DataLife Engine > Islam > Dermotologiya

Dermotologiya


6 äåêàáðÿ 2006. Ðàçìåñòèë: Ismail

DERMOTOLOGIYA

Tailanddakı Çayn-Mayn universiteti Tibb fakültəsinin dekanı Prof. Dr. Tajaket Tajason bir tibb konfrasında Qurani-Kərimdəki elmi həqiqətlərdən bəhs edildiyi zaman alim əvvəlcə bunları qeydə layiq bilməmiş və demişdir:

“Buna bənzər bilgilər bizim oralardakı Buddizm dininin müqəddəs kitablarında da var”.

Əsl məsələ bundan sonra başlandı. Ondan qənaətini isbat etmək istənildi. Alim araşdırmalara başladı. Lakin heç bir kitabda Qurani-Kərimin elmi görüşlərinə bənzər bir şey görmədi. Təkrar Qurani-Kərimdəkı ip uclarından yapışdı, onu incələdi, gəldiyi qənaətlərə görə əvvəlki davranışından peşman oldu. Bu yöndə əvvəllər mübahisə etdiyi müsəlman elm adamlarından üzr istəmək məcburiyyətində qaldı.

Daha əvvəl Prof. Dr. Tajason əzabla əlaqəli bir çalışmaya başlamış və bu nəticələrə çatmışdı:

Dəri odda yanıb yox olunca yenidən eyni qabiliyyəti qazanacaq bir təbəqə meydana gəlməsi lazımdır. Yəni əzaba təslim olan dəri üzərində aparılan müşahidədə dəri yanır və kənara çəkilir və onlar artıq acıları duymaz hala gəlir. Bu vəziyyətdə sinirlərin hər hansı bir vəzifəni görməsi artıq mümkün deyildir. Oraya yeni bir dəri salmaq zəruridir. Bunu etmək, aydındır ki, yeni əzablara düçar olmaqdır.

Bu elmi nəticələrə çatan Prof. Dr. Tajasona bu ayə göstərildi:

“Şübhəsiz, ayələrimiz inkar edənləri, gün gələcək, atəşə atacağıq. Onların dəriləri bişib acı duymaz hala gəldikcə dərilərini başqa dərilərlə dəyişdirərik ki, acını duysunlar. Allah daima üstün və hakimdir”.

Tajason xeyli vaxt ayənin şok təsiri altında qaldı. Ancaq bundan sonra Quranın hər hansı bir bəşər övladı tərəfindən yazıla bilməyəcəyi qənaətinə gəldi. Məmləkətinə döndüyü zaman Qurani-Kərimin elmi görüşlərindən konfranslar verməyə başladı. İlk konfransındaca tələbələrindən beş nəfər iman etdi. Nəhayət, özü də Riyadda toplanan səkkizinci tibb konfrasında Kəlimeyi-şəhadət gətirərək sevinclə “Mən də müsəlman oldum!”  deyə hayqırdı. Alim bundan sonrakı ömrünü Quranın cahanşümul olmasına və onun geniş çevrələrdə tanınmasına həsr etdi.

 

Material Osman Nuri Topbaşın “Varlıq Nuru” kitabından götürülmüşdür.