Quran </span><span lang="AZ-LATIN" style="font-family: Palatino Linotype" />və Əhli-beyt » Islam Èñëàì :: Xeberler Íîâîñòè :: Video Âèäåî :: Futbol :: Zarafatlar Øóòêè :: Resmler Êàðòèíêè :: Oyunlar Èãðû :: Intellektual Èíòåëëåêòóàëüíûé :: Sevgi :: Avtos v&#601; avtomobill&#601;r :: SMS :: Proqramlar Ïðîãðàììû :: Flash :: Derslikler Ó÷åáíèêè :: Muxtelif Ðàçíîå

 

Menyu
 
Axtarış / Поиск:
Kalendar
Reklam

 

 

 

                       
Islam / Quran və Əhli-beyt

Bəziləri yanlış olaraq belə düşünür ki, şiələr Peyğəmbərin (s) sünnəsini qəbul etmirlər. Bu məsələyə aydınlıq gətirmək üçün bu məqaləni dərc edirik:

Quran və Əhli-beyt

Bütün müsəlmanlar tərəfindən qəbul edilən səhih hədislərə əsasən, Allahın Rəsulu (s) öz ardıcıllarına bir neçə dəfə bildirmişdir ki, o, özündən sonra iki qiymətli əmanət buraxır və hər kim bu iki əmanətə möhkəm sarılarsa, haqq yoldan əsla ayrılmayacaqdır. Bu iki əmanət Allahın kitabı (Quran) və Peyğəmbərin ailə üzvləridir (Əhli-beyt).

Səhih-Müslimdə nəql olunur:

Bir dəfə Allahın Rəsulu (s) (son həcdən dönərkən) Məkkə və Mədinə arasında yerləşən, Xum (Qədir Xum) adlanan gölün yanında xütbə söyləmək üçün dayandı. Allaha həmd etdi, Onu xatırlatdı, sonra isə ərz etdi: “Ey, camaat! Dinləyin! Görünür ki, yaxında dəvət ediləcəyəm (Allah tərəfindən) və mən bu dəvətə cavab verəcəyəm. Dinləyin! Mən sizə iki şey buraxıram. Onlardan biri içərisində bilik olan və yol göstərən Allahın kitabı... Digəri isə mənim Əhli-beytimdir. Əhli-beytim barəsində sizi Allaha tapşırıram! Əhli-beytim barəsində sizi Allaha tapşırıram! Əhli-beytim barəsində sizi Allaha tapşırıram! (Sünni mənbələri – Səhih-Müslim, Səudiyyə Əərəbistan çapı, 1980, “Səhabələrin fəziləti” fəsli, “Əlinin fəzilətləri” bölümü, cild 4, səh.1873, hədis 36(ingilis və türk dillərində olan çaplarda da eyni başlıq, yəni “Əlinin fəzilətləri” bölümü altında bu hədisi görmək olar); həmçinin Sünən-Tirmizi, Müsnədi-Əhməd)

Səhih-Müslimdən olan bu hədisdən gürürük ki, Əhli-beyt təkcə Quranla yanaşı qoyulmur, bundan başqa həm də Peyğəmbər (s) tərəfindən üç dəfə qeyd olunur.

Səhih-Müslimin müəllifinin və bir çox başqa sünni hədisçilərinin bu hədisi öz mötəbər kitablarında qeyd etmələrinə baxmayaraq, təəssüf doğurucu hissdir ki, sünnülərin əksəriyyəti bu hədisin varlığından yaxşı halda xəbərsiz, pis halda isə bu hədisin varlığını inkar edirlər. Onlar buna əks dəlil olaraq Hakimin Müstədrək kitabindan Əbu Hüreyrədən nəqllə Peyğəmbərə (s) istinadən bu hədisi göstərirlər: “Sizin aranızda iki əmanət buraxıram, əgər bunların ardınca getsəniz və bunlara uyğun hərərkət etsəniz məndən sonra yolunuzu azmazsınız: Allahın kitabı və mənim Sünnəm”.

Buna şübhə yoxdur ki, bütün müsəlmanlar Peyğəmbərin (s) sünnəsinə əməl etməlidirlər. Lakin sual ondan ibarətdir ki, hansı Sünnə həqiqidir, hansı sonradan uydurulub, yalandan peyğəmbərin adına yazılır.

