibn
Muhəmməd Sadiq (ə) buyurdu: “Əgər mömin gənc Quran oxuyarsa, o zaman Quranı
ətinə və qanına çəkər və Gözəl və Böyük Allah onu xeyirxah və sadiq mələklərlə
birlikdə yerləşdirər. Əlavə olaraq Quran onun üçün sədd (onunla Cəhənnəm
arasında) rolunu oynayar”.
(Savabul Əməl, səh. 226)
Hədis 39: İmam Cəfər ibn Muhəmməd Sadiq
(ə) buyurdu: “Şübhəsiz, Quran cəld və sürətli oxunmamalıdır. Əksinə, müəyyən
edilmiş meyarlarla yavaş oxunmalıdır. Cənnət haqqında olan ayəyə çatdıqda(həmin
ayədə) dayan və Allahdan Cənnəti(onun nemətlərini) istə. Cəhənnəm haqqında da
ayəyə yetişdikdə (həmin ayədə) dayan və Allahdan Cəhənnəmdən(və onun əzabından)
amanda qalmaq istə”.
(Usuli-Kafi,
cild 3, səh. 301)
Hədis 40: İmam Cəfər ibn
Muhəmməd Sadiq (ə) buyurdu: “Mən Quranı hər evdə görmək istərəm, ona görə ki,
Allah şeytanı uzaq tutar(o evdən)”.
(Fəzlul Quran, səh. 669)
Quranı oxuyub
qurtardıqdan sonra oxunması müstəhəb olan dua
Allahım! Sən mənim
oxumağım üçün qərar verdiyin Sənin Kitabını oxudum. Sən onu, Peyğəmbərinə (s)
nazil etdin. Sənin salamın ona və əhli-beytinə olsun. Bütün həmdlər sənə
məxsusdur, Allahım. Allahım! Bunu (Quranı) sənin halal buyurduğunu halal, haram
buyurduğunu haram sayan, aşkar və aydın ayələrə, mütəşabih ayələrə inanan
şəxslərin arasında qərar ver. Bunu(Quranı) qəbrimizdə həmdəm qərar ver.
Dirildiyimiz zaman sevgi həmdəm qərar ver. Öz mərhəmətinlə, ayələri oxuyan şəxsi
yüksəkliklərin ən yüksək dərəcəsində dirilt. Sən mərhəmətlilərin ən
mərhəmlisisən!
İngilis və ərəbcəsini görə bilmək üçün buraya daxil olun:
“40 Hadith – The Noble Quran”