DataLife Engine > Xeberler - Íîâîñòè > Litvinenko torpağa tapşırıldı

Litvinenko torpağa tapşırıldı


8 äåêàáðÿ 2006. Ðàçìåñòèë: Ismail

Litvinenko torpağa tapşırıldı

Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş əməkdaşı, noyabrın əvvəlində Londonda naməlum şəxs tərəfindən zəhərlənmiş 44 yaşlı Aleksandr Litvinenko 23 noyabrda Londonun “University College Hospital” xəstəxanasında dünyasını dəyişmişdir. Həkimlər və dostlarının verdiyi məlumata görə onun səhhəti getdikcə pisləşirdi. “Novıye İzvestiya”nın yazdığına görə noyabrın 1-də Litvinenko xəstəxanaya yerləşdirildikdən sonra onun radioaktiv maddə ilə zəhərlənməsi güman edilirdi, onun saçları tökülmüş, daxili orqanları zədələnmiş, immun və əsəb sistemi zədələnmişdi.

“Exo Moskva”nın verdiyi məlumata görə o, ölümdən qabaq İslam dinini qəbul etmişdi. Ancaq lap dəqiq bildirilmir ki, o, bunu xəstəlik vaxtı, yoxsa daha öncə etmişdi.

Xəbər verilir ki, ölümqabağı onun üzərində müsəlman qaydaları icra olunmuşdur. Can verən vaxt onun yanında xüsusi dəvət olunmuş imam tərəfindən “Yasin” surəsi oxunmuşdur. O, Allahdan şəhid olmağı da arzulamışdır.

Litvinenko son vaxtlar Britaniyada yaşayırdı.

BBC-nin verdiyi xəbərə görə Ricent Parkdakı London məscidində Aleksandr Litvinenkonun nəşi ilə vidalaşma mərasimi keçirilmişdir. Keçmiş FSB əməkdaşının torpağa tapşırılması mərasimi Londonun şimalındakı Haytqeyt qəbiristanlığının müsəlmanlara aid hissəsində keçirilmişdir.

Litvinenkonun bədənində əhəmiyyətli miqdarda polonium 210 radioaktiv elementi aşkar edilmişdir. Bu səbəbdən onun cəsədi yuyulmaməşdır, kip bağlı kapsulda torpağa tapşırılmışdır və 6,5 il ərzində onun tabutunu açmaq olmaz.

Məlumatın hazırlanmasında İslam.ru saytına istinad edilmişdir.