Litvinenko
torpağa tapşırıldı
Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçmiş əməkdaşı,
noyabrın əvvəlində Londonda naməlum şəxs tərəfindən zəhərlənmiş 44 yaşlı
Aleksandr Litvinenko 23 noyabrda Londonun “University College Hospital”
xəstəxanasında dünyasını dəyişmişdir. Həkimlər və dostlarının verdiyi məlumata
görə onun səhhəti getdikcə pisləşirdi. “Novıye İzvestiya”nın yazdığına görə
noyabrın 1-də Litvinenko xəstəxanaya yerləşdirildikdən sonra onun radioaktiv
maddə ilə zəhərlənməsi güman edilirdi, onun saçları tökülmüş, daxili orqanları
zədələnmiş, immun və əsəb sistemi zədələnmişdi.
“Exo
Moskva”nın verdiyi məlumata görə o, ölümdən qabaq İslam dinini qəbul etmişdi.
Ancaq lap dəqiq bildirilmir ki, o, bunu xəstəlik vaxtı, yoxsa daha öncə etmişdi.
Xəbər verilir ki, ölümqabağı onun üzərində müsəlman
qaydaları icra olunmuşdur. Can verən vaxt onun yanında xüsusi dəvət olunmuş imam
tərəfindən “Yasin” surəsi oxunmuşdur. O, Allahdan şəhid olmağı da arzulamışdır.
Litvinenko son vaxtlar Britaniyada yaşayırdı.
BBC-nin verdiyi xəbərə görə Ricent Parkdakı London
məscidində Aleksandr Litvinenkonun nəşi ilə vidalaşma mərasimi keçirilmişdir.
Keçmiş FSB əməkdaşının torpağa tapşırılması mərasimi Londonun şimalındakı
Haytqeyt qəbiristanlığının müsəlmanlara aid hissəsində keçirilmişdir.
Litvinenkonun bədənində əhəmiyyətli miqdarda polonium 210
radioaktiv elementi aşkar edilmişdir. Bu səbəbdən onun cəsədi yuyulmaməşdır, kip
bağlı kapsulda torpağa tapşırılmışdır və 6,5 il ərzində onun tabutunu açmaq
olmaz.
Məlumatın hazırlanmasında İslam.ru saytına
istinad edilmişdir.