DataLife Engine > Islam > Spirtli içki içmək haqqında Quran ayələri və hədislər

Spirtli içki içmək haqqında Quran ayələri və hədislər


1 äåêàáðÿ 2006. Ðàçìåñòèë: Ismail

Spirtli
içki içmək haqqında Quran ayələri və hədislər



“Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza
ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq
istər...” (“Maidə” surəsi, ayə 91)


İmam Əli(ə) buyurur: “İçki içilən süfrə kənarında əyləşmə. Çünki insan ölümünün
nə vaxt çatacağını bilmir.”


İmam Səccad (ə) buyurur: “Şərabxorluq və qumarbazlıq insanın həya pərdəsini
aradan götürən günahlardan biridir.”


Rəsulullah (s) buyurdu: “Allah içki, onu hazırlayan, saxlayan, məsrəf edən,
bağışlayan, alan, satan və pulunu xərcləyəni və içki düzəltməyə yardım edəni
lənətə düçar edər.”


Rəsulullah (s) buyurdu: “Hər kəs içki içsə, iman nuru onun qəlbindən çıxar.”


Rəsulullah (s) buyurdu: “İçki içən ilə oturub durmayın, çünki lənət cari olsa
məclisdə olanların hamısını tutar.”


Rəsulullah (s) buyurdu: “Namazı yüngül sayan adam məndən deyildir. Allaha and
olsun ki, o, Kövsər suyuna girməyəcəkdir. Sərxoşedici şey içən şəxs də məndən
deyildir. Allaha and olsun ki, o da Kövsər suyuna girməz.”


Rəsulullah (s) buyurdu: “Allaha və Qiyamət gününə inamı olan şəxs içki içilən
süfrə başında oturmamalıdır.”


Rəsulullah (s) buyurdu: “Məni haqq göndərənə and olsun, içki içən susuz ölər,
qəbirdə susuz qalar, Qiyamət günü qalxanda susuz qalxar və bağırar: Yandım min
il!”


Rəsulullah (s) buyurdu: “İçki içən qəbirdən qalxarkən gözlərində “Allah
rəhmətindən məyus ol!” sözləri oxunar.”