Əbu Hüreyrədən “Quran və Sünnə” deyə nəql olunan hədisin mənbəyinə baxdıqda görürük bu, sünnilərin altı ən mötəbər hədis kitabının (Sünəni–Sittə) heç birində nəql olunmayıb. Buxari, Sələbi və Nəsai və bir çox başqaları bu hədisi zəif hesab edirlər. Bunu qeyd etmək lazımdır ki, Hakimin Müstədrək kitabı Sünəni–Sittəyə nisbətən çox zəif hesab olunur, halbuki Səhih-Müslim Sünəni-Sittənin ikinci ən mötəbər kitabıdır. Qeyd edək ki, digər beş kitab bunlardır: Səhih-Buxari, Sünən-Tirmizi, Sünən-Əbu Davud, Sünən-ən Nəsai, Sünən-ibn Macə.

Tirmizi “Quran və Əhli-beyt” deyilən mətnin təxminən 30 səhabədən nəql olunduğunu qeyd edir. İbn Həcər deyir ki, onun bildiyinə görə bu hədisi 20-dən çox səhabə təsdiqləyir. Halbuki, Hakimin Müstədrəkindəki “Quran və Sünnə” deyə nəql olunan mətn yalnız bir mənbəyə istinad edir. Beləliklə, biz yekunlaşdırmalıyıq ki, “Quran və Əhli-beyt” ifadəsi olan hədis ən sahih olanıdır. Həmçinin Hakim də “Quran və Əhli-beyt” ifadəsi işlənən hədisi bir neçə mənbə silsiləsi ilə nəql edir və təsdiqləyir ki, “Quran və Əhli-beyt” ifadəsi işlənən hədis Buxari və Müslim ölçüsünə görə səhihdir.

Bütün müsəlmanlar əqidəsindən asılı olmayaraq Peyğəmbərin (s) sünnəsinə əməl etdiklərini iddia edirlər. Müsəlmanlar arasındakı ixtilaf müxtəlif kanallarla nəql olunmuş hədislərdən qaynaqlanır. Səhih olması bütün müsəlmanlar tərəfindən qəbul olunan belə hədislər Quranın izah olunmasına xidmət edir. Beləliklə, nəql olunan hədislərin haçalanması müxtəlif Quran təfsirlərinin və cürbəcür sünnələrin əmələ gəlməsinə gətirib çıxardı. Nəticə olaraq da bütün müsəlmanlar müxtəlix qruplara, məktəblərə, şaxələrə parçalandılar. Onların hər biri özlərinin həqiqiliyini iddia etdikləri sünnəyə əməl edirlər. Bir hədisə görə firqələrin sayı 73-dür və yalnız onlardan biri nicat tapanlardır. Bəs görəsən bunlardan hansı həqiqi sünnəyə əməl edir? Bu suala Səhih-Müslimdən nəql etdiyimiz hədisdən başqa digər kitablardan nəql olunan hədislər də cavab verir:

Allahın Rəsulu (s) buyurdu: Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyuram, əgər siz bu ikisindən möhkəm yapışsanız məndən sonra yolunuzu azmazsınız. Onlar Allahın kitabı və mənim itrətim – Əhli-beytimdir. Allah mənə xəbər verdi ki, bu ikisi hovuzda yanıma gəlincəyə qədər əsla bir-birindən ayrılmazlar. (1. Sünən-Tirmizi; 2. Müstədrəki-Hakim, “Səhabələrin fəziləti” fəsli; 3. Təfsir İbn Kəsir, Şura surəsinin 23-cü ayəsinin təfsirində(dörd hədis); 4. Əhməd ibn Hənbəlin Fəzailul-Səhabə kitabı, hədis nömrəsi 990; 5. Mənbələrin sayı çoxdur, o cümlədən bu kitablara müraciət edə bilərsiniz: Səvaiqul-Muhriqə, Kənzul-Ümmal, Məcməul-Zəvaid, Müsnədi-Əhməd, Cəmiul-Üsul vs s. )

Əlbəttə, hər bir müsəlman peyğəmbərin (s) sünnəsinə əməl etməlidir, beləliklə, biz, Əhli-beyt ardıcılları İslam Peyğəmbərinin həqiqi sünnəsinə tabe oluruq və yalnız bunu nicat yolu hesab eləyirik. Qeyd etdiyimiz hədis göstərir ki, hər hansı adlandırılmış Sünnə Əhli-beytə əksdirsə, bu sünnə həqiqi deyil və sonradan bəzi şəxslər tərəfindən zalımları müdafiə etmək üçün ortaya çıxmışdır. Bu üzdən Peyğəmbər (s) dəfələrlə Əhli-beyti sevməyi və onıarı izləməyi vurğulamışdır, çünki onlar həqiqi sünnənin təmsilçiləridir. Və bu, Əhli-beyt məktəbinin özülüdür. Peyğəmbərin evində yetişən Əhli-beyt onun sünnəsini başqalarından daha yaxşı bilir.

