DataLife Engine > Islam > Hər şeyi Allah yaratdığına...

Hər şeyi Allah yaratdığına...


2 декабря 2006. Разместил: Ismail

Sual: Hər şeyi Allah yaratdığına görə, bəs Allahı kim yaratmışdır?


Bismilləhir Rahmənir Rahim



Cavab: Yarandığı zamandan bəri Materialistlərin(Maddəcilər; hər şeyin əsasının maddə olduğunu iddia edib, Ruhaniyətı inkar edənlər. Hər şeyi maddə ilə ölçənlər.)ortaya atıb inanclı insanları, xüsusilə də gənc nəslin başını qarışdırmağa çalıştığı məşhur suallardan biri məhz yuxarıda göstərilən sualdır. Materialistlər bu sualın cavabının olmadığını düşünürlər. Eyni şəkilde bu sualın sadəcə Allaha inananlar üçün geçərli olduğunu zənn etməkdədirlər.

Bu sualı cavablamadan öncə Materialistlərə; Siz, kainatın ana qaynağının maddə olduğunu müdafiə edib, hər şey maddədən meydana gəlmişdir, deyirsiniz. Yaxşı bəs onda sizə görə maddənin qaynağı nədir və ya maddəni təşkil edən ünsürlər nələrdir?

Siz bu suala hansı cavabı versəniz, biz də sizə eyni cavabı verəcəyik. Gördüyünüz kimi belə bir sual sadəcə Allaha inananlar üçün deyildir və Materialistlər də bənzər bir sualla qarşı qarşıyadırlar. İndi sualın cavabına geçək. Verəcəyimiz cavaba yardımçı olacağı üçün öncə bir neçə misalı göstərərək bəzı suallar vermək istəyirik:

"Her şeyin rütubət və yaşlığı sudan və ya maye olan maddələrdəndir. Bəs görəsən onda suyun rütubeti niyə və ya haradandır?"

"Bütün yeməklərin yağlılığı yağdandır. Bəs görəsən yağın yağlılığı niyədir?"

"Hər şeyin duzluluğunun duzdan olduğunu hamimiz bilirik. Bəs o zaman duzun duzluluğu niyə ve haradandır?"

Bəli bildiyimiz kimi suyun rütubəti, yağın yağlılığı və duzun duzluluğu başqa bir yerdən və ya şeydən deyil, birbaşa özündəndir. Bu onun zati özəlliyidir.

Görüldüyü kimi hər olqu və əsər öz qaynağına dayanır; ancaq onun qaynağının səbəbi və haradan olduğu soruşulmaz. Belə bir sual yersizdir.

Varlıq mövzusu da eyni şəkildədir. Kainatdakı varlıqların vücudu onların özündən deyil və öz zatlarından qaynaqlanmamaqdadır. Bu üzdən də "niyəlik" ilkəsi gərəyi onların varlığı bir qaynağa dayanmalıdır. Bax burada Allaha inananlar, bu varlıqların qaynağının "Allah" olduğuna, Allahın öz varlığının isə zati olduğuna və başqa bir şeydən qaynaqlanmadığına inanmaqdadırlar; əgər "Allah" da digər varlıqlar kimi bir olqu olsaydı və vücudu başqa bir şeydən qaynaqlansaydı, o zaman kainatdakı bütün varlıqların, niyəsiz(səbəbsiz) bir olqu olmaları lazım idi ki bu da imkansızdır. Çünki səbəbsiz olqu əsla düşünüləməz.

O halda belə bir sualla qarşılaşmamaq üçün, varlıqların səbəbsiz olan ve varlığı başqa heç bir şeydən qaynaqlanmayan bir qaynağa və ünsürə dayanması lazımdır.

Belə bir sualın səbəbi bu ola bilər; Materialistlər, Allaha inananların "Hər şeyin bir səbəbi olduğuna" inandıqlarını zənn edərək "O halda Allahın varlığının səbəbi və qaynağı nədir?" deyə soruşmaqdadırlar. Halbuki Allaha inananlar, "Hər şeyin bir niyəsi olduğuna" deyil, sonradan meydana gələn hər olqunun və varlığı, zati olmayan hər varlığın, mütləq bir yaradıcısı olması lazım olduğunu söyləməkdədirlər. Bu görüş və tutum bir tərəfdən kainatın varlıq qaynağını və bütün olquların meydana gəliş səbəbini tapmağımıza imkan verdiyi kimi, digər tərəfdən bu qaynağın artıq başqa bir qaynağa və səbəbə dayanmaması və varlığının zati olması lazım gəldiyini ortaya qoymaqdadır. Böyük filosoflar bu görüşü qısa bir cümlədə göstərmiş və belə demişlərdir: "Arazi (zati olmayan) hər varlıq mütləq zati olan bir varlığa dayanır."

