DataLife Engine > Islam > Daktiloskopiya

Daktiloskopiya


6 äåêàáðÿ 2006. Ðàçìåñòèë: Ismail

DAKTİLOSKOPİYA

Barmaq izlərini incələyən bu elm sahəsi barmaq uclarının ömür boyunca əsla dəyişmədən eyni qaldığını; heç bir insanın barmaq ucunun bir başqasınınkinə bənzəmədiyini ortaya qoymuşdur. Bu səbəblə əmniyyət və hüquqda ən güvənilən mahiyyət təsbiti barmaq ucunun iziylə aşkarlanmaqdadır. Bu həqiqət 19-cu əsrin sonlarında kəşf edilmişdir. Və ondan istifadə başlanmışdır. Halbuki Qurani-Kərim barmaq uclarının bu xassəsinə 14 əsr bundan əvvəl diqqəti cəlb etmişdir:

“İnsan Bizim onun sümüklərini bir araya toplaya bilməyəcəyimizimi  sanır? Bəli, toplarıq! Onun barmaq uclarını belə düzgüncə, yerli-yerində bir yerə yığmağa gücümüz yetər!” (əl-Qiyamə, 3-4)

Heç bir insanın üz şəkli digərlərinə bənzəmədiyi kimi, barmaq uclarındakı izlər də tamamən dəyişik naxış və şəkillərdə işlənməkdədir. Bu qədər kiçik və dar bir sahədə belə həssas və xariqə naxışların işlənməsi nəhayətsiz qüdrət və elm sahibi olan və böyüyündən ən kiçiyinə qədər hər şeyi asan bir şəkildə yaradıb bütün məxluqatın üzərində mükəmməl bir intizam və sənət icra edən Allahın əsəridir.

Material Osman Nuri Topbaşın “Varlıq Nuru” kitabından götürülmüşdür.