Dəlil xatirinə əgər biz qəbul etsək ki, hər iki ifadə( “Quran və Əhli-beyt”, “Quran və Sünnə”) səhihdir, o zaman biz qəbul etməliyik ki, Hakim tərəfindən göstərilən “Mənim Sünnəm” ifadəsi başqa mənbələr vasitəsilə deyil, Əhli-beyt vasitəsilə ötürülən sünnəni nəzərdə tutur. Bu, Hakimin Müstədrək kitabındakı və Səhih-Müslimdəki Əhli-beyt ifadəsi işlənən hədisdən aydındır.

İndi isə növbəti hədisi nəzərdən keçirək:

Ümm Sələmə nəql edir: Allahın Rəsulu buyurdu: “Əli Quranla, Quran da Əli ilədir, onlar (Cənnət) Hovuzunda mənə qovuşanadək bir-birindən əsla ayrılmazmar.” (Sünni mənbələri –1. Hakimin Müstədrək kitabı, c.3, səh.124, Ümm Sələmədən nəql; 2. Səvaiqul-Muhriqə, İbn Həcər, f.9, bölmə 2, səh. 191, 194; 3. əl-Əvsət, Təbərani, həmçinin Səğirdə; 4. Tarixul-Xuləfa, Cəlaləddin Süyuti, səh. 173)

Bu hədis bir daha bu fakta aydınlıq gətirir ki, İmam Əli və Quran ayrılmazlar. Beləliklə əgər biz “Quran və Sünnə” variantı olan hədisi qəbul etsək və indi ki, İmam Əli Quranla yanaşı qoyulub, onda İmam Əli Peyğəmbər sünnəsinin həqiqi daşıyıcıdır.

Maraqlədır ki, Hakim Əhli-beyti izləməyin zəruriliyi haqqında bir çox hədislər nəql etmişdir, onlardan biri də budur. Bu hədis bir çox sünni alimlərindən nəql olunur, “Gəmi hədisi” adı ilə tanınır:

Allahın Rəsulu (s) buyurdu: “Dinləyin! Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs buna mindi nicat tapdı, hər kəs də üz döndərdi, o, məhv oldu.”(Sünni mənbələri – 1.Müstədrək, Hakim, cild 2, səh.343; cild 3, səh. 150-151, Əbu Zərrdən nəql, Hakim bu hədisi səhih sayır; 2.Tarixul Xüləfa və Camiül Səğir, Suyuti; 3. Təfsir əl-Kəbir, Fəxri Razi, Şura surəsinin 23-cü ayəsinin təfsirində; 4. əl-Bazzar, İbn Abbas və İbn Zübeyrdən nəql, burada “məhv oldu” sözü əvəzinə “batdı” sözü işlənib; 5. Səvaiqul-Muhriqə, İbn Həcər, f.11, bölmə 1, səh.234, Ənfal surəsinin 33-cü ayəsi altında, həmçinin 2-ci bölmə, səh.282. İbn Həcər demişdir ki, bu hədis çoxlu sayda şəxs tərəfindən nəql olunmuşdur; 6. Daha çox mənbəyə müraciət edə bilərsiniz: əl-Səğir və əl-Kəbir, Təbərani; Hilyətul-Əvliya, Əbu Nuəym; Fəzailul-Səhabə, Əhməd ibn Hənbəl və s.)

