Barmaq
izlərini
incələyən bu elm sahəsi barmaq uclarının ömür boyunca əsla dəyişmədən eyni
qaldığını; heç bir insanın barmaq ucunun bir başqasınınkinə bənzəmədiyini ortaya
qoymuşdur. Bu səbəblə əmniyyət və hüquqda ən güvənilən mahiyyət təsbiti barmaq
ucunun iziylə aşkarlanmaqdadır. Bu həqiqət 19-cu əsrin sonlarında kəşf
edilmişdir. Və ondan istifadə başlanmışdır. Halbuki Qurani-Kərim barmaq
uclarının bu xassəsinə 14 əsr bundan əvvəl diqqəti cəlb etmişdir:
“İnsan Bizim onun sümüklərini bir araya toplaya bilməyəcəyimizimi sanır? Bəli,
toplarıq! Onun barmaq uclarını belə düzgüncə, yerli-yerində bir yerə yığmağa
gücümüz yetər!”
(əl-Qiyamə,
3-4)
Heç
bir insanın üz şəkli digərlərinə bənzəmədiyi kimi, barmaq uclarındakı izlər də
tamamən dəyişik naxış və şəkillərdə işlənməkdədir. Bu qədər kiçik və dar bir
sahədə belə həssas və xariqə naxışların işlənməsi nəhayətsiz qüdrət və elm
sahibi olan və böyüyündən ən kiçiyinə qədər hər şeyi asan bir şəkildə yaradıb
bütün məxluqatın üzərində mükəmməl bir intizam və sənət icra edən Allahın
əsəridir.
Material Osman Nuri
Topbaşın “Varlıq Nuru” kitabından götürülmüşdür.