Yəhudinin biri Hz. Əmirəl-Möminin Əlidən (ə) "Allah nə zamandan bəri mövcuddur?" deyə soruşduqda, İmam (ə) belə buyurdu: "Olmadığı bir zaman varmı ki, nə zamandan bəri deyə soruşulsun? Belə bir sual hər yerdə doğru deyildir. Bir şey öncədən olmayıb sonradan meydana gelirse, o zaman belə bir sualın mənası olar. Allahın isə əvvəli və sonu olmadığı üçün, hər şeydən öncə vardı və hər şeydən sonra da var olacaqdır. Yaradıcı olan Allah haqqında belə bir sual yersizdir. "[1]

İndi burada belə bir sual ağlımıza gələ bilər: Bəli, rasional (əqli) olaraq kainatdakı varlığı zati olmayan hər varlığın nəticədə, varlığı özündən olan "vacib" bir varlığa dayanıb varlıqlarını ondan almaları gərək olduğunu qəbul etməkdən başqa bir çarə yoxdur. Ancaq əsasən belə bir şeyi təsəvvür etmək və varlığı özündən olan bir varlıq gerçəkliyini idrak etmək necə mümkün ola bilər?

Bu suala belə cavab verə bilərik; Beli, həqiqətən belə bir həqiqətin düşünülüb, anlaşılması olduqca çətin, hətta mümkünsüzdür. Çünki biz, daima özümüz kini "mümkün" olan və öncədən olmayıb sonradan meydana gələn varlıqlarla iç-içə olduğumuz üçün, təbii olaraq özümüz kimi gördüyümüz şeyləri və ya bənzərlərini təsəvvür edə bilirik və bu çərçivənin xaricində qalan və Quranın təbiriylə "tayı bənzəri olmayan" bir varlığı idrak və təsəvvür edə bilməyimiz təbii ki mümkün olmayacaqdır. Ancaq bizim onu anlaya bilməməzliliyimiz, onun var olmadığını isbatlamaz.

Öncədən də dediyimiz kimi bir çox əqli və məntiqi dəlil belə bir varlıq qaynağının olması lazım gəldiyini və olmazsa olmaz gerçəyini kəsin bir şəkilde sübut etməkdədir; biz də bunu bilir və qəbul edirik. Bunu bildiyimiz halda, sırf həqiqətini anlamadığımız üçün onu qəbul etməsək, özümüz özümüzlə tərs gəlmiş oluruq. Bəli, bir şeyin həqiqətini bilməmək, idrak etməmək heç bir zaman o şeyin yoxluğuna dəlil ola bilməz. Kainatda o qədər bildiyimiz, qəbul etdiyimiz həqiqətlər vardır ki, onların həqiqətinden xəbərdar deyilik. Amma bundan ötrü heç bir zaman onları inkar yoluna da getmirik. Bugün texnologiyanın inkişaf etməsilə icad edilən elə cihazlar, alətlər vardır ki, insanların əksəri onların necəlik və səciyyəvi xüsusiyyətlərini anlaya bilmirlər; amma heç bir zaman da gerçəyini bilmirlər deyə onları inkar yoluna getmirlər. Çünki onların bir həqiqət olduğunu açıq-aydın görür və hətta onlardan istifadə edirlər.

Qaldı ki, aləmdə hələ də kəşf edilməmiş necə sirrlər və müəmmalar vardır və onların kəşf edilməsi üçün daha əsrlər keçməsi lazımdır, bəlkə də əsla kəşf edilməyəcəkdir, amma buna rəğmən heç bir ağıl, insaf sahibi elm adamı onları inkar yoluna getməmişdir.

--------------------------------------------------------------------------------
[1]- Əlbəttə bu sözdən məqsədimiz, onlar zatidir deyərkən, bir yaradıcıya möhtac deyillərdir, demək deyildir təbii ki. Məqsədimiz budur ki, Yaradıcı onları zatən belə yaratmışdır. Yəni suyun misal üçün zatında rütubətliliyi qoymuş; belə ki, rütubəti ondan alsan artıq o, su deyə bir şey olmaz.

Material www.al-shia.com saytına istinadən hazırlanmışdır.