Bu hədisdən belə nəticə çıxır ki, hər kəs Əhli-beyt məktəbinə tabe olsa və onu izləsə, cəhənnəm atəşindən amanda qalacaq, və hər kəs də üz döndərsə, dağa dırmaşaraq xilas olmaq istəyənin taleyi ilə qarşılaşacaq, fərq ondadır ki, Nuhun dönük oğlu suda batdı, onlar isə cəhənnəm odunda batacaqlar. Növbəti hədis də bunu təsdiq edir :

Peyğəmbər (s) Əhli-beyt barədə buyurdu: “Onlardan önə düşmə həlak olarsan, onlardan üz döndərmə həlak olarsan, onlara dərs verməyə çalışma, onlar səndən çox bilirlər!” (Sünni mənbələri – 1. Əddurrul-Mənsur, Süyuti, c.2, səh.60; 2. Səvaiqul-Muhriqə, İbn Həcər, f.11, bölmə 1, səh.230, Təbəranidən sitatla, həmçinin 2-ci bölmə, səh. 342; 3. Həmçinin bu mənbələrə müraciət edə bilərsiniz: Usdul-Ğabə, İbn əl-Əsir; Kənzul-Ümmal; Məcməul-Zəvaid və s.)

Digər hadis isə bu cürdür:

Peyğəmbər (s) buyurdu: “Mənim Əhli-beytim İsrail övladlarının Tövbə qapısı kimidir, hər kəs bu qapıdan daxil oldu, nicat tapdı.” (Sünni mənbələri –1. Təbəraninin Əvsət kitabı, hədis nömrəsi 18; 2. Məcməul Zəvaid, c.9, səh.168 və digər mənbələr)

Bu hədis Bəni İsrailin Tövbə qapısının təsvir olunduğu Quranın Bəqərə surəsinin 58-ci və Əraf surəsinin 161-ci ayəsi ilə əlaqədardır. Musanın qapıdan daxil olmayan tərəfdarları səhrada qırx il itirmişdilər, belə ki, Nuhun gəmisindən üz döndərənlər də suda qərq olmuşdular. İbn Həcər belə yekunlaşdırır:

Nuh gəmisinə bənzətmə onu göstərir ki, hər kəs Əhli-beyti sevsə və ehtiram etsə, və onları rəhbər olaraq tanısa, ziddiyyət qaranlığından xilas olar, hər kəs onlara arxa çevirsə, naşükürlük dənizində qərq olar, itaətsizlik və üsyan səhrasında məhv olar. (Səvaiqul-Muhriqə, səh. 91)

Görəsən biz heç özümüzə sual vermişik ki, görəsən Peyğəmbər (s) nəyə görə Əhli-beyt kəlməsini bu qədər çox vurğulamışdır? Görəsən bu, Əhli-beytin Peyğəmbərin (s) ailə üzvləri olmasından irəli gəlir, yoxsa onların həqiqi sünnənin daşıyıcıları olması və Peyğəmbərdən (s) sonra ümmətin ən elmli olmasından irəli gəlir?

İki ağır əmanət (Səqəleyn) haqqında olan bu qədər sayda hədislər adi hədislər deyil, bu hədislər həlledici şəkildə sübut edir ki, Quran və Əhli-beyti izləmək vacibdir. Bu hədislər dəfələrlə təkrar olunub, müxtəlif mənbələrdən Peyğəmbərin (s) otuzdan çox səhabəsi tərəfindən nəql olunub. Peyğəmbər (s) bu sözləri çox dəfələrlə təkrar edərək göstərmişdir ki, onun Əhli-beytini izləmək və onlara tabe olmaq vacibdir. O, bunu Vida Həccində, Ərəfə günündə, Qədir Xumda, Taifdən dönüşdə, Mədinədəki moizələrində demişdir. O ölüm yatağında olarkən, otaqda olan davamçılarına demişdir:

“Ey Ümmət! Mən artıq tezliklə buradan köçürəm, baxmayaraq ki, artıq dəfələrlə demişəm, lakin bir daha təkrar edirəm, sizə iki şey buraxıram, yəni Allahın kitabı və mənim ailəm ki, bu Əhli-beytdir”. Sonra Əlinin əlini qaldırdı və dedi: “ Bu Əli Quranladır və Quran da onunladır, bu ikisi Kevser hovuzunda mənə qovuşanadək bir-birindən əsla ayrılmazlar” (Səvaiqul-Muhriqə, İbn Həcər, f.9, bölmə 2)

İbn Həcər yazmışdir:

Səqəleyn hədisi çoxlu mənbələrdən əldə edilmişdir və iyirmidən çox səhabədən nəql olunmuşdur.

Daha sonra o, yazır:

Şübhə əmələ gəlir, ona görə ki, hədis müxtəlif mənbələrdən nəql olunur, bəziləri bu hədisin Vida Həccində, bəziləri Mədinədə ölüm yatağında olarkən, həmçinin bəziləri Qədir Xumda, bəziləri də Taifdən dönüşdə deyildiyini söyləyirlər. Lakin bunda heç bir ziddiyyət yoxdur, beləki, Quranın böyüklüyü və vacibliyi və Əhli-beytin paklığını nəzərə alaraq və insanlara çatdırmaq nöqteyi-nəzərindən, mümkündür ki, Peyğəmbər (s) əvvəl eşitməyən insanların da eşitməsindən ötrü bir neçə dəfə başqa-başqa münasibətlərdə təkrar etmişdir. (Səvaiqul-Muhriqə, İbn Həcər, f11, bölmə 1, səh.230)

Beləliklə, biz bu hədislərə əsasən belə yekunlaşdırırıq ki, Peyğəmbərin (s) müsəlmanlara buraxdığı yeganə iki şey Quran və Əhli-beytdir, və bildirmişdir ki, bu ikisini izləyən müsəlmanlar ondan sonra əsla yolunu azmazlar və Cənnət daxil olarlar, və bunlara üz çevirənlər isə nicat tapmazlar. Beləliklə, Peyğəmbər (s) tərəfindən söylənən bu hədislər hansı sünnənin həqiqi olduğuna və hansı müsəlmanların həqiqi sünnəyə əməl etdiyinə cavab verir. Bundan məqsəd odur ki, müsəlmanlar Peyğəmbərdən (s) sonra yollarını çaşmasınlar. Həm də “Sünnə” sözünü təklikdə işlətdikdə bunun spesifik mənası olmur, belə ki, bütün müsəlmanlar özlərinin hərəsinin bir cür başa düşdüyü müxtəlif variantlı sünnəyə əməl edirlər. Beləliklə, Peyğəmbər (s) tərəfindən göstəriş verilib ki, Qurana və Quranın Əhzəb surəsinin 33-cü ayəsi (ayənin son cümləsi) ilə məsumluğu, paklığı və ədaləti sübut olunan Əhli-beyt kanalı ilə ötürülən Sünnəyə əməl edək.

Material www.al-islam.org saytına istinadən hazırlanmışdır.


 
Óâàæàåìûé ïîñåòèòåëü, Âû çàøëè íà ñàéò êàê íåçàðåãèñòðèðîâàííûé ïîëüçîâàòåëü. Ìû ðåêîìåíäóåì Âàì çàðåãèñòðèðîâàòüñÿ ëèáî çàéòè íà ñàéò ïîä ñâîèì èìåíåì.
Futbol
Layihəmiz
Qaynar Xəbərlər
Maraqlı Mövzular
Sayta giriş/Вход на сайт
Loqin
Parol
 
Ən çox oxunan
  • Bir dəstə gül. ...
  • Burada nece nefer var?Diqqetne ...
  • Sevgi
  • Gulmek 100% likdir :)
  • Türkiye mescidleri
  • Mezeli Smsler
  • Mirt Smsler
  • Sevgi
  • Opera
  • Vayyy BU nediya ? :( Kim qurb ...
  • Baxin Oyrenin bu yalniz Azerba ...
  • Qemli sevgi
  • Azrailin guzelligi
  • Ebedi sevgi...
  • Sevgi Teklif
  • Avtosh
  • Namaz
  • DUANIN GÜCÜ
  • Karikatura
  • Mezeli smsler
  • Necede gozeldirler ele deyilmi ...
  • Avtosh xariciler
  • Sevgi nedir?
  • Metro
  • Somaliden . Ureyi zeyifler bax ...
  • Melek
  • Sevgili Peyğəmbə ...
  • Cox maraqli bir OYUN daha
  • Diqqet ele diqqetnen bax 12 ne ...
  • Morda :))))))))))))))))
  • Pishiye bax yamandir
  • Fazil Lənkərani a ...
  • Uşaqlar necede şirin ...
  • Meşhed
  • Bu kimdi?Tanimirsan tesadufen? ...
  • Kompyuter arxasinda oturanda b ...
  • Tank cooox maraqli oyundur men ...
  • Mezeli smsler :)
  • Zengim Cell
  • Karkikaturalar 20 edet
  • 40 Yashindasin.
  • Sevgi resimleri
  • 5 ferqi tapin arada olan ferql ...
  • Allah
  • Mələklərin seyr ...
  • Allahin inkarci qovumlere verd ...
  • Maraqli sumkalar
  • Bir birinden gozel avtomobille ...
  • Dostluq mesajlari
  • Ayriliq
  • Mane olmada
  • Oldurucu mashin(ureyi zeyifler ...
  • Ne gundesen ay piyan Bu piyani ...
  • Ad gunu tebrikleri
  • Wap sayt yaratmaq ucun derslik
  • Ne gundesen?
  • Adobe Photoshop CS 8.0
  • 116 edet Wap script
  • Pishikler3
  • MIrtilari :)))
  • Resimllere diqqetnen baxin
  • Pishiyi oldur :))) Qorxulu oyu ...
  • Hədislər
  • Böyük tullanı&# ...
  • Futbolkada ne duz deyil deye b ...
  • Sevgi sms leri
  • Qizillari yig
  • Bir anlig Gulush :))
  • Iluisiya resimler bunlar sadec ...
  • Aşk ve Işık...
  • Artislerin ushaqliq resimler v ...
  • Tanninmish simlara tanimalz ha ...
  • PORTAĞAL, YOXSA MANDAR ...
  • Namaz
  • Cox Gozel Yeni Doyush oyunu
  • Photoshopun istesali :)
  • Zarafatlar
  • Atlarin uzerine basin her bir ...
  • Sizinde bele maraqli informasi ...
  • Baxin Hard diskden necede saat ...
  • Merhum Ayetullah Mirza Cavad T ...
  • Xeyellarin mashini
  • Bu BMW ye ne olub bele?
  • FaceGen Modeller 3.1.2
  • Yağmur Yağmayın ...
  • Super Mario World
  • 7 Kutsal Gercek
  • Maraqli resimler.
  • Bayram SMS leri Bayraminiz mub ...
  • Zarafatalar
  • Indiana Cones Cox GOZEL bir oy ...
  • Gezel resimler 4
  • MEZAR SOHBETI.
  • Ade besdirde:)))
  • Metro kartınıza diqq ...
  • Superman
  • Sizce burda ne duz deyil?:))
  • Maraqli bir oyun daha bu adami ...
  • Sıkı tut ruhunu
  • Super Mario
  • Piroq arzusu
  • Sevgi smsleri
  • Avtomobil surmeyi oyren
  • Resmler...
  • Xeste xana
  • Bir Super oyun daha Oynamaq co ...
  • Maraqli bir oyun
  • Qapinin zengini basmagi unutma ...
  • Sizce bunlar nece olur?
  • Generator nece duzeltmek olar? ...
  • Avstraliya mescidleri
  • Yeqin bu resimlerden cox gormu ...
  • Bebe Niye aglayir sondurmek ol ...
  • Bular bu qushu tutmaq isteyirl ...
  • Super Mario 2&3
  • Dostluq
  • Resme diqqetnen baxin
  • Qush qripi :)Oyna qorun
  • Namazın ümumi hö ...
  • Bagishla
  • Ralli Oyunu
  • Kompyuter
  • Meqsed otagdan cixmaq
  • Code of the Samurai
  • Bu shirin bala neye baxir ele? ...
  • Creativ Resimler.
  • Pishikler
  • KElle getdi
  • Burda 2 resim var siz 10 ferqi ...
  • Snoubord
  • Gozlerini yoxla bax gor burdak ...
  • Komik heyvan şəkill& ...
  • Qurani Kerim - Fatiha suresini ...
  • Ses verin
  • Sevgi nədir?
  • Escape Quickly
  • Tarakanları tap, öld ...
  • Dermotologiya
  • 40 h ...
  • Gezel resimler 1 ci hisse
  • Buzdan duzelmish yaradciliq is ...
  • 20 yanvar – Ümumxalq k ...
  • Bir dəstə gül
  • Hero Machine v2.0
  • Óáèâàëêà âðåìåíè
  • Yer fındığı ...
  • Salam Jhek
  • Dashinmada deysen nese sefdir.
  • 86400 Saniye...
  • Maraqli Bir oyun daha kec goru ...

  • Səsvermə
    wap.gilavar.org